"Qəbələ" növbəti transferini reallaşdırıb. Fanat.az xəbər verir ki, bölgə klubu mövsümün ilk yarısını "Sumqayıt"da keçirən Anar Nəzirovu heyətinə qatıb.
Anar artıq klubla 2 illik müqaviləyə imza atıb. Qolkiper Antalyaya yollanaraq komandanın təlim-məşq toplanışına qatılıb.
Qeyd edək ki, Anar 2010-2013-cü mövsümündə "Qəbələ"də çıxış edib və 6 oyunda 540 dəqiqə forma şansı qazanıb. Cari mövsümdə "Sumqayıt"da 17 oyun keçirən qapıçı 1530 dəqiqə oynayıb. A millimizə də dəvət alan 28 yaşlı qolkiper əvvəllər "Kəpəz", "Neftçi", "Turan" və "Standard"da çıxış edib.
Onu da qeyd edək ki, "Qəbələ" bundan əvvəl Rafael Santosla Ruslan Tağızadəni transfer edib.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol