23:37 17.08.2021 440

Azərbaycan yığmasının Avropa çempionatı üçün heyəti açıqlandı

Avropa çempionatının final mərhələsinə qatılacaq qadın voleybolçulardan ibarət Azərbaycan millisi hazırlığı başa vurub. 

Fanat.Az xəbər verir ki, yığmamız iki ay davam edən hazırlıq mərhələsində Mingəçevir və Bakının ardından Yunanıstan, Macarıstan, Bosniya və Herseqovinada təlim-məşq toplanışları və yoxlama oyunları keçirib.
 
Vüqar Əliyevin rəhbərlik etdiyi komanda Bosniya və Herseqovinadakı məşqlərdə tam heyətlə iştirak edib. Bir müddət əvvəl əməliyyat olunan Olena Xarçenko da son toplanışda komanda ilə məşqlərə qatılıb. Bəzi təcrübəli voleybolçular isə bu Avropa çempionatında komandaya kömək edə bilməyəcəklər. Buna səbəb həmin oyunçuların zədələri və bərpa mərhələsinin başa çatmaması olub.
 
Pandemiya səbəbindən məşqsiz qalan voleybolçular uzun fasilədən sonra iki ay təlim-məşq toplanışlarında və yoxlama oyunlarında əvvəlki formalarını bərpa etməyə çalışıblar. Onlar ciddi həkim nəzarəti altında məşq ediblər. Çünki bəzi voleybolçular hazırlıq prosesində bel və diz zədələri ilə üzləşiblər. Buna baxmayaraq, onlar həkimin müalicə protokolunu və fiziki məşqçinin verdiyi proqramları yerinə yetirərək tezliklə meydançaya qayıtmaq üçün əllərindən gələni ediblər.
 
Gənc oyunçuların da cəlb olunduğu komandada 4 voleybolçu ilk dəfə Avropa çempionatında mübarizə aparacaq. Yığma ardıcıl 9-cu dəfədir qitə birinciliyində iştirak edəcək.
 
Avropa çempionatında yığmanın heyətində Ayşən Abduləzimova, Olena Xarçenko, Kseniya Pavlenko, Yana Doroşenko, Kristina Besman, Şəfaqət Alışanova, Nilufər Ağazadə, Anastasiya Mertsarova, Mariya Kirilyuk, Marqarita Stepanenko, İlhamə Əliyeva, Bəyaz Alıyeva, Yuliya Kərimova, Anastasiya Bayduk çıxış edəcəklər. Bu yarışda baş məşqçi Vüqar Əliyevə Eldar Yusubov, Emin Əbilov və Sinişa Popek köməklik göstərəcəklər.
 
Milli komanda bu gün Bosniya və Herseqovinadan birbaşa çempionatın keçiriləcəyi Serbiyanın paytaxtı Belqrada yollanıb.
 
Qeyd edək ki, A qrupunda yarışacaq Azərbaycan millisinin ilk matçı avqustun 20-də Belçika seçməsinə qarşı olacaq. Komandanın oyunları İctimai Televiziya vasitəsilə canlı yayımlanacaq.
 
Oyunların təqvimi
 
20 avqust
19:00. Azərbaycan - Belçika
 
21 avqust
20:00. Azərbaycan – Bosniya və Herseqovina
 
22 avqust
19:00. Rusiya – Azərbaycan
 
24 avqust
22:00. Azərbaycan - Serbiya
 
25 avqust
19:00. Fransa – Azərbaycan
 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

05 May 2024
10:30

Günün oyunları bu kanallarda - AFİŞA 

10:00

Messi şou göstərdi - Argentinalı karyerasında ilk dəfə bunu reallaşdırdı

09:26

Avropa Kuboku: Cüdoçularımızdan ilk gündə 10 medal

09:00

MPL: "Zirə"nin "Turan Tovuz" sınağı, "Araz-Naxçıvan" "Sabah"a qarşı - YENİLƏNİR 

01:40

"Real" 36-cı çempionluğunu rəsmiləşdirdi

01:25

“Monako”dan darmadağın

01:10

"Sassuolo" yenə "İnter"ə qənim oldu

00:51

"Bayern"dən növbəti məğlubiyyət

00:12

İPL: "Arsenal" da darmadağınla qazandı, "Mançester Siti" də

04 May 2024
23:50

Şahruddinin komandası səfərdə sevindi

23:00

"Komandamı ən az "Neftçi"yə qarşı motivasiya edirəm" - Qurbanovdan 5:0 şərhi

22:46

“Qarabağ” müdafiəçisi ilə yeni müqavilə bağladı

22:40

"Azarkeşlərdən üzr istəyirəm" - Miodraq Bojoviç

21:21

MPL: Tovuzda qalib olmadı, "Qarabağ" "Neftçi"ni darmadağın etdi

21:00

Daha bir komanda Premyer Liqaya yüksəldi - 22 il sonra

19:22

"Stressin səbəbi "Sumqayıt"ın texniki zonasından gələn sözlər, jestlər idi"

18:46

"Müdafiəçilərimiz ən zəif oyunlarından birini keçirdilər" - Samir Abasov

18:40

"Bayern" "Barselona"nın ulduzu ilə güclənir - SON DURUM 

17:56

Voleybol: Azərbaycan birinciliyinin qalibi müəyyənləşdi

17:32

Kurtua bu mövsüm ilk dəfə meydana çıxır

17:10

Piolinin yeni klubu bilindi

16:43

Nazir beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü

16:22

U-17 "lotoreya"da uduzdu

16:00

"Messi böyük ulduz yox, ulduzcuqdur"

15:20

Lopeteqi Bundesliqa yolunda - Danışıqlar başladı

14:54

De Zerbi karyerasını davam etdirmək istədiyi klubun adını açıqladı

14:28

Postekoğlu "Tottenhem"də köklü dəyişiklik tələb edir

13:55

Ozan Can oynadı, “Eyndhoven”...

13:33

"Sponsor olmadan mübarizə aparmaq çətindir" - "Kəpəz"in İdarə Heyətinin üzvü

13:15

Azərbaycan millisinin üzvü Qazaxıstan klubundan ayrıldı

12:57

Avropa Kuboku: Millimiz bürünc mükafat qazandı

12:30

Şahmatçılarımız 125 min dollarlıq yarışda mübarizəyə başlayır

12:06

AÇ-2024-lə bağlı yeni qərar: UEFA Fransanın etirazına baxmadı

11:40

Qvardiola bütün İngiltərənin "ürəyinə su səpdi" - "Məndə belə hiss var ki..."

11:15

"Real" La Liqa çempionluğunu bayram etməyəcək - SƏBƏB

10:52

La Liqada ayın ən yaxşısı bilindi

10:28

Emin Mahmudov "Qarabağ"la matçda oynamayacaq - RƏSMİ

10:09

Avropa Kubokunun püşkü atıldı - Göygöldə

09:00

Messidən "İnter Mayami"yə fantastik qazanc - Klub funksioneri yeni büdcəni açıqladı

00:33

"Beşiktaş" son dəqiqə qolu ilə 3 xal qazandı

Facebookdan bizi izləməyi unutmayın.
X