16:51 23.01.2021 1122

Millimizin baş məşqçisi: "Hələ ideal fomada deyilik"

Futzal üzrə Azərbaycan yığmasının baş məşqçisi Joze Alesio Da Silva federasiyanın rəsmi saytına müsahibə verib.

Fanat.Az həmin müsahibəni təqdim edir.

- Hazırlıq prosesi və futzalçıların durumu barədə məlumat verərdiniz.
- Məşqlərimizi bu gündən şəhər və axşam olmaqla davam etdiririk. Qarşıda vaxtımız var, amma çox azdır. Uzun müddətdir oyun keçirmirik, bizə aid olan məkanda məşq etmirdik. Buna görə də texniki planda problemlərimiz var. Taktika ilə bağlı çalışmalarımızı çoxdandır davam etdiririk. Bu istiqamətdə ölkə xaricində çıxış edən futzalçılarımızda "axsama” ola bilər. Düzdür, onların əksəriyyəti həm ölkə çempionatında, həm də Çempionlar Liqasında oyunlar keçirirlər. Ancaq fərqli taktika ilə çıxış edirlər. Onlar oyundan 2-3 gün əvvəl gələcəklər və az müddətdə mənim taktikamı mənimsəmələri çətin olacaq. Hazırda sərəncamımda olan oyunçuların bu baxımdan problem yaşamayacağını düşünürəm. Yenə deyirəm, burdakı futzalçılarla çoxdandır taktiki çalışmalar reallaşdırırıq. Ümumiləşdirsək, hələ ideal fomada deyilik. Amma fiziki və taktiki planda çalışırıq.

- 11 aydan çoxdur ki, ölkəmizdə idman zallarının fəaliyyəti dayandırılıb. Oyunçuların bu müddətdə parket üzərində məşq etməməsi hiss olunurmu?
- Əlbəttə, hiss olunur. Biz yanvarın 18-nə qədər açıq yerlərdə məşq edirdik. Cəmi 5 gündür zala keçmişik. Bunu bir qədər də erkən etmək istəyirdik, amma zallar bağlı olduğuna görə mümkün olmadı. Milli komandaya verilən bu şansdan maksimum istifadə etməli, fasilə verməməliyik. Onsuz da kifayət qədər dincəlmişik, az məşq etmişik. İndi yaradılan şəraiti xeyrimizə çevirməliyik. Biz bu müddətdə rəsmi və ya qeyri-rəsmi oyun keçirmədik. Son 11 ayda cəmi bir dəfə - "Araz” Çempionlar Liqasının oyununda zala çıxdı. Oyun təcrübəsinin azlığı da problemdir.

- Vaxtın az olduğunu bildirdiniz. Qalan günlər problemləri böyük ölçüdə həll etməyə vaxt çatacaqmı?
- Mümkün deyil. Futzalda hazırlıq üçün 1-2 həftə çox azdır. Bu müddət ərzində sən ideal forma yığa bilməzsən. Ancaq hər saniyə bizim üçün çox vacibdir. Hər keçdiyimiz məşq müsbət təsirini göstərəcək. Yanvarın 27-də və 28-də isə gündəlik məşqlərin sayını 2-dən 1-ə endirəcəyik. Bununla həm yükləməni azaldacağıq, həm də standartlar üzərində işləyəcəyik.

- Ölkə xaricində çıxış edən futzalçılarla əlaqə saxlayırsınızmı?
- Mütəmadi danışırıq. Eduardonun yüngül zədəsi var idi. Artıq məşqlərə başlayıb. Klubu ilə Türkiyədə toplanışdadır və iki oyun keçiriblər. Fiziki baxımdan tam hazır deyil. Thaqonun da müəyyən çatışmazlığı var. O, son 10 gündə özünə komanda tapdı. Bosniya və Herseqovina təmsilçisinin heyətində Çempionlar Liqasının oyununa çıxdı və qol da vurdu. Ancaq Kardoso və Rafael yaxşı formadadır. Vassoraya isə Bakıya gəldikdə baxacağıq. Hazırda Dubaydadı və ordakı klubların birinə keçib.

- Zədəli və başqa problemi olan futzalçı varmı?
- İsa Atayevin yüngül zədəsi var, amma oyuna qədər düzələcək. Əsas problemimiz oyunçuların fiziki baxımdan ideal formada olmamasıdır.

- Yanvarın 29-da Avropa çempionatının seçmə mərhələsində Slovakiya ilə qarşılaşacaqsınız. Bu komanda ilə bağlı hansı məlumatları əldə etmisiniz?
- Çox çətin, ağır oyun olacaq. Son 3 ildə bu komanda ilə tez-tez qarşılaşmışıq. Onlar bizi, biz də onları yaxşı tanıyırıq, oyun üslubuna bələdik. Amma hazırkı məqamda Slovakiya üçün müsbət məqamlar var. Belə ki, Slovakiyada ölkə çempionatı davam edir, milli səviyyəsində bir neçə yoldaşlıq oyunları keçiriblər. Komanda şəklində hər gün məşq edirlər.

