11:38 25.04.2021 1058

Mariya Stadnik: "Diqqətimi Olimpiya Oyunlarına yönəltmişəm”

Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında qızıl medal qazanan Mariya Stadnik (50 kq) bu gün Bakıya qayıdıb.

Fanat.Az Azərbaycan Güləş Federasiyasının saytına istinadən xəbər verir ki, 8-ci dəfə Avropa çempionu olan qadınlardan ibarət güləş yığmamızın liderini Heydər Əliyev Beynəlxalq Aeroportunda media nümayəndələri qarşılayıb.

Millimizin baş məşqçisi Aslan Ağayev bunları deyib: "Mariya Stadnik iki ilə yaxındır ki, heç bir yarışda iştirak etməmişdi. Azərbaycan Güləş Federasiyasının dəstəyi sayəsində bir neçə təlim-məşq toplanışı keçdik. Sonuncu toplanışda Amerikadan dəvət olunmuş fiziki hazırlıq üzrə mütəxəssis (Mark Alan Filippi) bizə çox kömək oldu. Mariya 8-ci dəfə Avropa çempionu oldu və Azərbaycana həmişəki kimi qızıl medalla qayıtdı. Bizi, xalqımızı, azarkeşləri sevindirdi”.

Daha sonra titullu güləşçimiz jurnalistlərin suallarını cavablandırıb: "Azərbaycanda yaxşı hazırlıq keçdik. Avropa çempionatı ərəfəsində iki təlim-məşq toplanışımız oldu. Bu yarış Olimpiada öncəsi gücümü yoxlamaq üçün lazım idi. Təki bu dəfə Olimpiya Oyunları baş tutsun.

İstənilən medalın insana bəxş etdiyi hisslər var. Ona görə də hər medal dəyərlidir. Uzun fasilədən sonra güləşmək bir qədər çətin idi. Yarışlar yox idi deyə narahatlıq keçirirdim.

Bundan sonrakı plan Olimpiadaya hazırlıq xarakterli təlim-məşq toplanışlarında iştirak etməkdir. Həmçinin digər yığma üzvləri sonuncu lisenziya turnirində çıxış edəcək. Daha sonra dağlıq ərazidə fiziki hazırlıq üzrə təlim-məşq toplanışımız olacaq. Uzun müddətli plan qurmaq olmur. Çünki pandemiya ilə əlaqədar vəziyyət tez-tez dəyişə, karantin sərtləşdirilə bilər.

Olimpiadanı bir il təxirə saldılar. Hətta Avropa çempionatının keçirilməsi də sual altında idi. Tribunalara azarkeşlər buraxılmadı. Yarışa gəlirsən, güləşməyə bilərsən. Çünki səndən götürülən test pozitiv çıxa bilər. Qəribə vəziyyət yaranıb… Olimpiadadan sonra karyeramı bitirib-bitirməyəcəyimi deyə bilmərəm. Hələ ki, diqqətimi Olimpiya Oyunlarına yönəltmişəm. Sonrasına baxarıq. Yaşayarıq, görərik.

Mənə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm. Zala azarkeşləri buraxmasalar da, dəstəyi hiss edirdim. Çoxlu təbrik mesajları aldım. Şadam ki, qələbəmlə insanları sevindirə bildim”.

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

17 Sentyabr 2026
02:08

La Liqa: "Barselona" 9 qollu matçdan qalib ayrıldı

01:49

Avropada bunu yalnız Rafinya bacardı

01:17

AL: Ermənistan təmsilçisi doğma meydanda darmadağın edildi

16 Sentyabr 2026
23:58

Premyer Liqa tarixində onun kimisi olmamışdı

23:03

Elvin Camalov "Qəbələ"də - RƏSMİ

22:41

"Arsenal" Rodriqo transferi üçün hərəkətə keçdi

22:12

"Mançester Yunayted" Endriki icarəyə götürmək istəyir

21:53

Eden Azarın qırmızı vərəqə almasına səbəb olan topdaşıyan uşaq 300 milyonluq sərvət qazandı

21:14

"Barselona"nın yeni hücumçu siyahısında 3 böyük ad

20:48

BOK 2030-cu il Qış Olimpiya Oyunlarının keçiriləcəyi məkanları təsdiqləyib

20:09

"Murov Az Terminal" heyətini gücləndirdi

19:44

İdman gimnastikası üzrə Azərbaycan çempionatı keçiriləcək

19:11

"Sumqayıt" klubunda iclas keçirildi

18:30

I Liqa: "Karvan-Yevlax" darmadağına sevindi

18:03

Ölkə çempionunda iranlı müdafiəçi - RƏSMİ

17:41

"Neftçi" 1000-ci matçına çıxacaq

17:22

"Şəfa"nın hansı futbolçularının "Qarabağ"a qarşı oynamayacağı bilindi

17:03

"Araz-Naxçıvcan" "Neftçi"nin braziliyalısı ilə anlaşdı

16:45

Emin Zamanov "Xankəndi" ilə oyun barədə nə danışdı?

16:27

"Startdan razı deyiləm" - Yaşar Seyidov

16:08

"Yüksəlişə nail olacağımıza əminəm" - Ronaldo "Kəpəz"lə səfər matçından 3 xal gözləyir

15:50

Balde "Barselona"dan ayrılır

15:31

"Çelsi" Fabian Ruisi istəyir

15:13

Vernidub bu futbolçunu "Qəbələ"yə qarşı oynada bilməyəcək

14:54

Mourinyu: "Ardanın oyun keyfiyyəti inanılmazdır"

14:35

Azərbaycan millisi Moldovaya məğlub oldu

14:16

"Rəşad Sadıqovun "Zirə"si zirvəyə oynamağa potensialı olan komandadır" - Vaqif Sadıqov

13:57

"Qəbələ" yeni baş məşqçiyə "təmiz" təhvil verildi

13:38

İtaliya çempionu Yaxın Şərqə üz tutdu

13:19

Gənc futbolçu "Mançetser Yunayted"dən ayrılmaq istəyir

12:59

"Qəbələ" makedoniyalı baş məşqçi ilə anlaşdı - RƏSMİ

12:41

"Barselona"dan superulduz "ov"u: İkisini birdən gözaltı etdi

12:22

Rəhim Həsənov "Turan Tovuz"un narazı qaldığı hakim qərarlarını şərh etdi - VİDEO

12:03

"Kəpəz"in futbolçusu Moldova millisinə dəvət aldı

11:44

Yamal: "Əsas rəqibim Mbappedir"

11:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:06

1-ci Liqa: "Karvan-Yevlax" ilə "Zaqatala" liderlik matçına çıxır

10:47

Xames Rodriges karyerasını bitirdi

10:28

Messi vida matçına çıxacaq

10:07

Mehrac Baxşalı: "Bu oyunda da 3 xal qazanmaq istəyirik"

Facebookdan bizi izləməyi unutmayın.
X