11:51 09.03.2021 1194

Millimizin legioneri: "Falkao kimi əfsanə ilə birgə olmaq..."

"Yaxşı məşqlər keçdik. Həm Bakıda, həm də Kişinyovda bunun üçün imkanımız oldu. Əsasən taktiki planda çalışdıq. Baş məşqçi oyunda necə oynamalı olduğumuzu göstərdi. Əlbəttə, əvvəlki oyunlarda səhvlərimiz oldu. Joze Alesio həmin səhvləri təkrarlamamaq üçün tapşırıqlar verdi. Ümumi qənaətim belədir ki, oyuna hazırıq".

Fanat.Az xəbər verir ki, bunu Azərbaycan millisinin futzalçısı Vassura Moldova yığması ilə səfərdə keçirəcəkləri Avropa çempionatının seçmə qrup oyunundan əvvəl azfutzal.az-a müsahibəsində deyib. Braziliyalı legioner ciddi problemlərinin olmadığını açıqlayıb: "Bütün komanda olaraq, oyuna köklənmişik. Zədəli futzalçımız yoxdur. Rafael Vilela cəzalı olduğu üçün bizə qoşulmayıb. Yəqin ki, onun yoxluğunu hiss etdirməyəcəyik".

36 yaşlı oyunçu martın 4-də Bakıda Moldovaya 5:1 hesabı ilə qalib gəlmələrinə baxmayaraq, baş məşqçi Joze Alesio Da Silvanın komandaya iradlar bildirdiyini söyləyib: "Joze Alesio birinci "dördlüy”ün oyunu ilə bağlı narazılığını bildirdi. Taktiki planda düzgün oynamamışdıq. Xüsusən, müdafiədə səhvlərə yol vermişdik. Baş məşqçimiz həmin səhvləri bizə göstərdi. Əlbəttə, bunu təkrarlamamalıyıq".

Səfər qarşılaşmasının turnir cədvəli baxımından çox vacib olduğunu vurğulayan Vassuranın fikrincə, qələbə Azərbaycan millisini böyük ölçüdə həlledici məqama yaxınlaşdıracaq. Lakin təcrübəli futbolçunun sözlərinə görə, hazırda bu barədə düşünməyin vaxtı deyil: "Bizə keçirəcəyimiz hər oyunda maksimum xal toplamaq lazımdır. Bunu bacarsaq, məsələ özlüyündə həllini tapacaq. İndi Moldova ilə oyunda da bu tapşırığı yerinə yetirməliyik. Amma azarkeşlərsiz oynamaq da çətin olur. Düzdür, səfər oyunlarını azarkeşsiz keçirmək bizə sərf edir. Ancaq Bakıdakı matçlarda fanatlar bizi psixoloji baxımdan oyuna kökləyir, rəqibi təzyiq altında saxlamağa məcbur edir. Yəni bizi daim irəli getmək üçün səsləyirdilər. Rəqib meydanında bu cür sükut yaxşıdır".

Vassura seçmə mərhələnin yeni formatının uğurlu olduğunu söyləyib: "Həm çox oyun keçiririk, həm də azarkeşlər öz milli komandalarını izləmək şansı qazanırlar. Yəni seçmə mərhələ 1 həftə deyil, ən azı 3 ay davam edir. Həyəcan artır. Səfərdə uduzdugun rəqibdən revanş almaq şansın olur".
 


Futzalçı 3-cü qrupda ilk 3 turun oyunlarını da dəyərləndirib: "Qrup mərhələsinə güclü rəqiblə start verdik. Nəzərə alsaq ki, əksər oyunçularımız uzun müddət zalda məşq belə keçmirdi, çətinliyi özünüz təsəvvür edəcəksiniz. Problemlərə rəğmən, evdə Slovakiya üzərində qələbə qazandıq. Oyun ağır keçdi, rəqib xüsusilə də birinci hissədə müqavimət göstərdi. Yunanıstan və Moldovaya qarşı sonrakı iki oyunu daha rahat keçirdik. Çünki yaxşı məşqlər etmişdik, üstəlik, oyun təcrübəmiz də var idi. Həm də əsas məqam nəticədir. Biz də qarşıya qoyulan məqsədə doğru itkisiz irəliləyirik. Ümumi götürsək, narazı qalmaq olmaz".

