Yunan-Roma güləşçimiz İslam Abbasov(87 kq) Tokio 2020-də mübarizəni dayandırıb.
Fanat.Az xəbər verir ki, 25 yaşlı "klassik"imiz 1/8 finalda kubalı Daniel Heçavarriaya 1:3 hesabı ilə uduzub.
Heçavarria sonrakı mərhələdə Misir güləşçisinə uduzduğundan Abbasov təsəlliverici görüşlərə qatılmaq şansını da itirib.
Qeyd edək ki, Azərbaycan Tokio 2020-yə iki yunan-Roma güləşçisi ilə qatılıb. Rafiq Hüseynov bu gün bürünc medal uğrunda mübarizə aparacaq.
Sahib Əsədbəyli