01:38 14.06.2021 905

AVRO-2020: 700-cü qol və tarixi zəfər

AÇ-2020-nin C qrupu çərçivəsində keçirilən Avstriya – Şimali Makedoniya matçı bir neçə ilklə yadda qalıb. 

Fanat.Az xəbər verir ki, hər şeydən öncə Şimali Makedoniya millisi Avropa çempionatının final mərhələsində ilk matçına çıxıb.
 
Daha öncə qitə birinciliyində birinci oyununu keçirmiş Finlandiya yığması kimi, Şimali Makedoniya da ilk dəfədir AÇ-də mübarizə aparmaq şansı qazanıb. Amma Danimarkaya 1:0 hesabıyla qalib gəlmiş finlərdən fərqli, makedoniyalıların debütü uğursuz olub. Bu komanda Avstriyaya 1:3 hesabıyla uduzub.
 
Əvəzində Avstriya yığması Avropa çempionatlarının final mərhələsində ilk dəfə qələbə sevinci yaşayıb. Bu komanda daha öncə iki dəfə AÇ-də mübarizə aparmış və qrupda qalmışdı. İlk qələbəsini 7-ci oyunda qazanan avstriyalılar əvvəlki 6 oyunda 2 heç-heçə edib, 4 məğlubiyyətə üzülmüşdülər.
 
Bu oyun Avstriya yığmasının futbolçusu Mixael Qreqoriç üçün də əlamətdar olub. O, bu oyunda fərqlənməklə Avropa çempionatları tarixində 700-cü qolun müəllifinə çevrilib. Almaniyanın "Auqsburq” klubunun 27 yaşlı hücumçusu komandasının ikinci qolunun müəllifi olub. Avstriyalıların digər qollarını Ştefan Layner və Marko Arnautoviç vurub. Şimali Makedoniya millisindən isə Qoran Pandev fərqlənib. 
 
Yeri gəlmişkən, Pandev üçün də bu qol əlamətdar olub. Təcrübəli futbolçu AÇ-nin final mərhələsində ilk qolunu vurub. İtaliyanın "Cenoa” klubunun təcrübəli hücumçusu bu oyunda fərqlənməklə Avropa çempionatları tarixində qol vurmuş ikinci ən yaşlı futbolçu olub (37 yaş 321 gün). Rekord isə məhz Avstriya yığmasının sabiq futbolçusu İvitsa Vastiçə məxsusdur (38 yaş 257 gün, AÇ-2008). Pandev həm də yığma komandanın ən yaxşı bombardiri (37 qol) və ən çox oyun (117) keçirən futbolçusudur.

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

30 Avqust 2026
15:13

Portuqaliyalı ulduz "Qalatasaray"da -RƏSMİ

14:47

"Fənərbağça"dan ayrılan Amrabatın yeni klubu müəyyənləşdi

14:12

"Çelsi" argentinalı qapıçını transfer etdi

13:54

"Mançester Siti" niderlandlı vingerə 100 milyon avro verir

13:36

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:01

"Neftçi SOCAR" yarımfinalda uduzdu

12:34

"Qarabağ"da yeni braziliyalı - RƏSMİ

12:09

Messi şou göstərib Jairi haqladı

11:50

"Qalatasaray"ın gənc qapıçısı debütünü və qələbəni belə dəyərləndirdi

11:09

Fidanla Vüsalənin yeni klubu müəyyənləşdi

10:42

Günün oyunları bu kanallarda - AFİŞA

10:18

MPL: "Kəpəz" "Turan Tovuz"u, "Zirə" "Neftçi"ni qəbul edir

09:37

Hələ "Krasnodar" kimisi olmamışdı - Musayevin komandası rekordu yenilədi

09:00

"Sabah"ın baş məşqçisi qarşıdakı matçda yalnız bu futbolçunu oynada bilməyəcək

01:59

Premyer Liqa: "Nyukasl" səfərdən 3 xalla dönür

01:58

La Liqa: "Real Betis" darmadağına uğradı

01:33

A Seriyası: "Yuventus" "Parma"nı məğlub etdi

01:22

Liqa 1: "Lion" "Havr"la bacarmadı

00:49

Bundesliqa: "Sabah"ın rəqibi inamlı qələbəyə sevindi

29 Avqust 2026
23:42

Zaur Həşimov "İmişli" ilə matçdan sonra nə danışdı?

23:27

Fərid Namazov "Şəfa" üzərində qələbəni belə şərh etdi

22:58

Kamilo Duran dayanmaq bilmir

22:31

Komandası səfərdə 3 xal qazandı, Toral isə...

22:07

MPL: Qəbələdə qol səsi çıxmadı, "İmişli"yə 1 qol bəs etdi

21:58

"İstədiyimiz oyuna daha yaxın futbol nümayiş etdirdik" - Kaxaber Tsxadadze

21:26

"Futbolçularımdan razıyam" - Azər Bağırov

20:44

Tanınmış jurnalist “Kəpəz”də mühüm vəzifəyə təyin olundu

20:24

"Real Madrid"dən 3 milyonluq həmlə

19:48

"Benfika" "Əl-İttihad"ın 16 milyonluq təklifini rədd etdi

19:18

Frank Kesye yenidən İtaliyada

18:55

"Trabzonspor" "Milan"ın ulduzu üçün hərəkətə keçdi

18:14

"Çelsi" gənc istedadı icarəyə göndərir

17:44

"Çelsi"nin ulduzu "Mançester Siti"yə gedir

17:15

"Beşiktaş" "Yuventus"un oyunçusu ilə gücləndi - RƏSMİ

16:48

Xulian Alvares evinə qayıdır?

16:17

Bredli Barkola "Liverpul"a keçir – 145 milyon avroluq anlaşma

15:40

İtaliya klubu futbolçusundan FİFA-ya şikayət etdi

15:13

"Sabah" - "Barselona" matçı bu tarixdə keçiriləcək - DƏQİQLƏŞDİ

14:49

"Qalatasaray" Leaunu heyətinə qatdı - RƏSMİ

14:15

Aslan Kərimov: "Borussiya Dortmund"un da öhdəsindən gələ bilərik"

Facebookdan bizi izləməyi unutmayın.
X