"Sumqayıt" daha bir futbolçusu ilə vidalaşıb. Fanat.az xəbər verir ki, qapıçı Anar Nəzirov gənclik şəhəri təmsilçisindən ayrılıb.
Qolkiper "Qəbələ"dən və Türkiyənin "Adanaspor" klubundan təklif alıb. Millinin üzvü böyük ehtimalla daha sərfəli şərtlər irəli sürən sabiq klubuna - "Qəbələ"yə döənəcək.
Qeyd edək ki, Anar cari mövsümdə "Sumqayıt"da 17 oyun keçirib. O, 2010-2013-cü illərdə forma geyindiyi "Qəbələ"də 22 oyuna çıxıb. Nəzirov əvvəllər "Turan", "Kəpəz", "Neftçi" və "Standard"ın formasını geyib.
Fanat.az