12:50 26.08.2021 2243

Münəccimin proqnozu: "Neftçi" və "Qarabağ"dan nə gözləyək?

Bu gün UEFA Konfrans Liqasının pley-offunda iki klubumuz - "Neftçi" və "Qarabağ" həlledici oyuna çıxacaq.

"Neftçi" səfərdə İsrailin "Makkabi Hayfa" klubunun qonağı olacaq. Bakı vaxtı ilə saat 21:00-da başlayan görüşdən nə gözləmək olar? 

"Makkabi Hayfa"

İsraillilər Azərbaycandan heç-heçə (3:3) ilə qayıdıblar. Bakıdakı oyunda "Neftçi" kəskin əks-hücumları qola çevirib üstünlüyü ələ keçirsə də, rəqib komanda ayılaraq hesabı bərabərləşdirə bilmişdi. Düzdür, burada qırmızı kart faktoru da rol oynadı. Çox güman, Hayfa təmsilçisi cavab oyununa daha məsuliyyətli və daha hazırlıqlı çıxacaqlar. 
İsraildə daxili çempionat hələ başlamayıb. Əvəzində  "Makkabi" həftəiçi "Hapoel"lə (Təl-Əviv) TOTO kuboku uğrunda keçirilən yarımfinal oyununda inamlı qələbə qazanıb (2:0).

"Neftçi" 

İlk oyundakı heç-heçəni  Azərbaycan çempionu üçün yaxşı nəticə saymaq olmaz. Komandanın itkiləri var. Əsas heyət üzvləri - Yusif Laval, Mamadu Mboc və İsmayıl Zülfüqarlı cəza səbəbindən bu gün oyunda olmayacaqlar. Buna baxmayaraq, "Neftçi" sonadək mübarizə aparacaq. Komandanın baş məşqçisi Samir Abasovun mətbuat konfransında verdiyi açıqlamadan sonra kluba ən yaxşısını arzulamaq qalır:
"Rəqibin nə qədər güclü olduğunu biz artıq Bakıda da gördük. Həddən artıq keyfiyyətli və samballı oyunçulardan ibarət bir komandadır. İtkilərimizə rəğmən, vuruşmağa gəlmişik". 

"Neftçi" pis hücum təşkil etmir, amma komandanın müdafiəsində problemləri var. Bu mövsüm komanda hər oyunda qol buraxıb.

Klub keçirdiyi son çempionat oyununda "Zirə" klubuna səfərdə 2:1 hesabı ilə qalib gəlib.

Proqnoz

İsrail klubu evdə oynayır və rəqibinin müdafiəsindəki boşluqlardan istifadə etməyə çalışacaq. "Neftçi" tez-tez qol buraxır, lakin hücumda effektlidir.

Görüşdə hər iki komandanın qol vuracağı (QQ) variantını üstün tuturuq. Xarici bukmeker kontorları bu nəticəyə 1.83 əmsal verir.

Münəccim həm də oyundan məhsuldarlıq gözləyir. Odur ki, oyunda 2-dən artıq qol olacağı (2,5 ÜST) variantını təklif edir. Əmsal 1.60

"Qarabağ" bu gün Şotlandiyanın "Aberdin" klubunun qonağı olacaq. Görüş yerli vaxtla saat 22:45-də başlayacaq.

"Aberdin"

Bir həftə əvvəl səfərdəki məğlubiyyətdən sonra "Aberdin" ev oyununda "Qarabağ"dan qisas almağa çalışacaq. Ölkə çempionatında 3 turdan sonra 7 xal yığan komanda liderlər sırasındadır.
Şotlandlar keçirdiyi son 2 oyuna 3 qol vurub.
"Qarabağ"la keçirilən ilk görüşdə Şotlandiya klubunun heç bir üstünlüyü yox idi. Oyun hər iki komanda üçün olduqca çətin keçdi və "Aberdin"in minimal hesablı məğlubiyyəti ilə başa çatdı (0:1).

