11:00 21.08.2021 1612

Olimpiya mükafatçımız: \"Fasilə mənə baha başa gələr\"

Tokio 2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Rafiq Hüseynov Fanat.Az-a müsahibə verib. Yunan-Roma güləşi millimizin 33 yaşlı üzvü gələcək karyerası, qarşıdakı dünya çempionatı və Olimpiadadan sonra insanların ona olan münasibətindən danışıb.

- Olimpiadadan sonra karyeranızı bitirəcəyiniz ehtimal olunurdu. Ancaq fərqli qərar verdiniz. 

- Olimpiadadan heç üç həftə keçməyib, amma indidən boşluq hiss etməyə başlamışam. Bəzən yoruluruq, tükənirik, ancaq idman, məşqlər həyatımızın ayrılmaz hissəsinə çevrilib. Gücüm yetdiyi qədər güləşmək istəyirəm. İdmandan uzaqlaşmağıma ancaq ciddi zədə səbəb ola bilər. İndiki halda sağlamlığım güləşməyə imkan verir. Avqustun 24-dən təlim-məşq toplanışına başlayırıq. Oktyabrda Osloda təşkil olunacaq dünya çempionatında iştirak etmək niyyətindəyəm.

- Sizin çəki dərəcəsində Olimpiya çempionu 35 yaşlı Tamaş Lorints oldu. Onun uğuru sizdə əlavə stimul yaratdı?

- Avropalıların idmana yanaşması ilə bizimki bir deyil. Orda mühit elədir ki, idmançı istədiyi vaxt yarışa qatıla bilər. Məsələn, hansısa vacib günü əsas gətirib böyük turnirdən imtina edə bilərlər. Açığı, onlar idmana əsasən hobbi kimi yanaşırlar. Amma bizdə həyatın tam mərkəzində olur. Ailədən, normal həyatdan uzaq qalırsan. Özümdən bir misal gətirim: İlk övladım dünyaya gələndə, mən məcburiyyətdən Bakıda deyildim.

Odur ki, bizdə idmançılar nisbətən tez karyerasını bitirməyə meyillidirlər.

Tamaş Lorintslə çox gözəl münasibətlərim var. Söz yox ki, böyük idmançıdır. Müəyyən mənada bəli, onun bu yaşda qazandığı nəticə mənə və mənim kimi bir neçə idmançıya stimul qatır. Bir məqam da var ki, yunan-Romanın indiki qaydaları yaşlı, təcrübəli güləşçilərə sərf edir.

- Adətən Olimpiya mükafatçılarını Oyunlardan sonra uzun müddət arenalarda görmürük. Bu baxımdan, cəmi iki ay sonra məsul yarışa qatılmağınız bir qədər təəccüblüdür.

- Bu işi davam etdirmək qərarı vermişəmsə, çəkilib kənarda dura bilmərəm. Bu, mənim xarakterimə ziddir. Üstəlik, indi elə bir yaşdayam ki, fasilə mənə baha başa gələr. Sonradan formamı bərpa etməyim mümkünsüz olar. Məcburam ki, özümü daim tonusda saxlayım.

- Mundialda 77, ya 82 kiloqram çəkidə güləşmək istəyirsiniz?

- 82 kiloqramda güləşəcəyəm. 77 kq-da yarışa bilərəm, amma bir məsələ var ki, orada bizim çox perspektivli idmançımız Sənan Süleymanov da çıxış edir. İndiki halda 82 ilə 77 kiloqramın arasında elə bir fərq yoxdur. 82-də də rahat güləşə biləcəyimi düşünürəm. 

- Dünya çempionatı ilə bağlı qarşınıza nə məqsəd qoymusunuz?

- Bu dünya çempionatı mənə görə əvvəlkilərdən çox fərqli olacaq. Osloya Olimpiya mükafatçısı kimi yollanacağam. Bu da təbii ki, rəqiblərimin mənə münasibətini dəyişməlidir. Özüm isə daha rahat güləşəcəyəm. Üzərimdə elə bir əlavə təsir olmayacaq. Düşünürəm, bu, yaxşı nəticə üçün mənə kömək edəcək. 

-Münasibət fərqindən söz düşmüşkən, Olimpiya medalçısı olduqdan sonra həyatınızda hansı dəyişiklikləri hiss edirsiniz?

- Bunadək iki dəfə Avropa çempionu, dünya mükafatçısı olsam da, əlbəttə, Olimpiya medalı tamam başqadır. Yolda-izdə bəzən insanlar tanıyır. Yaxınlaşıb, xoş sözlər deyirlər. Hiss olunur ki, nəzərlərində Olimpiya medalım bir yanadır, ermənini udmağım bir yana. Məni daha çox ermənini udmağıma görə tanıyırlar. Həmin qarşılaşmadan sonra dediyim kimi, mənə görə rəqibin haranı təmsil etməsinin fərqi yoxdur, amma həmvətənlərimiz buna prinsipial yanaşırlarsa, bir söz deyə bilmərəm. Çalışıram, mən də onlara ayaq uydurum.

