Avropa Liqasının I təsnifat mərhələsində keçiriləcək "Neftçi” – "Şkupi” oyununun hakimləri müəyyənləşib.
Fanat.az xəbər verir ki, Bakıdakı qarşılaşmanı Latviyadan olan hakimlər idarə edəcək.
Matçın baş hakimi Aleksandr Qolubev olacaq. Ona yan xətt hakimləri Raymond Tatrik və Yevgeni Morozovs kömək edəcəklər. Qarşılaşmanın 4-cü hakimi funksiyasını Artis Kenin yerinə yetirəcək.
Fanat.az