14:51 21.07.2021 766

"Dedim dəbilqəsiz döyüş, amma başını da itirmə" - AÇIQLAMA

Bu gün keçirilən softbol və futbol qarşılaşmaları ilə koronavirusa görə ötən ildən təxirə salınan Tokio 2020 32-ci Yay Olimpiya Oyunları start götürdü. İyulun 23-də baş tutacaq rəsmi açılış mərasiminin ertəsi günündən Azərbaycan idmançıları dördilliyin zirvə yarışında mübarizəyə başlayacaq.

Olimpiya komandamızın əsas medal ümidlərindən sayılan cüdo millimiz də bu tarixdən etibarən yarışlara qoşulacaq.

Fanat.az cüdoçularımızın Olimpiadadakı imkanlarını respublikanın əməkdar məşqçisi, tanınmış cüdo mütəxəssisi Tərlan Həsənovla müzakirə edib.

"Onlar Tokioda gələcək Olimpiadadakı uğurun təməlini qoya bilər"

"Azərbaycan cüdosunun babası" adlandırılan 79 yaşlı mütəxəssis təcrübənin əhəmiyyətini önə çəkir: 

"Komandanın yarısı Olimpiada təcrübəsi olan cüdoçulardan təşkil olunub. Təcrübəli, Oyunların ab-havasını duyan idmançılar da hər zaman bir addım öndədirlər. Odur ki, Orxan Səfərov, Rüstəm Orucov və Məmmədəli Mehdiyevin medal imkanlarını yüksək dəyərləndirirəm. Bircə Uşanqi Kokauri barədə eyni sözü deməkdə çətinlik çəkirəm. Orucov Azərbaycan cüdo tarixində xüsusi yeri olan, dəfələrlə böyük yarışların ağır sınağından üzüağ çıxmış idmançıdır, daha çox da onun "üçlük"də olması mənə inandırıcı təsir bağışlayır. Qadınlardan İrina Kindzerskadan, Olimpiya Oyunları təcrübəsi olmayan kişi cüdoçulardan isə yarışdan-yarışa artıran Zelim Kotsoyevdən medal gözləntim çoxdur. Kəramət Hüseynov və Murad Fətiyevin fərqlənməsi onlar qədər real deyil. Onlar Tokioda gələcək Olimpiadadakı uğurun təməlini qoya bilər".
 


"O, hücumçudur..."

Olimpiadada çıxış edəcək cüdoçularımızdan ikisinin - Murad Fətiyev(81 kq) və Məmmədəli Mehdiyevin(90 kq) şəxsi məşqçisi olan Həsənov, Tokioya yola düşərkən yetirmələrinə verdiyi məsləhətləri də açıqladı:

"Murada dedim ki, təcrübə, texnika cəhətdən rəqiblərindən geri qala bilərsən, amma onların səni hesaba almamağı xeyrinə işləyə bilər. Dedim, çəkinmədən güləşməlisən, çünki itiriləsi bir şey yoxdur, karyeran qarşıdadır.
Muradın solaxay döyüş tərzi, boy üstünlüyü onun köməyinə gələ bilər.

Həmçinin Məmmədəliyə dedim ki, dəbilqəsiz döyüş, amma başını da itirmə. 2018-ci ildə Bakıda keçirilən dünya çempionatında ab-hava onu tutmuşdu, bu dəfə elə bir mühit olmayacaq deyə, nisbətən rahatam. Məmmədəli texnika cəhətdən rəqiblərinin bir çoxundan geri qalsa da, döyüşkənliyi, loru dildə desəm, qarşısındakını "döyəcləməyi" ilə cüdoda özünə yer tuta bilib. O, hücumçudur, müdafiəyə çəkilsə, şansı azdır. İlk saniyələrdən sonadək görüşə nəzarəti əlində saxlasa, medal qazanacaq. Ancaq maksimalist də sayılmaz, aza qane olandır. Bu, məni narahat edir".
 
Qeyd edək ki, Azərbaycan Tokio 2020-də 9 cüdoçu ilə(7 kişi, 2 qadın) təmsil olunacaq.
 
Sahib Əsədbəyli
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
12:15

"Sabah" "Sumqayıt"ı, "Səbail" "Neftçi"ni, "Kəpəz" "Zirə"ni qəbul edir - YENİLƏNİR

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

09:00

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

17:04

Mudrikin "Barselona" formasında paylaşımı gündəm oldu - FOTO

16:49

AFFA prezidenti Möllerlə görüşdü

16:31

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcəklər

16:13

"Siti" bu ölkənin indiyədək gördüyü ən yaxşı Premyer Liqa komandasıdır"

15:42

"Məşqçilər VAR-a baxılmasını tələb edə biləcəklər" - Canni İnfantino

15:24

"Danışıq apardıq, amma..." - Tuxel son nöqtəni qoydu

15:05

Azərbaycanın 2 boksçusu Rusiyada finala yüksəldi

14:49

Birinci Liqada mükafatlandırma mərasiminin vaxtı bilindi

14:36

PFL Azərbaycan çempionlarına veriləcək yeni kubok və medalları təqdim etdi - VİDEO

14:30

Robin Van Persi Erediviziya klubunu çalışdıracaq - RƏSMİ

14:12

Rəşad Sadıqov "Kəpəz"ə qarşı yalnız onu oynada bilməyəcək

13:56

Matip "Liverpul"dan gedir - RƏSMİ

13:38

BOK rus jurnalistlərə də qadağa qoydu

13:20

Alkantara Premyer Liqa nəhəngindən ayrıldı - Yeni klubu da bilinir

13:02

Qasperini "Atalanta"dan getməyə yaxındır - Danışıqlar başladı

12:44

"Mənim ən böyük motivasiyam..." - Ronaldu açıqladı

12:29

“Misli.az ilə Avropaya” – İlk tirajın nəticələri

12:28

XXXIV turun təyinatları açıqlandı

12:18

"Saatlı camaatına qələbə yaraşır" - "Araz Saatlı"nın baş məşqçisi 

12:00

Azərbaycan millisi 3-cü səbətdə

11:42

Naço "Real"ı İtaliya nəhənginə dəyişə bilər

11:05

Azərbaycanın 2 boksçusu finalda

Facebookdan bizi izləməyi unutmayın.
X