"Sambaçı" qol sevincini daim kamera qarşısında ailəsi ilə bölüşdüyünü də diqqətə çatdırıb: "Hər oyundan qabaq ailəmlə mütləq danışıram. Onlara görüşü izləmək üçün link atıram. Qol vurduqda isə kamera qarşısına qaçır, mesajımı göndərirəm".

Sonda Vassura bir müddət əvvəl Braziliya millisinin keçmiş kapitanı Falkaoya qarşı oyunu barədə təəssüratlarını bölüşüb: "Bu, turnir deyildi. İştirakçılar öz qabiliyyətlərini göstərirdilər. Ora xüsusi istedadı ilə seçilən oyunçular dəvət olunurdu. Mən də iştirak etdim. Təbii ki, Falkao kimi istedadla, əfsanə ilə bir sırada yer almaq müsbət məqamdır".

Qeyd edək ki, bu gün Çoreskudakı "Futzal Arena”da keçiriləcək Moldova - Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:30-a başlayacaq.
 
Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

30 Avqust 2026
14:12

"Çelsi" argentinalı qapıçını transfer etdi

13:54

"Mançester Siti" niderlandlı vingerə 100 milyon avro verir

13:36

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:01

"Neftçi SOCAR" yarımfinalda uduzdu

12:34

"Qarabağ"da yeni braziliyalı - RƏSMİ

12:09

Messi şou göstərib Jairi haqladı

11:50

"Qalatasaray"ın gənc qapıçısı debütünü və qələbəni belə dəyərləndirdi

11:09

Fidanla Vüsalənin yeni klubu müəyyənləşdi

10:42

Günün oyunları bu kanallarda - AFİŞA

10:18

MPL: "Kəpəz" "Turan Tovuz"u, "Zirə" "Neftçi"ni qəbul edir

09:37

Hələ "Krasnodar" kimisi olmamışdı - Musayevin komandası rekordu yenilədi

09:00

"Sabah"ın baş məşqçisi qarşıdakı matçda yalnız bu futbolçunu oynada bilməyəcək

01:59

Premyer Liqa: "Nyukasl" səfərdən 3 xalla dönür

01:58

La Liqa: "Real Betis" darmadağına uğradı

01:33

A Seriyası: "Yuventus" "Parma"nı məğlub etdi

01:22

Liqa 1: "Lion" "Havr"la bacarmadı

00:49

Bundesliqa: "Sabah"ın rəqibi inamlı qələbəyə sevindi

29 Avqust 2026
23:42

Zaur Həşimov "İmişli" ilə matçdan sonra nə danışdı?

23:27

Fərid Namazov "Şəfa" üzərində qələbəni belə şərh etdi

22:58

Kamilo Duran dayanmaq bilmir

22:31

Komandası səfərdə 3 xal qazandı, Toral isə...

22:07

MPL: Qəbələdə qol səsi çıxmadı, "İmişli"yə 1 qol bəs etdi

21:58

"İstədiyimiz oyuna daha yaxın futbol nümayiş etdirdik" - Kaxaber Tsxadadze

21:26

"Futbolçularımdan razıyam" - Azər Bağırov

20:44

Tanınmış jurnalist “Kəpəz”də mühüm vəzifəyə təyin olundu

20:24

"Real Madrid"dən 3 milyonluq həmlə

19:48

"Benfika" "Əl-İttihad"ın 16 milyonluq təklifini rədd etdi

19:18

Frank Kesye yenidən İtaliyada

18:55

"Trabzonspor" "Milan"ın ulduzu üçün hərəkətə keçdi

18:14

"Çelsi" gənc istedadı icarəyə göndərir

17:44

"Çelsi"nin ulduzu "Mançester Siti"yə gedir

17:15

"Beşiktaş" "Yuventus"un oyunçusu ilə gücləndi - RƏSMİ

16:48

Xulian Alvares evinə qayıdır?

16:17

Bredli Barkola "Liverpul"a keçir – 145 milyon avroluq anlaşma

15:40

İtaliya klubu futbolçusundan FİFA-ya şikayət etdi

15:13

"Sabah" - "Barselona" matçı bu tarixdə keçiriləcək - DƏQİQLƏŞDİ

14:49

"Qalatasaray" Leaunu heyətinə qatdı - RƏSMİ

14:15

Aslan Kərimov: "Borussiya Dortmund"un da öhdəsindən gələ bilərik"

13:42

Nikolas Ceksona rekord məbləğ ödəniləcək

13:11

Reşford "Fənərbağça"ya cavabını verdi

Facebookdan bizi izləməyi unutmayın.
X