22:40 25.08.2021 2542

"Düzgün və baxımlı oyun sərgiləməyə çalışacağıq" - Qurban Qurbanov

"Çox vacib oyun üçün bura gəlmişik. Sabahkı görüşdə bir komanda mübarizəni dayandırmalıdır".

Fanat.Az-ın məlumatına görə, bu fikirəri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Şotlandiyada "Aberdin"ə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis  qarşılaşmaya tam hazır olduqlarını bildirib: "Rəqibi çox istəkli görürük. Sabah azarkeşlər hər iki kollektivin oyunundan zövq alacaq".

Təcrübəli baş məşqçi daha sonra jurnalistlərin suallarını da cavablandırıb.

- Azərbaycandakı oyunda "Aberdin"lə bağlı nələri öyrənmisiniz?

- Klub haqqında məlumatımız çoxdur. Sadəcə, hər oyunçunun potensialını daha yaxından öyrəndik və onları daha yaxşı tanıdıq. Çox istəkli komanda və futbolçularla üz-üzə gələcəyik. Mən həmişə düşünmüşəm ki, belə komandalarla görüşlərin faydası var. Yaxşı oyun öz yerində, "Aberdin"ə qarşı həm də yaxşı mübarizə aparmalıyıq. Rəqibin fiziki cəhətdən yaxşı futbolçuları var. Çox şey danışmaq olar. Bu gün hələ ki, bunlar bəs edər.

- "Aberdin"də hansı oyunçuları təhlükəli hesab edirsiniz?

- İndiyədək hansısa oyunçu haqqında fikir bildirməmişəm. Amma komanda olaraq rəqibin təhlükəli olduğunu bilirəm. Bakıdakı oyundan əvvəl də öz fikirlərimi bildirəndə demişdim ki, onların özlərinə məxsus oyun üslubları var. Həmin oyun üslubunu da oyunçuların hamısı düzgün yerinə yetirir. Çox bacarıqlı baş məşqçiləri var. Sabahkı oyunda yaxşı oyunçulara və kollektivə qarşı mübarizə aparacağıq. Bunun üçün hazırlaşmışıq.

- Cəzalı və ya zədəli oyunçularınız var?

- Bəli. Bu barədə məlumat verilib. Patrik Andrade cəza səbəbindən oyunu buraxacaq. Zədəli oyunçularla bağlı həkimlər tərəfindən məlumat veriləcək. Ola bilər ki, bəziləri meydana çıxsın. Andradenin oynamayacağı dəqiqdir.

- Saat fərqini də nəzərə alsaq, Şotlandiyaya səfər sizə nə dərəcədə təsir edəcək?

- Bunu nəzərə alaraq, "Aberdin"lə oyundan iki gün əvvəl gəlmişik. Dünən axşam saatlarından buradayıq. Dediyiniz məsələ barədə əsla düşünmürük. Bütün fikrimiz, düşüncəmiz oyuna tam hazır olmaqdır.

- Daha əvvəl Şotlandiyanın "Seltik" klubu ilə üz-üzə gəlmisiniz. Həmin oyundakı təcrübənizdən yararlanacaqsınız?

- Məncə, bu oyun çox geridə qalıb. Sadəcə, rəqiblər tam fərqli komandalardır. Bizdə də fərqli heyətdir. Amma son illərdəki təcrübəmizin belə matçlarda faydası olur. Qarşımızdakı rəqib də çox istəklidir, qrup mərhələsinə vəsiqə qazanmaq niyyətindədirlər. Təcrübə ilə bərabər meydanda xarakterli oyunçuların olması da önəmlidir.

- İlk oyunda "Aberdin"in futbolçusu Endryu Konsidayn zədə aldı. Bu barədə fikriniz necədir?
- Ümumiyyətlə, zədə alan hər bir futbolçuya görə üzülürəm. Fərqi yoxdur, o, öz komandamın, ya rəqibin oyunçusu olsun. Sadəcə, üzüldüyümü bildirir, ona sağlamlıq və gələcək karyerasında uğurlar arzulayıram.

- Sabahkı oyunda hansı komandanı favorit kimi görürsünüz?
- Hansı komandanın favorit olacağını demək düzgün olmaz. Hər iki komandanın şansı var.

- Çoxlu ötürmələrlə oynamağı sevirsiniz. Sizcə, bu baxımdan, meydanın durumu sizə yardımçı ola biləcək?
- Ümumiyyətlə, futbol ötürmələrlə oynanılır. Hər bir komanda bunu bacarmalıdır və bundan ötrü yaxşı meydan olmalıdır. Burada təkcə meydan deyil, stadiondakı ab-hava məni qane etdi. Həqiqətən də belə bir stadionda oynamaq çox xoşdur. Bildiyim qədərilə sabah stadion azarkeşlərlə dolu olacaq, azarkeşlər hər iki komandanın oyunundan zövq alacaqlar. Düzgün və baxımlı oyun sərgiləməyə çalışacağıq.

