13:56 09.07.2021 840

Rüstəm Əfsərli "CBC Sport"un planlarından danışdı

"CBC Sport"un proqram direktoru Rüstəm Əfsərli kanalın yeni mövsümə qədərki planlarından danışıb. 

O, Fanat.Az-a açıqlamasında bildirdi ki, yeni mövsümlə bağlı danışmaq üçün hələ tezdir. 
 
"İndi deyiləcək çox şey yoxdur. Əməkdaşlarımız növbəli olaraq məzuniyyətə çıxırlar. İl ərzində işimizin ən az olduğu mövsümdür. Çalışırıq insanlar öz məzuniyyətlərindən növbəli şəkildə istifadə etsinlər. Ancaq Avropa çempionatı ilə bağlı işləyirik. 

Yeni mövsümlə bağlı konkret və dolğun bir açıqlama verməyim çətindir. Amma yeni mövsümə qədərki planlarımız var. "Avrolu günlər" verilişi artıq yekunlaşmaqdadır. Düşünürəm ki, bu buraxılışlarımız kifayət qədər maraqlı, dinamik keçdi, böyük auditoriya yığdıq. "Fantasy league"mız iştirakçı sayına görə Azərbaycanın ən böyük virtual liqasına çevrildi. Təxminən 1500-dən artıq iştrakçısı olan liqada, partnyorlarımızla birgə qaliblərə dəyərli hədiyyələrimiz oldu. Hədiyyələrdən biri də hazırda öz yiyəsini gözləyir.
 

 
Klubların Avropa meydanlarındakı oyununa gəlincə, artıq ilk görüşü ("Dinamo" (Tbilisi) - "Neftçi") yayımladıq. Gələn həftə "Neftçi"nin cavab oyununu da nümayiş edəcəyik. Ümid edirəm ki, "Neftçi" mərhələ adlayacaq və "Olimpiakos"la görüşlərini də yayımlayacağıq. Həmçinin digər üç klubumuzun - UEFA Konfrans Liqasında "Qarabağ", "Sumqayıt", "Keşlə"nin görüşlərinin yayımı barədə danışıqlar davam edir. Yekunlaşan kimi, bu barədə məlumat verəcəm.
 
Ayın 12-dən etibarən Elnur Məmmədli, Fərid Axundov, Ramiz Mirzəzadənin birgə hazırladığı "Transfer mövsümü" adlı yeni verilişimiz start götürəcək. Proqramda həm olkə, həm də dünyada baş verən transfer yenilikləri barədə maraqlı müzakirələr olacaq. Yeni mövsüm başlayana qədər həftədə iki dəfə - bazar ertəsi və cümə günləri yayımlanacaq.
 
Yeni mövsümdən artıq bütün verilişlərimiz bərpa olunacaq. Ancaq yenə də bu barədə konkret bir söz deyə bilməyəcəm. Çünki yeni lahiyələrimiz ola bilər. Həmçinin ayın 24-dən etibarən olimpiada ilə əlaqədar planlarımız var. Baxmayaraq ki, yayım hüququ bizdə deyil, Azərbaycan idmanı üçün önəmli hadisə olduğu üçün, biz bu tədbiri geniş işıqlandıracağıq. "Olimpiya günü - Tokio 2020" adlı canlı yayımlarımız "Avrolu günlər" formatında olacaq. Veriliş hər gün, gündə iki dəfə olmaqla, avqustun 8-nə qədər efirdə olacaq. Maraqlı qonaqlar, ekspert fikirləri və geniş məlumatla dolu bir veriliş olacaq". 
 
Qeyd edək ki, "İdman TV" ilə də əlaqə saxladıq. "CBC Sport" kimi bu kanalda da yeni mövsümün planlarının hələlik bəlli olmadığı bildirildi. 
 
Emin Şəmsiyev
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:30

MPLElmar Baxşıyev sabiq komandasına qarşı - YENİLƏNİR

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

Facebookdan bizi izləməyi unutmayın.
X