11:32 30.12.2020 1176

Gimnastika federasiyası ilin hesabatını təqdim etdi

Azərbaycan Gimnastika Federasiyası (AGF) 2020-ci il üçün hesabatını təqdim edib.

Fanat.Az xəbər verir ki, hesabatda qazanılan uğurlar, ölkədə keçirilmiş tədbirlər və digər hadisələr öz əksini tapıb:

"2020-ci il bütün dünyada olduğu kimi ölkəmiz üçün də gözlənilməz hadisələrlə yadda qalıb. AGF-nin aktiv fəaliyyəti yenidən Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən yüksək qiymətləndirilib. 2019-cu ilin nəticələrinə əsasən AGF bir daha "Mükafatlandırılan Federasiyalar”ın siyahısında 1-ci olub. Federasiya 6 il ardıcıl olaraq (2014, 2015, 2016, 2017, 2018, 2019) FIG-nin 10 ən güclü federasiyalarının siyahısında yer alıb, son üç ildə isə həmin siyahıya liderlik edib.

Bu il gimnastika tədbirləri ilə zəngin olmağı vəd etsə də, bütün dünyanı bürüyən koronavirus pandemiyası səbəbi ilə bir çox yarışlar ləğv edildi və ya təxirə salınıb. Bütün idman ictimaiyyətinin səbirsizliklə gözlədiyi Olimpiya Oyunları belə növbəti ilə keçirilib.

Pandemiya Azərbaycan Gimnastika Federasiyasının (AGF) fəaliyyətindən də təsirsiz ötüşməyib. Federasiyasının təşkil edəcəyi 1 beynəlxalq yarış ləğv edilib, Dünya Çempionatı da daxil 3 yarış təxirə salınıb, 2 Avropa Çempionatının keçirilməsi isə Bakıdan digər ölkəyə köçürülüb.

Bütün bunlara baxmayaraq, Milli Gimnastika Arenası (MGA) ilin əvvəlində 3 yarışa ev sahibliyi etməyə nail olub. İlk olaraq, batutçular Olimpiya Oyunlarına təsnifat xarakterli Dünya Kuboku üçün ölkə paytaxtına təşrif buyurublar. Daha sonra gənc kişi idman gimnastları MGA-da 1-ci "AGF Junior Trophy” turnirində mübarizə aparıblar. Azərbaycan təmsilçiləri bu yarışda fərqlənməyi bacararaq yığma hesabına 2 gümüş və 1 bürünc medal qazanıblar.

Bunun ardınca Bakıda Olimpiadaya lisenziya xarakterli daha bir yarış – idman gimnastikası üzrə Dünya Kuboku təşkil edilib. Lakin, koronavirus xəstəliyi ilə əlaqədar Azərbaycanda qəbul edilmiş təxirəsalınmaz qabaqlayıcı tədbirlərlə bağlı bu kubokun final mərhələləri ləğv edilib. Təsnifat mərhələsində idmançıların qazandıqları xalların final nəticələri kimi qəbul olunduğu bu yarışda Azərbaycanın qadın idman gimnastı Marina Nekrasova bürünc medal əldə edib.

2020-ci ildə ölkə gimnastları üçün ən uğurlu hadisə Ukraynada təşkil edilmiş bədii gimnastika üzrə Avropa Çempionatında iştirak idi. Bədii gimnastlar bu yarışda üçqat uğura imza atdılar. Zeynəb Hümmətova, Darya Sorokina, Məryəm Səfərova, Ləman Əlimuradova və Yelizaveta Luzandan ibarət qrup hərəkətləri komanda çoxnövçülükdə gümüş medala layiq görülüblər. Bu medal Azərbaycanın bədii gimnastika tarixində qrupumuzun çoxnövçülükdə qazandığı ilk medaldır.

Daha bir medalı - "bürünc”ü qrup komandası 3 halqa və 2 cüt gürzlə final çıxışlarına görə əldə ediblər. Növbəti medal isə komanda hesabında qazanılıb. Qrup və gənc gimnastlar (Nərmin Bayramova, Alina Gözəlova, İlona Zeynalova, Leyli Ağazadə) topladıqları xalların cəminə əsasən bu proqram üzrə də bürünc medal əldə olunub.

Yığma komanda üzvlərimizin çempionatda çıxışları zamanı istifadə etdikləri geyimlər isə azarkeşlər, gimnastika mütəxəssisləri, eləcə də dünya mediası daxil hər kəsin diqqətini cəlb edib və uzun müddət sosial şəbəkələrdə geniş müzakirə olunub.

