23:12 07.09.2020 965

Milan Obradoviç: "Futbolçular çox şeydən narahat idilər"

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Milan Obradoviç bu gün Fransa yığmasına qarşı keçirdikləri oyunu şərh edib.
 
Fanat.Az xəbər verir ki, serb çalışdırıcı 1:2 hesabıyla bitən matçdan sonra təşkil olunan mətbuat konfransında bunları deyib:
 
- Maraqlı və çətin oyun oldu. Fransa milli komandasını təbrik edirəm. Bu gün yaxşı təcrübə qazandıq. Rəqib yaxşı oyun göstərdi. Üzərində işləməli olduğumuz məsələlər çoxdur. Koronavirusa görə oyuna 7-8 futbolçunu çağıra bilmədim, bəziləri də əsas yığmaya dəvət aldılar. Amma bu futboldur və əlimizdə olanlarla yaxşı oyun göstərməyə çalışdıq. Məşqdən sonra bəzi futbolçular nə olacağından, necə olacağından narahat idilər. Buna görə ilk hissədə oyunumuz yaxşı alınmadı. Top saxlamaqda da çətinlik çəkirdik. İkinci hissədə daha yaxşı və riskli oynadıq. İki hücumçuya keçsək də, rəqibdən xal almağa gücümüz çatmadı. Bütün futbolçulara təşəkkürümü bildirirəm. Qarşıda görüləsi işlərimiz çoxdur. Bu komanda son 10 gündür bir yerdədir.
 
- Futbolçuların narahatlığı nəylə bağlı idi?
- Futbolçular çox şeydən narahat idilər. Bizim qarşımızda güclü Fransa millisi var idi və bizə az şans verdilər. Bu gedişat ürəyimcə deyil. Çünki İsveçrə ilə oyunda da, bu oyunda da yaxşı çıxış etsək də, xal qazana bilmədik. Nələrsə çatışmır, bilirəm ki, komandamızın yaxşı potensialı var. Bəzi çatışmazlıqlarımız var. Daha çox öyrənməli olduğumuz şeylərdən biri oyuna nəzarəti artırmaqdır. Bu da beynəlxalq oyun təcrübəsinin azlığından qaynaqlanır.
 
- Bu oyun göstərdi ki, U-21 əsas yığmayla mübarizə aparacaq səviyyədədir. Toplanış zamanı nə üçün əsas milli ilə yoxlama oyunu keçirmədiz?
- Yaxşı fikirdir, koronavirus pandemiyasına görə yoxlama oyunları keçirə bilmədik. Əsas yığmayla yoxlama oyunu keçirmək yaxşı ideyadır. Bununla bağlı əsas millinin baş məşqçisiylə danışa bilərəm. Amma mən daha çox digər millilərlə yoxlama oyunu keçirməyin tərəfdarıyam. Ümid edirəm ki, Azərbaycan Premyer Liqasının səviyyəsi artacaq və biz də gənc oyunçulardan daha çox yararlana biləcəyik. Gənc futbolçular klubda və ya millidə öz yerlərini qorumaq istəyirlərsə, daha çox məşq etməlidirlər.

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

12 İyun 2026
09:25

DÇ-2026: Kanada Bosniya və Herseqovina ilə qarşılaşır

09:00

"Liverpul"un oyunçusu millinin heyətindən kənarlaşdırıldı - SƏBƏB

07:56

DÇ-2026: Çexiya koreyalılarla bacarmadı

02:40

Dünya çempionatları tarixində hələ belə hadisə olmamışdı

02:22

Meksika millisi hələ belə qələbə görməmişdi

01:29

Bernardu Silvanın "Real"la münasibətləri nə vaxt rəsmiləşdirəcəyi bilindi

01:03

DÇ-2026: Meksika mundiala CAR üzərində qələbə ilə başladı

00:27

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11 İyun 2026
23:57

Roma Papası "Real"ın fəxri üzvü oldu

23:49

Stolüstü tennis üzrə Liqa turniri başa çatıb

23:21

PSJ onun üçün 100 milyon avronu gözə aldı

22:55

"Liverpul" onu 80 milyon avroya transfer edə bilər

22:12

Levandovski əl yelləmək üçün Türkiyə nəhəngindən milyonlar istədi

21:31

Amin Seydiyev karyerasını "Zirə"də davam etdirəcək

21:03

"Lill"in fransalı vingeri "Sabah"da

20:38

DÇ-2026: Mundialın açılış matçında Meksika və CAR üz-üzə gəlir

20:13

UEFA somalili hakimə belə dəstək oldu

19:38

Azərbaycan Badminton Federasiyası RBF-ni idman ləvazimatları ilə təmin etdi

19:04

Azərbaycanın U-17 və U-19 millilərinin Avropa çempionatının I mərhələsindəki rəqibləri bəlli oldu

18:52

Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyasından təyinat aldı

18:07

"Qarabağ" klubunun İdarə Heyətinin iclası keçirildi

17:48

Azərbaycan millisinin hücumçusu əməliyyat edildi

17:23

"Şamaxı" heyətinə daha bir futbolçu qatdı - RƏSMİ

17:18

İtaliya klubu baş məşqçisi ilə müqavilə yenilədi

16:51

İstanbul nəhəngi "Arsenal"ın vingerini istəyir - Maaşı açıqlandı

16:33

"Şəfa" loqosunu dəyişdi - FOTO

16:10

Premyer Liqa klubunu Çempionşipə salan məşqçi qovuldu

15:52

"Real Madrid" futbolçusunu İtaliya nəhənginə təklif etdi

15:36

İlham Yadullayev Bakı klubundan ayrılır? - Açıqlama

15:17

Azərbaycan millisi FİFA reytinqində gerilədi - Lider dəyişdi

14:59

"Şəfa"nı çempionluğa daşıyan Elgiz Kərəmli bu komandaya baş məşqçi təyin olunmağa yaxındır

14:38

Vadim Abdullayevin yeni iş yeri müəyyənləşmək üzrədir - SON DURUM

14:20

Xavi "Barsa Əfsanələri"ndən uzaqlaşdırıldı - Bu addımına görə Laporta ondan qisas alır

13:54

Tevesi Argentina millisinin sabiq baş məşqçisi əvəzlədi

13:33

Portuqaliyadan minimal hesablı qələbə, İngiltərə və Əlcəzairdən darmadağın - VİDEO

13:15

"Qarabağ" Bikalyo ilə uzunmüddətli yeni müqavilə imzaladı - RƏSMİ

12:57

Ançelotti Mərakeş millisi ilə oyun ərəfəsində belə danışdı

12:36

"Biz hökumətləri və polisi idarə edə bilən krallar deyilik" - İnfantino aciz durumda

12:18

Samir Ələkbərov Bakı klubuna baş məşqçi təyin olundu - Rəsmi

11:45

"Araz-Naxçıvan"ın yerlilərinin taleyinə aydınlıq gəldi - İkisi qalır, biri...

Facebookdan bizi izləməyi unutmayın.
X