Gürcüstanda təlim-məşq toplanışında olan "Səbail" dünən futbolçulara istirahət verib.
Fanat.Az xəbər verir ki, istirahət günü olmasını fürsət bilən Əfran İsmayılov komanda yoldaşlarını Gürcüstanın Qaraçöp kəndinə - özünün ata yurduna aparıb.
Qeyd edək ki, "Səbail" bu gün Gürcüstan toplanışını başa vuracaq. "Dənizçilər" sınaq son matçını saat 18:00-da "Saburtalo"ya qarşı keçirəcək.
Mirağa