21:07 15.06.2021 837

AÇ: Sübhan finalda yenildi

Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilərin Avropa çempionatı start götürüb. 

Fanat.Az xəbər verir ki, ilk yarış günündə 48, 55, 65, 80 və 110 kq-da çıxış edən sərbəst güləşçilər xalça üzərinə çıxıb.
 
Mübarizəyə 1/4 finaldan qoşulan Musa Verdiyev startda Moldova güləşçisinə heç bir şans tanımayıb. Musa yarımfinalda ukraynalı rəqibini tam üstünlüklə məğlub edərək finala vəsiqə qazanıb. İyunun 15-də baş tutan həlledici görüşdə rusiyalı güləşçiylə bacarmayan Verdiyev gümüş medalı boynundan asıb.
 
Sübhan Səfərli ilk görüşdə yerli güləşçini vaxtından əvvəl xalçadan məyus yola salıb. Həmyerlimiz makedoniyalı rəqibini də tam üstünlüklə sıradan çıxarıb. Ancaq yarımfinalda erməni həmkarıyla bacarmayıb. Səfərli iyunun 15-də bürünc medal uğrunda görüşdə rusiyalı güləşçiyə də yenilərək 5-ci yerlə kifayətlənib.
 
Ümid Məmmədov Avropa çempionatına Polşa idmançısı üzərində inamlı qələbəylə start verib. 1/8 finalda Gürcüstan təmsilçisiylə görüş gərgin mübarizə şəraitində keçib. Son saniyələrdə hesabdakı üstünlüyü əldən verən Məmmədov qarşılaşmanı məğlub başa vurub.
 
Səttərxan Allahverdili ilk mərhələdə Belarus güləşçisinə qalib gəlib. Həmyerlimiz daha sonra bolqar həmkarını yenib. Rusiya pəhləvanıyla gərgin keçən mübarizədə də sevinən tərəf olan Səttərxan adını yarımfinala yazdırıb. Alahverdili finalın bir addımlığında Gürcüstan güləşçisinə məğlub olub. Bürünc medal mübarizəsində isə erməni güləşçiyə uduzub.
 
Azay İsmayılov debütdə belaruslu rəqibini sonuncu xal prinsipinə əsasən üstələyib. Ancaq daha sonra Fransa güləşçisinə uduzub. Rəqib finala yüksəldiyi üçün İsmayılov təsəlliverici görüşdə iştirak hüququ əldə edib. iyunun 15-də Latviya güləşçisinə qalib gələn Azay bürünc medal görüşünə vəsiqə qazanıb. Son qarşılaşmada Türkiyə pəhləvanına yenilən millimizin üzvü fəxri kürsüdən kənarda qalıb.
 
48 kq
1/4 final: Musa Verdiyev – Viktor Andrian (Moldova) 10:0
1/2 final: Musa Verdiyev - Vitali Qonçar (Ukrayna) 10:0
Final: Musa Verdiyev - Amal Candubayev (Rusiya) 0:8
 
55 kq
1/8 final: Sübhan Səfərli – Umut Sabriyev (Bolqarıstan) 11:0
1/4 final: Sübhan Səfərli - Aron Nikolov (Şimali Makedoniya) 10:0
1/2 final: Sübhan Səfərli - Andranik Avetisyan (Ermənistan) 5:12
Bürünc medal görüşü: Sübhan Səfərli - Anzor Məcidov (Rusiya) 3:9
 
65 kq
Təsnifat: Ümid Məmmədov – Bartlomey Novakovski (Polşa) 10:0
1/8 final: Ümid Məmmədov - Giorgi Qoqritçiani (Gürcüstan) 4:5
 
80 kq
Təsnifat: Səttərxan Allahverdili – Artyom Belavusov (Belarus) 2:0
1/8 final: Səttərxan Allahverdili - Radomir Stoyanov (Bolqarıstan) 5:1
1/4 final: Səttərxan Allahverdili - Ruslan Yurşin (Rusiya) 5:4
1/2 final: Səttərxan Allahverdili - Tornike Samxaradze (Gürcüstan) 0:6
Bürünc medal görüşü: Səttərxan Allahverdili - Narek Qriqoryan (Ermənistan) 1:4
 
