12:07 24.02.2021 1111

Millimizin baş məşqçisi: "Axsadığımız” məqamlar üzərində işləyəcəyik”

"Fikrimcə, komandanın hazırlıq durumu əvvəlki oyunla müqayisədə indi daha yaxşıdır. Çünki bu dəfə hazırlaşmaq üçün vaxtımız çoxdur. Müqayisə üçün deyim ki, əgər Slovakiya ilə matça biz cəmi 10 gün məşq keçməklə çıxmışdıqsa, indi ən azı iki rəsmi oyun da var aktivimizdə. Yəni yanvardakı məşqlər və sonra iki oyun keçirməyimiz komanda olaraq boşluqları görməyimizə və aradan qaldırmağımıza imkan verdi. Təbii ki, qarşıdakı günlərdə də "axsadığımız” məqamlar üzərində işləyəcəyik”.

Fanat.Az-ın məlumatına görə, bunu futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio Da Silva Moldova ilə keçirəcəkləri Avropa çempionatının seçmə qrup oyunları barədə qurumun rəsmi saytına açıqlamasında deyib.

Baş məşqçi heyətlə bağlı problemlərin olduğunu da qeyd edib: "Fineo zədəli olduğuna görə Slovakiya və Yunanıstana qarşı oyunlarda iştirak etmədi. Düzdür, o, məşqlərə başlayıb, amma tam hazır deyil. Bakıdakı oyunda iştirak edib-etməyəcəyini deyə bilmərəm. Ümid edirəm ki, ən pis halda səfərdəki oyuna hazır olacaq. İsa Atayevin də yüngül zədəsi var, Fineodan fərqli olaraq o, bizə kömək edəcək vəziyyətdədir”.

Rəqib haqda da danışan Alesio Moldova yığmasının hazırda yaxşı formada olduğunu vurğulayıb: "Əlbəttə, rəqibimiz olduğuna görə, Moldovanın hər iki matçını izləmişəm. Həm də təxminən ilyarım əvvəl qarşılaşmışdıq. Oyun üslubu tanışdı, elə də dəyişiklik yoxdu, amma komanda olaraq yaxşı formadadırlar. Bu da onların daha əvvəldən hazırlıq və yoldaşlıq oyunları keçirməsi ilə bağlıdır. Meydanda çox intizamlıdırlar. Nəticələri də bunu deyir. Xüsusilə də Slovakiyaya qarşı oyunlarını qeyd edərdim. Həmin matçda hətta qələbə qazanmağa da yaxın oldular. Ona görə diqqətli olmalıyıq”.

Millinin baş məşqçisi toplanış üçün 1 həftənin yetərli olduğunu bildirib: "Fevralın 25-dən toplanışa başlayacağıq. Ancaq toplanışa qədər də məşqlərimizi edirdik. Ona görə qarşıdakı günlərin tam hazır olmaq üçün yetərli olacağı qənaətindəyəm. Yaxşı olardı ki, legioner kimi başqa ölkələrdə çıxış edən futzalçılarımız da ilk gündən hazırlığa qoşulsunlar. Təəssüf ki, bu alınamayacaq. Çünki onların formasını geyindiyi klubların çempionat oyunları var”.

Alesio hər iki oyunda qazanılacaq qələbənin belə liderliyi təmin etməyəcəyini deyib: "Rəqibimizə hörmətlə yanaşırıq. Bizim tapşırığımız isə hər iki oyunda qələbə qazanmaq, aktivimizə 6 xal yazdırmaqdır. Bunu reallaşdırsaq, lideliyi təmin edəcəyikmi? Bu haqda danışmaq tezdir. Ancaq mübarizənin sona qədər davam edəcəyini düşünürəm”.

Qeyd edək ki, Azərbaycan millisi Moldova ilə martın 4-də evdə, martın 9-da səfərdə üz-üzə gələcək.
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

30 Avqust 2026
14:12

"Çelsi" argentinalı qapıçını transfer etdi

13:54

"Mançester Siti" niderlandlı vingerə 100 milyon avro verir

13:36

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:01

"Neftçi SOCAR" yarımfinalda uduzdu

12:34

"Qarabağ"da yeni braziliyalı - RƏSMİ

12:09

Messi şou göstərib Jairi haqladı

11:50

"Qalatasaray"ın gənc qapıçısı debütünü və qələbəni belə dəyərləndirdi

11:09

Fidanla Vüsalənin yeni klubu müəyyənləşdi

10:42

Günün oyunları bu kanallarda - AFİŞA

10:18

MPL: "Kəpəz" "Turan Tovuz"u, "Zirə" "Neftçi"ni qəbul edir

09:37

Hələ "Krasnodar" kimisi olmamışdı - Musayevin komandası rekordu yenilədi

09:00

"Sabah"ın baş məşqçisi qarşıdakı matçda yalnız bu futbolçunu oynada bilməyəcək

01:59

Premyer Liqa: "Nyukasl" səfərdən 3 xalla dönür

01:58

La Liqa: "Real Betis" darmadağına uğradı

01:33

A Seriyası: "Yuventus" "Parma"nı məğlub etdi

01:22

Liqa 1: "Lion" "Havr"la bacarmadı

00:49

Bundesliqa: "Sabah"ın rəqibi inamlı qələbəyə sevindi

29 Avqust 2026
23:42

Zaur Həşimov "İmişli" ilə matçdan sonra nə danışdı?

23:27

Fərid Namazov "Şəfa" üzərində qələbəni belə şərh etdi

22:58

Kamilo Duran dayanmaq bilmir

22:31

Komandası səfərdə 3 xal qazandı, Toral isə...

22:07

MPL: Qəbələdə qol səsi çıxmadı, "İmişli"yə 1 qol bəs etdi

21:58

"İstədiyimiz oyuna daha yaxın futbol nümayiş etdirdik" - Kaxaber Tsxadadze

21:26

"Futbolçularımdan razıyam" - Azər Bağırov

20:44

Tanınmış jurnalist “Kəpəz”də mühüm vəzifəyə təyin olundu

20:24

"Real Madrid"dən 3 milyonluq həmlə

19:48

"Benfika" "Əl-İttihad"ın 16 milyonluq təklifini rədd etdi

19:18

Frank Kesye yenidən İtaliyada

18:55

"Trabzonspor" "Milan"ın ulduzu üçün hərəkətə keçdi

18:14

"Çelsi" gənc istedadı icarəyə göndərir

17:44

"Çelsi"nin ulduzu "Mançester Siti"yə gedir

17:15

"Beşiktaş" "Yuventus"un oyunçusu ilə gücləndi - RƏSMİ

16:48

Xulian Alvares evinə qayıdır?

16:17

Bredli Barkola "Liverpul"a keçir – 145 milyon avroluq anlaşma

15:40

İtaliya klubu futbolçusundan FİFA-ya şikayət etdi

15:13

"Sabah" - "Barselona" matçı bu tarixdə keçiriləcək - DƏQİQLƏŞDİ

14:49

"Qalatasaray" Leaunu heyətinə qatdı - RƏSMİ

14:15

Aslan Kərimov: "Borussiya Dortmund"un da öhdəsindən gələ bilərik"

13:42

Nikolas Ceksona rekord məbləğ ödəniləcək

13:11

Reşford "Fənərbağça"ya cavabını verdi

Facebookdan bizi izləməyi unutmayın.
X