- Sadaladıqlarınız faktlardır, amma final mərhələsinə yollanmaq baxımından ilk oyunda qələbə qazanmaq vacibdir...
- Əlbəttə, mütləq qələbə qazanmalıyıq. Oyunçularla da fərdi söhbətlər zamanı bizim üçün çox vacib oyun olduğunu, qələbə qazanmağa borclu olduğumuzu deyirəm. Çətinlikləri başa düşürük, amma doğma meydanda oynadığımızı da unutmamalıyıq. Təəssüf ki, Bakıda milli komanda ilk dəfə azarkeşlərsiz oynayacaq. Bunun da səbəbini hamımız başa düşürük. İnsan saglamlığı ön planda dayanır. Çalışmalıyıq ki, nəticəmizlə bizi ekran qarşısında izləyəcək azarkeşləri sevindirək.

- Siz hər zaman taktiki gedişlərlə rəqibə xoş olmayan sürprizlər yaşatmısınız. Bu dəfə də sürpriz tapşırıqlar olacaqmı?
- İstənilən taktiki tapşırığı reallaşdırmaq üçün məşqlərdə çox çalışmalısan. Üstəlik, legioner həyatı yaşayan oyunçular da gəldikdən sonra onların durumunu yerində görməliyəm. Ona görə də bu dəfə sürpriz mümkün olmayacaq. Çünki vaxtımız azdır. Ancaq "sandıqca”mda sürprizlər var və növbəti oyunlarda istifadə edəcəyik.

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

30 Avqust 2026
16:39

"Xankəndi" yarımmüdafiəçini heyətinə qatdı

16:21

Mourinyu "Qızıl top"un favoritlərini açıqladı

15:51

Kanada millisinin hücumçusu İspaniya nəhənginə keçə bilər

15:13

Portuqaliyalı ulduz "Qalatasaray"da -RƏSMİ

14:47

"Fənərbağça"dan ayrılan Amrabatın yeni klubu müəyyənləşdi

14:12

"Çelsi" argentinalı qapıçını transfer etdi

13:54

"Mançester Siti" niderlandlı vingerə 100 milyon avro verir

13:36

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:01

"Neftçi SOCAR" yarımfinalda uduzdu

12:34

"Qarabağ"da yeni braziliyalı - RƏSMİ

12:09

Messi şou göstərib Jairi haqladı

11:50

"Qalatasaray"ın gənc qapıçısı debütünü və qələbəni belə dəyərləndirdi

11:09

Fidanla Vüsalənin yeni klubu müəyyənləşdi

10:42

Günün oyunları bu kanallarda - AFİŞA

10:18

MPL: "Kəpəz" "Turan Tovuz"u, "Zirə" "Neftçi"ni qəbul edir

09:37

Hələ "Krasnodar" kimisi olmamışdı - Musayevin komandası rekordu yenilədi

09:00

"Sabah"ın baş məşqçisi qarşıdakı matçda yalnız bu futbolçunu oynada bilməyəcək

01:59

Premyer Liqa: "Nyukasl" səfərdən 3 xalla dönür

01:58

La Liqa: "Real Betis" darmadağına uğradı

01:33

A Seriyası: "Yuventus" "Parma"nı məğlub etdi

01:22

Liqa 1: "Lion" "Havr"la bacarmadı

00:49

Bundesliqa: "Sabah"ın rəqibi inamlı qələbəyə sevindi

29 Avqust 2026
23:42

Zaur Həşimov "İmişli" ilə matçdan sonra nə danışdı?

23:27

Fərid Namazov "Şəfa" üzərində qələbəni belə şərh etdi

22:58

Kamilo Duran dayanmaq bilmir

22:31

Komandası səfərdə 3 xal qazandı, Toral isə...

22:07

MPL: Qəbələdə qol səsi çıxmadı, "İmişli"yə 1 qol bəs etdi

21:58

"İstədiyimiz oyuna daha yaxın futbol nümayiş etdirdik" - Kaxaber Tsxadadze

21:26

"Futbolçularımdan razıyam" - Azər Bağırov

20:44

Tanınmış jurnalist “Kəpəz”də mühüm vəzifəyə təyin olundu

20:24

"Real Madrid"dən 3 milyonluq həmlə

19:48

"Benfika" "Əl-İttihad"ın 16 milyonluq təklifini rədd etdi

19:18

Frank Kesye yenidən İtaliyada

18:55

"Trabzonspor" "Milan"ın ulduzu üçün hərəkətə keçdi

18:14

"Çelsi" gənc istedadı icarəyə göndərir

17:44

"Çelsi"nin ulduzu "Mançester Siti"yə gedir

17:15

"Beşiktaş" "Yuventus"un oyunçusu ilə gücləndi - RƏSMİ

16:48

Xulian Alvares evinə qayıdır?

16:17

Bredli Barkola "Liverpul"a keçir – 145 milyon avroluq anlaşma

15:40

İtaliya klubu futbolçusundan FİFA-ya şikayət etdi

Facebookdan bizi izləməyi unutmayın.
X