110 kq
Təsnifat: Azay İsmayılov – Stepan Mandrik (Belarus) *2:2
1/4 final: Azay İsmayılov - Levan Laqvilava (Fransa) 0:10
Təsəlliverici görüş: Azay İsmayılov - Ralfs Lukins (Latviya) 5:0
Bürünc medal görüşü: Azay İsmayılov - Hakan Büyükçınqıl (Türkiyə) 0:10

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

17 Sentyabr 2026
02:08

La Liqa: "Barselona" 9 qollu matçdan qalib ayrıldı

01:49

Avropada bunu yalnız Rafinya bacardı

01:17

AL: Ermənistan təmsilçisi doğma meydanda darmadağın edildi

16 Sentyabr 2026
23:58

Premyer Liqa tarixində onun kimisi olmamışdı

23:03

Elvin Camalov "Qəbələ"də - RƏSMİ

22:41

"Arsenal" Rodriqo transferi üçün hərəkətə keçdi

22:12

"Mançester Yunayted" Endriki icarəyə götürmək istəyir

21:53

Eden Azarın qırmızı vərəqə almasına səbəb olan topdaşıyan uşaq 300 milyonluq sərvət qazandı

21:14

"Barselona"nın yeni hücumçu siyahısında 3 böyük ad

20:48

BOK 2030-cu il Qış Olimpiya Oyunlarının keçiriləcəyi məkanları təsdiqləyib

20:09

"Murov Az Terminal" heyətini gücləndirdi

19:44

İdman gimnastikası üzrə Azərbaycan çempionatı keçiriləcək

19:11

"Sumqayıt" klubunda iclas keçirildi

18:30

I Liqa: "Karvan-Yevlax" darmadağına sevindi

18:03

Ölkə çempionunda iranlı müdafiəçi - RƏSMİ

17:41

"Neftçi" 1000-ci matçına çıxacaq

17:22

"Şəfa"nın hansı futbolçularının "Qarabağ"a qarşı oynamayacağı bilindi

17:03

"Araz-Naxçıvcan" "Neftçi"nin braziliyalısı ilə anlaşdı

16:45

Emin Zamanov "Xankəndi" ilə oyun barədə nə danışdı?

16:27

"Startdan razı deyiləm" - Yaşar Seyidov

16:08

"Yüksəlişə nail olacağımıza əminəm" - Ronaldo "Kəpəz"lə səfər matçından 3 xal gözləyir

15:50

Balde "Barselona"dan ayrılır

15:31

"Çelsi" Fabian Ruisi istəyir

15:13

Vernidub bu futbolçunu "Qəbələ"yə qarşı oynada bilməyəcək

14:54

Mourinyu: "Ardanın oyun keyfiyyəti inanılmazdır"

14:35

Azərbaycan millisi Moldovaya məğlub oldu

14:16

"Rəşad Sadıqovun "Zirə"si zirvəyə oynamağa potensialı olan komandadır" - Vaqif Sadıqov

13:57

"Qəbələ" yeni baş məşqçiyə "təmiz" təhvil verildi

13:38

İtaliya çempionu Yaxın Şərqə üz tutdu

13:19

Gənc futbolçu "Mançetser Yunayted"dən ayrılmaq istəyir

12:59

"Qəbələ" makedoniyalı baş məşqçi ilə anlaşdı - RƏSMİ

12:41

"Barselona"dan superulduz "ov"u: İkisini birdən gözaltı etdi

12:22

Rəhim Həsənov "Turan Tovuz"un narazı qaldığı hakim qərarlarını şərh etdi - VİDEO

12:03

"Kəpəz"in futbolçusu Moldova millisinə dəvət aldı

11:44

Yamal: "Əsas rəqibim Mbappedir"

11:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:06

1-ci Liqa: "Karvan-Yevlax" ilə "Zaqatala" liderlik matçına çıxır

10:47

Xames Rodriges karyerasını bitirdi

10:28

Messi vida matçına çıxacaq

10:07

Mehrac Baxşalı: "Bu oyunda da 3 xal qazanmaq istəyirik"

Facebookdan bizi izləməyi unutmayın.
X