- Son illər qalib ayrıldığınız pley-off oyunlarından nələri öyrənmisiniz?
- Bunları bir-bir sadalaya bilmərəm. Amma dəfələrlə fikirlərimi bildirmişəm ki, nə qədər desək də, təkcə pley-off deyil, digər qarşılaşmalardan da çox böyük təcrübə toplamışam. Bundan daha artığını etmək və belə görüşlərdə daha çox iştirak etmək istəyirəm ki, bilik, elm və savadım daha da çoxalsın.

Qeyd edək ki, avqustun 26-da keçiriləcək "Aberdin" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. İlk görüşdə Ağdam təmsilçisi minimal hesablı qələbə qazanıb - 1:0.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

05 Avqust 2026
11:26

Bölgə təmsilçisi Bakıda hazırlıq keçəcək

11:07

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:51

"Sabah" bir addım öndədir" - Arif Əsədov

10:30

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:09

ÇL: "Fənərbağça" "Şturm"u qəbul edir

09:48

Məhəmməd Salah "Trabzonspor"da - RƏSMİ

09:25

"Sabah"ın Ulduzları"nda 2-ci tur başlayır - "Şəfa" yarışdan uzaqlaşdırıldı

09:00

Çempionlar Liqası: "Sabah" Danimarka çempionu ilə qarşılaşır

01:41

AL: 3-cü təsnifat mərhələsinə start verildi

01:30

KL: "Auda" minimal hesablı qələbəyə sevindi

01:14

ÇL: "Dinamo Zaqreb" darmadağına sevindi

00:33

"Trabzonspor" Salahı necə razı saldı?

04 Avqust 2026
23:43

"Turan Tovuz"dan 2 milyon dollarlıq müqavilə

23:12

Reynders A Seriyasına qayıdır

22:48

"Gəncə" Əlibəy Məmmədli ilə razılıq əldə edib

22:14

Fisnik Aslani "Leyptsiq" yolunda

21:51

Valdas Dambrauskas "Orhus"la matçdan əvvəl belə danışdı

21:19

"Tottenhem" Qakpo üçün hərəkətə keçdi

20:40

"Real"ın argentinalı ulduzu İtaliyaya gedir

20:19

"Qalatasaray" gənc futbolçunu istəsə də...

19:59

"Şamaxı" "Qəbələ"ni üstələdi

19:48

AMADA-nın maarifləndirmə proqramı keçirildi

19:21

Sadiq Quliyev "Karvan-Yevlax"da - RƏSMİ

18:48

I Liqada yeni mövsümün püşkü atıldı

18:09

Azərbaycan millisinin sabiq oyunçusu Region Liqasının debütantında oynayacaq

17:46

"Neftçi" bu komanda ilə yoxlama oyununa çıxacaq

17:32

"Kəpəz" moldovalı yarımmüdafiəçini heyətinə qatdı

17:13

"Şimal" "Metak"ın təmir edilməsini gözləyir

17:07

"Qarabağ" məşqçilərin peşəkar inkişafına yönəlmiş yeni təlim proqramına start verdi

16:48

Azərbaycanda yeni komanda yaradıldı

16:30

"Onlar da çempionluğa oynayacaqlar, amma..." - Vüqar Həsənov azarkeşlərə səsləndi

16:12

"Boluspor" azərbaycanlı futbolçunu transfer etdi

15:54

"Karvan-Yevlax" Elvin Yunuszadə ilə bağlı qərarını verdi

15:36

Ötən mövsümü Albaniyada keçirən azərbaycanlı qapıçının yeni iş yeri bilindi

15:18

Qurban Qurbanov jurnalistlərlə görüşəcək

15:01

Nəriman Axundzadənin "Ərzurumspor"da keçidi necə baş tutub? - Meneceri detalları açıqladı

14:42

"Mingəçevir"in taleyinə bu gün aydınlıq gələcək

14:24

"Qarabağ"ı Kiyev "Dinamo"su ilə oyunda neçə azarkeş dəstəkləyəcək?

14:24

Aslan Kərimov: "Qarabağ"la müqayisədə "Sabah"ın oyunu daha çətin keçəcək"

14:06

"Baku Sportinq" sponsorsuz oynayacaq

Facebookdan bizi izləməyi unutmayın.
X