09:00 15.07.2021 1802

Uşaqlar və gənclərin inkişafında idmanın rolu - Psixoloq şərh edir

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)
 
"Uşağın istənilən idman növü ilə məşğul olması, onun fiziki və psixoloji cəhətdən sağlam formalaşmasına kömək edir".
 
Bu sözləri Fanat.Az-a psixoloq Afaq Əmirli idmanın uşaqlar və gənclərin inkişafında rolundan bəhs edərkən deyib. 
 
Afaq xanım saytımıza açıqlamasında bildirdi ki, psixologiyasında müəyyən problemləri olan uşaqları idmana yönləndirmək faydalıdır:
 
"Sosial fobiya, yaşıdlarıyla ünsiyyət qura bilməmək, müəyyən ruh düşkünlüyü, davranış pozuntusu, aqressiya və sair problemlərdən əziyyət çəkən uşaqların, yeniyetmələrin valideynlərinə məsləhətlərimizdən biri idman olur. 
 
Uşaq öz yaşıdlarıyla ünsiyyət qurmağa çəkinirsə, adətən komanda şəklində olan idman növlərini məsləhət görürük. Və yaxud uşaqda hiperaktivlik varsa, aşırı enerjili, aktivdirsə və bu, ona mane olursa, biz onu üzgüçülüyə yönəldirik. Həm su insanı sakitləşdirir, həm də fiziki aktivlik bədəndə olan enerjinin sağlam şəkildə çıxmasına kömək edir. Odur ki, ən çox uşaqlara məsləhət bildiyimiz idman növü üzgüçülük, gimnastika və komanda şəklində olanlar - futbol, voleybol kimi növlərdir. 
 
Ümumiyyətlə, idmanla məşğul olanda fiziki aktivlik insanda endorfin adlanan maddənin daha çox ifraz olunmasına səbəb olur. Endorfin özlüyündə insanın daha yaxşı əhval-ruhiyyəsinin təminatçısıdır. Endorfin bizim qanımızda nə qədər çox olarsa, həmin insanın əhval-ruhiyyəsi daha yaxşı olur, özünü gümrah hiss edir. Ona görə də ruh düşkünlüyü olan uşaqlar idmanla məşğul olarsa, bu, onların psixologiyası üçün daha faydalıdır.
 
Tədqiqatlar nəticəsində məlum olub ki, əgər insan və ya uşaq depressiyadan əziyyət çəkirsə, sadəcə psixoterapiyaya getmək, dərman içməklə nəticə əldə etmək olmur. Ancaq idmanla məşğul olaraq bunları edirsə, yaxşılaşma özünü daha tez göstərir. 
 
 
Birinci fayda endorfin ifrazıdırsa, ikincisi uşaqlarda daha asan ünsiyyət qurmaq qabiliyyətinin yaranmasıdır. Kollektiv idman növləri ilə məşğul olan uşaqlar həm ünsiyyət qurmağı, həm də uduzmağı öyrənirlər. Məsələn, yarışlara qatılan uşaq qələbə ilə yanaşı, məğlubiyyəti də yaşayır və yenilgini düzgün şəkildə qiymətləndirməyi öyrənir. "Əgər mən uduzmuşamsa, hansısa səhvə yol vermişəm" deyərək özünü təhlil etməyə başlayır. "Mən nə etməliyəm ki, bu səhvlərə gələn dəfə yol verməyim", deyə düşünür. İdman uşağa uduzmağı və bundan düzgün şəkildə nəticə çıxartmağı öyrədir. 
 
Hazırda ən aktual mövzulardan biri uşaqların və gənclərin virtual aləmə çox meyilli olmasıdır. Onların maraq dairəsi telefon və telefondakı oyunlardır. Uşaqları bu virtual aləmdən uzaqlaşdırmaq üçün də ən gözəl usullardan biri idmandır. Əlavə marağın yaranmasına şərait yaradır. Komanda, yarış faktoru uşaqda yeni maraq sahələrinin yaranmasına səbəb olur ki, bu da virtual dünyaya olan marağın daralmasına və bəzən ikinci plana keçməsinə şərait yaradır. 
 
Afaq Əmirli uşaqların mənəvi inkişafında idmanın rolunu yüksək qiymətləndirir:
 
"İdman uşaqları, gəncləri mənəvi cəhətdən möhkəm edir. İdman uşağa qarşısına məqsəd qoymağı və bu məqsədə çatmağı öyrədir. Komandada oynamağı öyrədir. Sadəcə öz mövqeyini yox, başqalarının da mövqeyini düşünməyi, empatiya qurmağı, yəni başqasının halına yanmağı, ortaq mövqe uğrunda bir yerdə çalışmağı öyrədir. Uşaq yaşda komanda üzvü olmağı, gələcəkdə də düzgün şəkildə cəmiyyətin üzvü olmağı öyrədir". 
 
Həkim hansı idman növünün uşaqların psixologiyasına faydalı, hansının zərərli olduğunu da açıqladı:
 
"Bir psixoloq olaraq uşaqların qaydasız döyüş kimi aşırı aqressiv idman növlərinə yönləndirilməsinin əleyhinəyəm. Bəzi uşaqlar var ki, xüsusilə, oğlan uşaqları mənəvi cəhətdən zəifdirlər, özlərini müdafiə etməyi bacarmırlar, öz mövqelərini qoruya bilmirlər. Bu cür uşaqları karate, taekvondo kimi qədim şərq döyüş növlərinə meyilləndirmək olar. Məhz bu idman növləri həm uşaqları mənəvi cəhətdən möhkəmləndirir, həm də onlara özünü müdafiə etməyi öyrədir. Bu döyüş növləri aqressiv deyil. Mən bildiym qədərilə taekvondoda insanı mənəvi cəhətdən möhkəmləndirməklə yanaşı, özünü müdafiə etməyi öyrədirlər. Amma yenə də deyirəm, qaydasız döyüş kimi idman növlərinə davranışında aqressivlik olan uşaqları buraxmağın tərəfdarı deyiləm. Əksinə, o cür uşaqları üzgüçülük, gimnastika, komanda şəklində oyunlara yönləndirmək lazımdır. Ən gözəl, ən məsləhətli idman növü üzgüçülükdür". 
 
Röya Kərimli
 
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.
 
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 May 2024
12:24

Region Liqasının bürünc mükafatçısı II Liqanı arzulayır: "Nəticələrimiz göz qabağındadır"

12:06

"Brayton"dan ayrılan De Dzerbi gələcəyi barədə danışdı

11:49

Foden rekorda imza atdı

11:31

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

11:10

"Neftçi" 50-yə çatdı

10:54

Çövkən Liqasında iştirak edəcək 10 komanda bilindi

10:38

27 ilin rekordu

10:19

İngiltərə nəhəngi "Bayer"in futbolçusunu transfer edir - 60 milyona 

09:57

DÇ: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

09:35

“Sabah”dan vacib qələbə, “Qəbələ” dayanmaq istəmir – Tura baxış

09:10

Mbappenin qardaşı da "Real Madrid"ə keçəcək? - Aydınlıq gəldi

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

Facebookdan bizi izləməyi unutmayın.
X