Yüngül çəkidə sabiq UFC çempionu Həbib Nurməhəmmədov Moskvadakı mətbuat konfransında 2018-ci ildə Konor Makqreqor üzərində qazandığı qələbəni yada salıb.
Fanat.Az championat.com-a istinadən xəbər verir ki, dağıstanlı idmançı belə danışıb:
"O vaxt nə baş verdiyini hamınız görmüsünüz. Hakim olmasaydı, Makqreqorun vəziyyət gərginləşərdi. O fənd istənilən adamı öldürə bilər. Otuz il bunun üzərində işləmiş biri sizi boğursa, xilas yolunuz yoxdur. O, çarəsiz qalmışdı. Əllərimi açmağa çalışsa da, gücü çatmırdı. Yaxşı ki, referi Herb Din oktaqonda idi və təbii ki, Konorun köməyinə çatdı".
Qeyd edək ki, Həbib peşəkar karyerası ərzində 29 görüşə çıxıb və hamısını qələbə ilə başa vurub. 2020-ci ilin oktyabrında Castin Qetjini məğlubiyyətə uğradan Nurməhəmmədov peşəkar karyerasını bitirdiyini açıqlayıb.
Nihat