Mart ayından etibarən bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da karantin rejimi elan edilib. Karantin dövründə bir sıra kütləvi tədbirlərlə yanaşı idman yarışlarının da keçirilməsi, o cümlədən idman zallarında məşqlər qadağan edilib. Lakin buna baxmayaraq karantin dövründə sağlamlığı qorumaq, immuniteti gücləndirmək və səhhəti gümrah saxlamaq üçün əhaliyə gündəlik idmanla məşğul olmaq, fiziki aktiv olmaq tövsiyyə olundu. AGF də bunu nəzərə alaraq bir sıra layihələr həyata keçirib. İnsanların öz evində rahat idman etmələri üçün hər gün peşəkar məşqçilər tərəfindən səhər gimnastikası təqdim edildi və hamıya əlçatan olması üçün federasiyanın sosial şəbəkə hesablarında yayımlanıb. Bundan əlavə səhər gimnastikası yerli TV kanalla əməkdaşlıq çərçivəsində televiziya vasitəsi ilə də geniş əhali kütləsinə təqdim edilib. AGF, həmçinin əhalinin gimnastika ilə düzgün şəkildə məşğul olaraq sağlam qalması üçün vaxtaşırı maarifləndirci video-çarxlar də çəkərək, sosial şəbəkə hesablarında paylaşır.

Karantində idman zalları bağlı olsa da, gimnastlar məşqlərini evdə davam etdirdilər. İdmançılarla çalışan məşqçilər və xoreoqraflar isə daim onların məşqlərini nəzarətdə saxlayaraq, evdə məşq zamanı fiziki formalarını qorumaları üçün müntəzəm olaraq məsləhətlər verirdilər. Gimnastlar onlayn yarışlarda iştirak edərək, mükafatçılar sırasına daxil olmağı da bacarıblar.

Evdə onlayn təlimlər keçdikləri müddətdə gimnastika növlərinin nümayəndələri bir sıra maraqlı və əyləncəli onlayn müsabiqə və "challenge”lərdə iştirak ediblər, həmçinin özləri də kreativ təşəbbüslərlə çıxış ediblər.

Karantin günlərinin davam etdiyi bir dövrdə xarici ölkələrin gimnastları üçün onlayn ustad dərsləri də təşkil edilib. Bu cür təlimlər məşqçi və xoreoqraflarla yanaşı bədii gimnastika üzrə yığmanın gimnastları tərəfindən də keçirilib. Bu ustad dərslərindən Polşa, Slovakiya, Latviya, Hindistan, Misir, Braziliya, Monteneqro, Meksika, Argentina, Filippin və bir sıra digər ölkə təmsilçiləri faydalanıb.

Bu müddətdə həmçinin Azərbaycan və İsrailin bədii gimnastika üzrə yığma komandalarının çox maraqlı ilk birgə onlayn yarışması baş tutub. "Battle” adlanan bu yarışda hər iki ölkənin Tokio-2020 Olimpiadasına lisenziya qazanmış komandaları iştirak edib. Yarışmanın məqsədi karantin günlərinin davam etdiyi və gimnastika yarışlarının olmadığı bir zamanda gimnastlara yarış əhval-ruhiyyəsini yenidən yaşatmaq, onlayn da olsa, birgə maraqlı vaxt keçirərək əylənmək olub.

AGF hər zaman olduğu kimi bu il də məşqçi və hakimlərin ixtisaslarının artırılmasını diqqətdə saxlayıb. Belə ki, ilin əvvəllərində yerli hakim və məşqçilər üçün gimnastika növləri üzrə kurslar təşkil edilib.

Bundan başqa Azərbaycanın "TeamGym” üzrə hakimləri Avropa dərəcələrini artırıblar. İyulun sonlarında keçirilmiş bu növ üzrə onlayn hakimlik imtahanlarında iştirak edən təmsilçilərimiz İnara İsrafilbəyova və Akif Kərimli 3-cü hakimlik dərəcəsinə kimi yüksəliblər.

AGF tərəfindən bu il həm də ilk dəfə "Gimnastika hamı üçün” növünə aid məlumat xarakterli vebinar təşkil edilib. Gimnastika mütəxəssislərinin və bu gimnastika növü ilə tanış olmaq istəyən şəxslərin böyük marağına səbəb olmuş vebinarda iştirak üçün ümumilikdə 84 nəfər qeydiyyatdan keçib. İştirakçılar arasında ölkənin müxtəlif şəhər və rayonları - Qax, Zaqatala, Balakən, Qusar, Şirvan, Gəncə, Lənkəran, Mingəçevir, Naxçıvan və digər bölgələrdən olan təmsilçilər yer alıb.

