2019-cu ildə WAKO üzrə dünya çempionu olan Ramal Aslanov növbəti peşəkar döyüşünə çıxacaq.
Fanat.Az xəbər verir ki, sabah Bakı vaxtı saat 22:00-da Türkiyənin Adana şəhərində KOK-un (KİNG OF KİNGS) təşkilatçılığı ilə keçiriləcək peşəkar turnirin K-1 qaydaları ilə SUPER FİGHT döyüşdə Ramal Aslanov Liviya əsilli Mousa Masoudla qarşılaşacaq.
Döyüşlər Türkiyənin SportsTV kanalında canlı yayımlanacaq.
Qeyd edək ki, "Lord Ramal" kimi tanınan idmançımız peşəkar rinqdə 41 rəsmi döyüş keçirib. Onlardan 12-si nokautla olmaqla, 36-da qələbə qazanan Ramal pandemiya səbəbindən 2 illik fasilədən sonra 42-ci döyüşünə çıxacaq.
Ramal Aslanov Azərbaycan Respublikasının Əməkdar məşqçisi, Milli komandanın lowkick üzrə Böyük məşqçisi, DİN İC-nin kikboksinq bölməsinin baş məşqçisi Hikmət Hacıyevin tələbəsidir.
Mirağa