15:44 27.11.2020 1072

"UEFA-nın ermənilərlə bağlı sərt mövqe bildirməməsinin səbəbi..." - Hüquqşünas

"Bu qərardan UEFA-nın Apelyasiya və İdman Arbitraj Məhkəməsinə şikayət etmək mümkündür. Bildiyim qədərilə "Qarabağ” klubu bununla bağlı mümkün olan addımı atmağı planlaşdırır”.

Fanat.Az xəbər verir ki. bunu apasport.az saytına hüquqşünas Şamil Paşayev deyib.

O, "Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun feysbuk səhifəsində ermənilərlə bağlı paylaşımı səbəbindən UEFA tərəfindən ömürlük futboldan uzaqlaşdırılmasına, həmçinin Ağdam təmsilçisinin 100 min avro məbləğində cərimələnməsinə münasibət bildirib. Paşayev xüsusi qeyd edib ki, UEFA bu məsələyə birtərəfli yanaşmayıb və çox sərt cəza verib.

Onun sözlərinə görə, Vətən müharibəsinin gedişi zamanı ermənilər bu sahədə daha aqressiv paylaşımlar edirdilər. Hüquqşünas Ermənistan yığmasının kapitanı Henrix Mxitaryanın bacısı və agenti, UEFA-da çalışan Monika Mxitaryanın qondarma Dağlıq Qarabağın xəritəsini və bir sıra beynəlxalq hüquqa zidd olan iddialarını xatırladıb. O vurğulayıb ki, əgər Avropanın ali futbol qurumunda işləyən biri ilə bağlı tənbeh qərarı çıxarılıbsa, Nurlan İbrahimovla bağlı da eyni addım atıla bilərdi. Çünki ən azı "Qarabağ” rəsmisi də paylaşımını sonradan silərək, düşmənin Gəncə və Bərdədə mülki şəxslərə qarşı törətdiyi terrorla bağlı emosional vəziyyətində status yazdığını etiraf edib.

Paşayev UEFA-nın qərarında hüquqa zidd bir sıra amillərin olduğunu vurğulayıb: "UEFA-nın bayrağı altında keçirilən yarışlar olduğundan, bu, quruma aid olan məsələlərdir. Sözsüz ki, FİFA və digər beynəlxalq idman təşkilatlarının təsiri yoxdur. Lakin UEFA Nurlan İbrahimovun FİFA bayrağı altında keçiriləcək yarışlardan uzaqlaşdırılması ilə bağlı ali futbol qurumuna da müraciət ünvanlayıb. Nəzərə almaq lazımdır ki, eyni halla bağlı erməni futbolçuları və futbol nümayəndələrinin paylaşımlarına hər hansı bir reaksiya göstərilməyib. Xüsusən də, Henrik Mxitaryan və onun UEFA-da işləyən bacısının paylaşımlarına qurum analoji reaksiyanı bildirmədi. Hətta AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun işə qarışmasından sonra bir neçə erməni futbolçu və rəsmilər yazdıqlarını silməklə canlarını cəzadan qurtardılar. Monteneqro Futbol Federasiyası Ermənistanın "Alaşkert” klubunun qapıçısı olan həmyerliləri Andriya Draqoyeviçin sosial şəbəkələrdəki paylaşımının onların mövqeyi ilə üst-üstə düşmədiyini açıqlayıb. Halbuki digərləri kimi, UEFA-nın Draqoyeviçlə də bağlı sərt mövqe bildirməməsi status-kvonun qorunmamasına işarədir. Həmçinin "Qarabağ” klubu mətbuat katibi ilə mövqeyinin üst-üstə düşmədiyini də rəsmi şəkildə bəyan edib. Həmin fikri komandanın mövqeyi və rəyi kimi ifadə etmək olmaz. Düşünürəm ki, məhz bu səbəblərə əsasən Nurlan İbrahimova verilən cəza çox sərtdir. Daha yumşaq cəza vermək, ən pis halda müəyyən müddətə futboldan kənarlaşdırmaq olardı. Başqa formada cəzanın verilməsi də mümkün idi. Yəqin ki, apelyasiyaya müraciət etməklə bu məsələ öz həllini tapacaq. Mən bir hüquqşünas kimi buna ümid edirəm”.

Paşayevin sözlərinə görə, hüquq ədaləti bərpa etməyə, insanların islah edilməklə cəmiyyətə qazandırılmasına yönəldilməlidir: "Bundan insanları tamamən məhv edilmək üçün istifadə olunmamalıdır. Cəza sosial ədaləti bərpa etməyi, insanların islah olunması üçün cəmiyyətə fayda verməsinə hesablanmalıdır. Bu cür – haqsız cəzalar olan halda isə məqsədə çatmaq qeyri-mümkündür, cəmiyyətə insan qazandırmaq prinsipləri pozulur. Həmin şəxs bəzən məhv də olur”. 
 
Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
18:43

"Real Madrid" portuqaliyalı yarımmüdafiəçini hədəf seçib

18:18

"Arsenal" PSJ-nin gənc müdafiəçisi üçün hərəkətə keçdi

17:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:20

"Mançester Siti" vingerinin maaşını artırıb qalmağa razı saldı - Son durum

16:51

Fransalı ulduz klubsuz qaldı

16:17

"Ayaks" "Real"ın oyunçusunu aparır - Bu qiymətə

15:45

"Braziliyada onu əvəz edəcək futbolçular var"

15:18

A Seriyasında yeni baş məşqçi təyinatı reallaşır

14:23

"Zirə" Tyaqo Silva ilə vidalaşdı

14:00

Xorvatiya Sloveniyaya qarşı, İtaliya Yunanıstan səfərində - Oyunlar

13:30

Türkiyədən əzmkar qələbə - VİDEO

12:49

Avropa Liqası: Voleybol millimiz Estoniyaya qarşı

12:20

Avropa çempionları bu gün Bakı turuna çıxır

11:50

Dünya Kuboku: Azərbaycan millisi yarımfinal oyununa çıxır

11:13

Günün oyunları bu kanallarda - AFİŞA

10:41

Argentina ciddi itki ilə üzləşdi

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

15:15

"Şamaxı" Msanqa ilə də müqavilə yeniləmədi - RƏSMİ

14:46

Kyeza gedəcəyini istisna etmədi: "Yeni baş məşqçi İraola ilə danışacağam"

Facebookdan bizi izləməyi unutmayın.
X