Yola saldığımız il bütün dünya ölkələri üçün olduğu kimi Azərbaycan üçün də fərqli bir il olub. Qarşımıza çıxmış müəyyən məhdudiyyətlər və çətinliklərə baxmayaraq, bu ildə həm də yenilikləri sınaqdan keçirdik və yeni bacarıqlar əldə etdik. Qarşıda isə bizi mühüm gimnastika tədbirləri ilə zəngin yeni bir il gözləyir. Odur ki, növbəti ildə hər kəsə möhkəm sağlamlıq, işlərində uğurlar və bizimlə olmağı arzu edirik".
 
Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

14 İyun 2026
11:39

Avstraliya - Türkiyə matçının ən yaxşı futbolçusu bilindi

11:13

Vinisius Ronaldinyoya çatdı

10:40

Türkiyə millisinin baş məşqçisi məğlubiyyəti belə şərh etdi

10:31

DÇ-2026: Türkiyə Avstraliya ilə bacarmadı

10:03

MY-dən qovulan Amorim digər Avropa nəhənginin "sükanı arxası"na keçir - Maaşı açıqlandı

09:37

DÇ-2026: Braziliya Mərakeşi yenə bilmədi, Şotlandiyadan qələbə

09:00

Günün oyunları bu kanallarda - AFİŞA

02:22

1966-cı ildən bəri hələ belə sonluq görünməmişdi

01:04

DÇ-2026: Qətər məğlubiyyətdən son dəqiqələrdə qurtuldu

13 İyun 2026
23:39

Azərbaycanın 3x3 basketbol üzrə milliləri yarımfinala yüksəlib

22:43

Ander Errera uşaqlıq klubuna qayıdır

22:11

Azərbaycan millisi dünya çempionu oldu

21:45

DÇ-2026: Türkiyə millisi ilk matçına çıxır

21:12

Dursun Özbəkdən İkardiyə sərt şərt: İstanbulla bağlı xüsusi maddə

20:52

Dünya çempionatında ağlasığmaz soyğun

20:22

"Mançester Yunayted" axtardığı yarımmüdafiəçini Fransada tapdı

19:51

Osimhen hərəkətə keçdi: Ulduz hücumçu "Qalatasaray"a gəlməyə hazırdır

19:14

Mourinyudan Arda Güler qərarı

18:41

"Arsenal" vinger ovunda: Siyahıda 4 böyük ulduz var

18:25

"Arsenal"dan "Mançester Yunayted"ə rədd cavabı: Gənc ulduzun qiyməti 60 milyondur

17:57

İrlandiya İsraillə neytral meydanda qarşılaşacaq

17:20

"İnter"in oyunçusu İtaliyanı İngiltərəyə dəyişə bilər

16:53

Məşhur ingilis referi ABŞ-də sıradan çıxdı, yerinə bu hakim təyin olundu

16:15

Əşrəf Hakimi Braziliyaya meydan oxudu - "Bizə də "afrikalı braziliyalılar" deyirlər"

15:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:28

Portuqaliya millisinin üzvü Londonu tərk edir, İngiltərəni yox

14:56

Bakı klubu kapitanı ilə bağlı qərarını verdi - RƏSMİ

14:30

"Bayern"dən ayrılan Qoretskanın yeni klubu bilindi - SON DURUM

13:59

İbrahimoviç DÇ-2026-da azarkeşlik etdiyi komandanın adını dedi - "Mənim köküm o ölkədəndir"

13:17

ABŞ bir rekordunu 96 il sonra təkrarladı, digərini isə...

12:53

Avropa Kuboku: Azərbaycan millisi mübarizəyə başlayır

11:54

"O, öz dövrünün ən yaxşı hücumçusudur. Nöqtə!" - Pol Poqba

11:23

Avropa Liqası: Azərbaycan milli komandaları sınaq qarşısında

10:11

İnfantino İtaliyaya istehza etdi - "Bəlkə onda dünya çempionatına qatıla bildilər"

09:36

DÇ-2026: İsveçrə Qətər ilə üz-üzə

09:00

Modriçin karyerasını nə vaxt bitirəcəyi bilindi

08:00

DÇ-2026: ABŞ Paraqvaya rəhm etmədi

02:33

Kanadada hələ belə tarixi gecə yaşanmamışdı

01:57

İrandan gələn gizli təhdid turniri yarımçıq qoya bilər

01:27

Mundialda şok qadağa: Kanada tanınmış ulduzu ölkəyə buraxmadı

Facebookdan bizi izləməyi unutmayın.
X