11:46 29.01.2021 1042

Millimizin üzvü: “Onda ancaq videoməşqlərlə kifayətlənirdik”

Bu gün Slovakiya ilə keçiriləcək oyunun hazırlığını davam etdirən Azərbaycan millisi dünən son məşqini keçirib.
 
Fanat.Az xəbər verir ki, dünən axşam çalışmasında taktiki tapşırıqları yerinə yetirən komandanın üzvlərindən Kardoso Everton Futzal Federasiyasının rəsmi saytına müsahibə verib. Hazırda İspaniya təmsilçisi "Levante”də çıxış edən müdafiəçi sualları cavablandırmazdan əvvəl onun Kardoso Everton deyil, sadəcə, Qalo kimi təqdim olunmasını xahiş edib. 

- İspaniya çempionatında vəziyyət necədir? Mövcud pandemiya dünyanın ən maraqlı liqarından birinə necə təsir edib?

- Təbii ki, COVİD-19-la bağlı orda da problemlər oldu. Dünyanı ağuşuna alan bu pandemiya nəticəsində bir müddət çempionat dayandırıldı, idman zalları bağlandı. Həmin vaxtlarda videoməşqlər edirdik. Baş məşqçi konkret saat təyin etmişdi, biz də həmin vaxtda kompyuter vasitəsilə məşqə qoşulur, verilən tapşırıqları evdə edirdik. Əlbəttə, çətin idi. Ondan sonra zallar açıldı və uyğunlaşmaq asan olmadı. Hazırda gün ərzində bir dəfə zalda məşq etməyə icazə verilir. Çempionat isə davam edir. Hər oyundan əvvəl COVİD-19-la bağlı test götürülür. Maskadan istifadə edirik. Qarşılaşmalar azarkeşlər üçün qapalıdır. Digər şəhərlərə uçuşlarla bağlı problem yoxdur.

- "Levante” ikinci pillədə yer alıb. Pandemiya komandanızın işinə yarayıb, demək olarmı?

- Yaxşı hazırlaşmışıq və komanda tarixinin ən yaxşı nəticələrini qazanır. Ardıcıl 7 qələbə qazanmışıq və turnir cədvəlində ikinci pillədə qərarlaşmışıq. Fikrimcə, İspaniya çempionatı dünyanın ən güclü yarışıdır. Biz də güclü komanda olduğumuzu nəticələrimizlə sübut edirik.

- Bəs bu pillədə sona qədər qərar tuta biləcəksinizmi?

- Demək olar, bütün oyunlarda meydana çıxıram. Yaxşı şansımız, əla kollektivimiz var. Qeyd etdiyim kimi, hazırlığımız da yüksək səviyyədə oldu. İstəyimiz yarımfinala və finala vəsiqə qazanmaqdır. Allahın köməkliyi ilə bu imkanı əldən verməyəcəyik.

- Artıq 3 gündür Bakıdasan və bu dəfə Joze Alesionun rəhbərliyi altında hazırlıq keçirsən. Millinin Slovakiya ilə oyuna hazırlığı haqda nə deyə bilərsən?

- Məncə, hazırıq. Başa düşürəm, Alesionun istədiklərini tam reallaşdırmaq üçün etdiyimiz məşqlərin sayı azdır. Ancaq baş məşqçini yaxşı tanıyırıq, əvvəlki illərdə də onun rəhbərliyi altında məşqlərdə olmuşuq, oyunlarda iştirak etmişik. Bacardığımızın ən yaxşısını etməyə çalışacağıq ki, nəticə də istədiyimiz kimi olsun.

- Sən, Rafael Vilela İspaniya çempionatında mütəmadi oynayırsınız. Amma "Araz”ın üzvləri AEK-lə görüş istina olmaqla son 11 ayda oyun keçirməyib. Bu hiss olunurmu?

- Futzalçı üçün oyun keçirmək mütləq şərtdi. Bir rəsmi qarşılaşma 5-6 məşqdən üstündür. Əlbəttə, oyun keçirməmələri yaxşı hal deyil. Bu tək onların başına gəlməyib, mövcud vəziyyətlə əlaqəlidir. Ancaq hər bir oyunçunun komandaya kömək edəcəyinə əminəm.

- Son 3 ildə Slovakiyaya qarşı 2 oyunda iştirak etmisən və son dueldə heç-heçə qeydə alınıb. Onları Bakı İdman Sarayında növbəti dəfə məğlub etmək mümkün olacaqmı?

