Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Belqradda keçirilən Fərdi Dünya Kubokunda təsəlliverici görüşə çıxıb.
Fanat.Az xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan idmançı Ermənistan təmsilçisi Rudik Mkrtçyana 9:0 hesabıyla qalib gələrək bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.
Qeyd edək ki, sonrakı qarşılaşmada Balbay Dordokovu da yenən güləşçimiz son nəticədə "bürünc" alıb.