Hacıya uduzan hindistanlı qəhrəman kimi qarşılandı - VİDEO
Tokio 2020 Yay Olimpiya Oyunlarının sərbəst güləş yarışlarının yarımfinalında Azərbaycan təmsilçisi Hacı Əliyevə uduzsa da, sonradan bürünc medal qazanan Bajranq Puniya vətəni Hindistanda qəhrəman kimi qarşılanıb.
Fanat.Az xəbər verir ki, küçələrə axışan yüzlərlə insan idmançının şərəfinə alqış və şüarlar səsləndiriblər.
Maşın karvanının müşayiəti ilə şəhər gəzintsinə çıxan 27 yaşlı Olimpiya mükafatçısı media nümayəndələrinin də suallarını cavablandırıb.