- Yaxşı rəqibdir, hətta onların yoldaşlıq oyunu keçirmək imkanı oldu. Amma doğma meydanda oynayırıqsa, kimliyindən asılı olmayaraq qələbə qazanmalıyıq. Başqa nəticə bizi qane etməyəcək. Həm də yaxşı nəticə ilə start verməliyik ki, ardı da uğurlu olsun.

- Millinin yer aldığı qrupla bağlı düşüncələrin necədir?

- Bizim bir məqsədimiz var: yarışı birinci pillədə başa vurmaq. Rəqiblərimizə hörmət edirik, amma qarşıya qoyulan hədəfi də reallaşdırmalıyıq.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

30 Avqust 2026
16:39

"Xankəndi" yarımmüdafiəçini heyətinə qatdı

16:21

Mourinyu "Qızıl top"un favoritlərini açıqladı

15:51

Kanada millisinin hücumçusu İspaniya nəhənginə keçə bilər

15:13

Portuqaliyalı ulduz "Qalatasaray"da -RƏSMİ

14:47

"Fənərbağça"dan ayrılan Amrabatın yeni klubu müəyyənləşdi

14:12

"Çelsi" argentinalı qapıçını transfer etdi

13:54

"Mançester Siti" niderlandlı vingerə 100 milyon avro verir

13:36

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:01

"Neftçi SOCAR" yarımfinalda uduzdu

12:34

"Qarabağ"da yeni braziliyalı - RƏSMİ

12:09

Messi şou göstərib Jairi haqladı

11:50

"Qalatasaray"ın gənc qapıçısı debütünü və qələbəni belə dəyərləndirdi

11:09

Fidanla Vüsalənin yeni klubu müəyyənləşdi

10:42

Günün oyunları bu kanallarda - AFİŞA

10:18

MPL: "Kəpəz" "Turan Tovuz"u, "Zirə" "Neftçi"ni qəbul edir

09:37

Hələ "Krasnodar" kimisi olmamışdı - Musayevin komandası rekordu yenilədi

09:00

"Sabah"ın baş məşqçisi qarşıdakı matçda yalnız bu futbolçunu oynada bilməyəcək

01:59

Premyer Liqa: "Nyukasl" səfərdən 3 xalla dönür

01:58

La Liqa: "Real Betis" darmadağına uğradı

01:33

A Seriyası: "Yuventus" "Parma"nı məğlub etdi

01:22

Liqa 1: "Lion" "Havr"la bacarmadı

00:49

Bundesliqa: "Sabah"ın rəqibi inamlı qələbəyə sevindi

29 Avqust 2026
23:42

Zaur Həşimov "İmişli" ilə matçdan sonra nə danışdı?

23:27

Fərid Namazov "Şəfa" üzərində qələbəni belə şərh etdi

22:58

Kamilo Duran dayanmaq bilmir

22:31

Komandası səfərdə 3 xal qazandı, Toral isə...

22:07

MPL: Qəbələdə qol səsi çıxmadı, "İmişli"yə 1 qol bəs etdi

21:58

"İstədiyimiz oyuna daha yaxın futbol nümayiş etdirdik" - Kaxaber Tsxadadze

21:26

"Futbolçularımdan razıyam" - Azər Bağırov

20:44

Tanınmış jurnalist “Kəpəz”də mühüm vəzifəyə təyin olundu

20:24

"Real Madrid"dən 3 milyonluq həmlə

19:48

"Benfika" "Əl-İttihad"ın 16 milyonluq təklifini rədd etdi

19:18

Frank Kesye yenidən İtaliyada

18:55

"Trabzonspor" "Milan"ın ulduzu üçün hərəkətə keçdi

18:14

"Çelsi" gənc istedadı icarəyə göndərir

17:44

"Çelsi"nin ulduzu "Mançester Siti"yə gedir

17:15

"Beşiktaş" "Yuventus"un oyunçusu ilə gücləndi - RƏSMİ

16:48

Xulian Alvares evinə qayıdır?

16:17

Bredli Barkola "Liverpul"a keçir – 145 milyon avroluq anlaşma

15:40

İtaliya klubu futbolçusundan FİFA-ya şikayət etdi

Facebookdan bizi izləməyi unutmayın.
X