Azərbaycan idmançısı Ruslan Lunyov Tokio 2020-də çıxışlarını başa vurub.
Fanat.Az xəbər verir ki, güllə atıcımız 25 metr məsafəyə sürətli atışlarda təsnifat mərhələsini keçə bilməyib.
İlk təsnifat günündə 281 xal toplayan 32 yaşlı təmsilçimiz, bu gün hesabına daha 287 xal yazdıraraq yekunda 26 iştirakçı arasında 21-ci olub.
Finala isə ən yaxşı "altılıq" yüksəlib.
Qeyd edək ki, Lunyov Tokio 2020-nin ilk yarış
günündə 10 metr məsafəyə atışlarda qüvvəsini sınamışdı. İslamiada qalibi həmin mübarizədə 20-ci yerlə kifayətlənmişdi.
Sahib Əsədbəyli