- Azərbaycan Güləş Federasiyasının "instagram"" səhifəsinə müsahibənizdə bir maraqlı məqam var idi. Atanızın illər əvvəl sizə görə satdığı silahı alıb özünə qaytaracağınızı demişdiniz. Maraqlıdır, artıq almısınız? Ümumiyyətlə, silahın qiyməti neçədir? 

- Öyrəndim ki, silahın indiki sahibi hazırda ölkə xaricindədir. Qayıdan kimi mütləq görüşüb, alacağam. 

Əslində, çox baha sayılmaz. O vaxt, yəni 2003-cü ildə 3000-3500 manat olardı, indi daha ucuz olar. Sadəcə, mən söz vermişdim ki, nə vaxtsa Olimpiya mükafatı qazansam, onda onu geri qaytaracağam.

- Demişdiniz ki, atam udub-uduzmağımdan asılı olmayaraq, həmişə məndən narazı olur. İndi münasibəti necədir? 

- Avropa çempionu olanda da ondan tənqid eşitmişəm. İndi də heç nə dəyişməyib  Əvvəl onu başa düşmürdüm, özüm valideyn olduqdan sonra anladım niyə belə edir. İstəyir, hər şey daha yaxşı olsun.

Sahib Əsədbəyli
 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 May 2024
21:27

Ten Haq MY-dəki gələcəyinin necə olacağı ilə bağlı sualı belə cavablandırdı

20:20

"Laporta məndən onunla bağlı məlumatları aldı" - "Xetafe"nin prezidenti "Barselona"nın planının üstünü açdı

19:30

"Mançester Siti" ilə "Arsenal" türkiyəli ulduza görə yarışa girdilər - Qiyməti "əl yandırır" 

18:45

"Bayern" Pepin ürəyində xüsusi yerə sahibdir" - Qvardiolanın agentiəri açıqlama yaydı 

18:17

"Bizi maraqlı dönəm gözləyir" - "Liverpul"un kapitanı Slot barədə danışdılar

17:51

Azərbaycan gimnastı Dünya Kubokunda iştirak edəcək

17:31

Braziliya millisinin sabiq hücumçusu həbs olundu

17:08

İngiltərə nəhəngi Sudakovu bu qiymətə alır

16:50

Məşhur hücumçu 100-ə yaxın insanı xilas etdi - TƏFSİLAT

16:35

Futzal üzrə Azərbaycan Kubokunun qalibi bilindi

16:13

"Mançester Yunayted" İPL yaranandan bəri bu günə düşməmişdi

15:56

"Liverpul"un yeni baş məşqçisi bilindi - Özü açıqladı

15:37

Amorim növbəti mövsümə harada başlayacağını dedi

15:19

"Mbappenin qarşısını kimsə təkbaşına kəsə bilməz" - Mats Hummels

15:01

"Yunayted"i yenidən çalışdırmaq üçün Mançesterə piyada da yollanaram"

14:43

Lautaro Martines növbəti mövsümə harada başlayacaq? - Vitse-prezident açıqladı

14:25

Azərbaycan seçməsi Minskdəki son oyununda darmadağınla üzləşdi

14:08

"Yumurtabaş keçəl" - MY-nin hücumçusu ten Haqı təhqir etdi

13:50

"Qaradağ Lökbatan" bölgədə oynamağı düşünür - AÇIQLAMA

13:28

MEDİA tərəfindən yeni təlim kursu istifadəyə verildi

13:10

Musa İsveçdə növbəti qolunu vurdu

12:49

Dörd illik diskvalifikasiya olunan Poqba özünə yeni iş tapdı

12:30

Moyesin gedəcəyi rəsmən açıqlandı

12:11

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:52

Bu gün Azərbaycan Kubokunun qalibi bilinəcək

11:34

"Üç saniyəyə iki qol vurmaq mümkündür, amma..." - Luis Enrike

11:16

"Onların bir missiyası, bizim isə böyük arzumuz var" - Edin Terziç

10:57

"Traktor"dan inamlı qələbə

10:38

Çempionlar Liqası: İlk finalçı müəyyənləşir - YENİLƏNİR

10:19

Tsxadadze “Qəbələ”də ilk qələbəsini qazandı – Tura baxış

10:00

Anton Cənubi Koreyada fərqləndi

09:40

Moldovalı qolkiper buraxdığı qoldan danışdı - "Nə qədər qəribə səslənsə də..."

09:21

Cəlal Hüseynov "Slaviya"ya qarşı oynadı, komandası...

09:00

Arda Turan "Atletiko"nu çalışdırmaq istəyir - Özü açıqladı

01:35

"Mançester Yunayted" darmadağın oldu

01:02

"Napoli" son dəqiqə qolu ilə xal itirdi

06 May 2024
23:50

"Fənərbağça" səfərdə büdrədi

23:07

"Xüsusi sevinməyə dəyməz, sonuncu yerdəyik" - Kaxaber Tsxadadze

20:55

MPL: "Səbail" "Qəbələ"yə uduzdu

20:52

"Əminik ki, vəziyyəti dəyişə və finala yüksələ bilərik" - Kilian Mbappe

Facebookdan bizi izləməyi unutmayın.
X