17:02 21.08.2021 600

DÇ: Güləşçimiz finalda - Həsrət ermənini xalçaya çıxmağa peşman etdi

Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya çempionatı sona yaxınlaşır.

Fanat.Az xəbər verir ki, altıncı yarış günündə daha 4 yunan-Roma güləşçimiz mübarizəyə qoşulub.

60 kiloqram çəki dərəcəsindəki təmsilçimiz Nihat Məmmədli 1/8 finalda Hindistan idmançısını çətinlik çəkmədən üstələyib (9:0). Tacikistandan olan rəqibinə də heç bir şans tanımayan Məmmədli adını yarımfinala yazdırıb (8:0). İdmançımız finala vəsiqə uğrunda rusiyalı Dinislam Bammatov ilə münasibətləri aydınlaşdırıb. Rəqibinə 0:9 hesabı ilə uduzan Nihat bürünc medal üçün güləşəcək.

Həsrət Cəfərov (67 kq) dünya çempionatına inamlı start verərək finlandiyalı rəqibini elə ilk hissədə tam üstünlüklə məğlub edib (10:0). Həmyerlimiz Gürcüstan güləşçisinə də eyni aqibəti yaşadıb (12:3). Cəfərov 1/4 finalda rusiyalı Müslim İmadayevlə gərgin keçən görüşdən qalib ayrılaraq (3:2) yarımfinala vəsiqə qazanıb. Burada o, Fransanı təmsil edən erməni Qagik Sncoyan ilə üz-üzə gəlib. İdmançımızın qarşılaşmada vaxtından əvvəl qələbə qazanıb (10:0). Həsrət dünya çempionu adı uğrunda Ermənistan təmsilçisi Sahak Ovannisyanla qarşılaşacaq.

Xasay Həsənli (72 kq) debütdə İsveçrə güləşçisindən güclü olub. (5:0) Ancaq 1/4 finalda gürcüstanlı son Avropa çempionuna vaxtından əvvəl yenilib. (0:11). Rəqib finala vəsiqə qazandığından təmsilçimiz təsəlliverici görüşlərə qatılacaq.

82 kq-da yarışan Murad Əhmədiyev isə ilk görüşdəcə gürcü həmkarına 0:11 hesabı ilə uduzub. Rəqib sonrakı mərhələdə uduzduğundan, idmançımızın bürünc ümidi də puç olub.

Təsəlliverici və final qarşılaşmaları sabah - avqustun 22-də baş tutacaq.

Qeyd edək ki, bu gün yunan-Roma güləşi üzrə 55, 63, 77, 87 və 130 kiloqram çəki dərəcələrində medalçıların adına aydınlıq gələcək. Azərbaycan təmsilçilərindən Sərxan Məmmədov (130 kq) final, Elmir Əliyev (55 kq) və Laçın Vəliyev (87 kq) üçüncülük görüşünə çıxacaq. Final qarşılaşmaları 17:00 da start götürəcək.
 

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 Oktyabr 2021
17:42

"Sumqayıt" üstünlüyünü əldən verdi, "Sabah" - "Qarabağ": heyətlər açıqlandı - YENİLƏNİR

17:20

"Qarabağ"ın sabiq hücumçusu Vüsalı məyus etdi

17:00

A Seriyası: Mərkəzi görüş bu gün

15:28

Bir günə iki oyun keçirdi, het-trik etdi - FOTOLAR 

15:25

Parisdə çempion olan Balabəy: "Qızıl" təsəvvür etməmişdim"

14:08

Qapıçı buraxılan qola görə komanda yoldaşını döydü - FOTO

14:00

Ronaldu qəzəbləndi

13:24

"Liverpul"dan səfərdə qol yağışı - VİDEO

13:11

Futbol dünyasının ən məşhur cütlüyü ayrıldı - ŞOK SƏBƏB

12:13

"Salah Messiyə çevrilir" - Lineker

11:55

"Nyukasl" nə qədər xərcləyə biləcək? - MƏBLƏĞ

11:36

Mahir Emreliyə böyük maraq: Avropa klubları oyununu izləməyə gedir - SİYAHI

11:08

"Xan Lənkəran" ilk səfər matçından qalib döndü

10:31

"Böyük Dəbilqə": Daha üç cüdoçumuz mübarizə aparacaq

08:00

Konfrans Liqası: "Kayrat" Bakıya qalib gəlir

01:55

Liqa 1: "Lion" "Monako"nu yendi

01:41

La Liqa: IX tur start götürdü

00:04

Nazir Fransada çempion olan cüdoçumuzu təbrik etdi

16 Oktyabr 2021
23:37

Almaniya Bundesliqası: "Borussiya" və "Herta"dan qələbə

23:04

Türkiyə Superliqası: IX turun oyunları davam edir

22:18

İPL: "Liverpul"dan darmadağın, "Mançester Yunayted" uduzdu

22:13

“Qarabağ” – “Kayrat”: Biletlər satışa çıxarılır

22:07

Qəbələdə qalib müəyyənləşmədi - VİDEO

21:48

Avropa Kuboku: Cüdoçularımız medal qazana bilmədi

21:10

"Böyük Dəbilqə": Millimizdən "qızıl" və "bürünc"

21:03

"Mançester Yunayted" "Lester"ə məğlub oldu - VİDEO

20:53

Rəşad Sadıqov: "Bunlar qəti şəkildə xoşlamadığım şeylərdir"

20:08

"İnsidenti qabartmağa ehtiyac yoxdur" - Elmar Baxşıyev

19:32

Aftandil Hacıyevdən yenilgiyə şərh: "İşimiz getdikcə çətinləşəcək"

19:02

Yunan futbolçunu Qəbələdə vurdular 

19:00

Sənan Qurbanov: "Məğlubiyyətlər komandada xarakter formalaşdırdı"

18:41

Qəbələdə sülh, “Keşlə”dən qələbə - YENİLƏNDİ

18:27

"Keşlə" daha bir sabiq oyunçusunu qaytardı

17:40

Kamran Ağayev "CBC Sport"un mikrafonunu çıxartdı - OYUNDANKƏNAR

17:30

"Keşlə" "Səbail"ə qalib gəldi - VİDEO

17:00

Ronaldudan sevgilisinə 105 minlik hədiyyə - FOTO

16:47

Sadio Mane Premyer Liqanın tarixinə düşdü

16:22

İbrahimoviç bu gün meydana çıxa bilər

15:56

Makqreqor Mourinyuya viski içirtdi - FOTOLAR

15:30

19 şahmatçımız Avropa birinciliyinə qələbə ilə start verdi

Facebookdan bizi izləməyi unutmayın.