"Qarabağ"

"Qarabağ" Azərbaycan çempionatına "Zirə" ilə heç-heçə (1:1) edərək start verdi. İkinci turda isə evdə "Səbail"i (3: 0) böyük hesabla məğlub edərək xallarını 4-ə çatdırdı. 

Qurban Qurbanovun yetirmələri "Aberdin"lə ilk görüşü demək olar ki, bərabər səviyyədə keçirdi. Oyunun taleyini 30-cu dəqiqədə vurulan qol həll etdi və nəticədə "Qarabağ" səfərə 1:0-lıq hesabla yollanıb.

Proqnoz

"Aberdin" keçirdiyi son 3 ev oyununda yaxşı nəticələr göstərib - 3 qələbə, 9 qol. Komanda qol buraxmağa da meyllidir - son 6 oyunun hər birində qapısında qol (cəmi 7 qol) görüb. "Qarabağ" isə keçirdiyi son 6 oyunun hər birində rəqib qapısına yol tapıb. 

Yuxarıdakı qeydləri ümumiləşdirərək, 1.90 əmsalla oyunda qarşılıqlı qollar olacağını (QQ) proqnozlaşdırırıq. 

İlk görüşdə mübarizə daha çox meydanın mərkəzində gedirdi. Çox güman, "Qarabağ" səfərdə əsasən, əks-hücumlara bel bağlayacaq. Rəqib isə "köhlən atlar"ın müdafiəsini yarmağa çalışacaqlar ki, bu da "Aberdin" üçün asan olmayacaq.

Alternativ proqnoz - oyunda 2-dan artıq qol olmayacaq (2,5 ALT). Əmsal - 1.65.

Xatırladaq ki, verilən proqnozlar müəllifin təxminidir. Nəticələr fərqli ola bilər.

Emin Şəmsiyev

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

05 Avqust 2026
11:26

Bölgə təmsilçisi Bakıda hazırlıq keçəcək

11:07

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:51

"Sabah" bir addım öndədir" - Arif Əsədov

10:30

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:09

ÇL: "Fənərbağça" "Şturm"u qəbul edir

09:48

Məhəmməd Salah "Trabzonspor"da - RƏSMİ

09:25

"Sabah"ın Ulduzları"nda 2-ci tur başlayır - "Şəfa" yarışdan uzaqlaşdırıldı

09:00

Çempionlar Liqası: "Sabah" Danimarka çempionu ilə qarşılaşır

01:41

AL: 3-cü təsnifat mərhələsinə start verildi

01:30

KL: "Auda" minimal hesablı qələbəyə sevindi

01:14

ÇL: "Dinamo Zaqreb" darmadağına sevindi

00:33

"Trabzonspor" Salahı necə razı saldı?

04 Avqust 2026
23:43

"Turan Tovuz"dan 2 milyon dollarlıq müqavilə

23:12

Reynders A Seriyasına qayıdır

22:48

"Gəncə" Əlibəy Məmmədli ilə razılıq əldə edib

22:14

Fisnik Aslani "Leyptsiq" yolunda

21:51

Valdas Dambrauskas "Orhus"la matçdan əvvəl belə danışdı

21:19

"Tottenhem" Qakpo üçün hərəkətə keçdi

20:40

"Real"ın argentinalı ulduzu İtaliyaya gedir

20:19

"Qalatasaray" gənc futbolçunu istəsə də...

19:59

"Şamaxı" "Qəbələ"ni üstələdi

19:48

AMADA-nın maarifləndirmə proqramı keçirildi

19:21

Sadiq Quliyev "Karvan-Yevlax"da - RƏSMİ

18:48

I Liqada yeni mövsümün püşkü atıldı

18:09

Azərbaycan millisinin sabiq oyunçusu Region Liqasının debütantında oynayacaq

17:46

"Neftçi" bu komanda ilə yoxlama oyununa çıxacaq

17:32

"Kəpəz" moldovalı yarımmüdafiəçini heyətinə qatdı

17:13

"Şimal" "Metak"ın təmir edilməsini gözləyir

17:07

"Qarabağ" məşqçilərin peşəkar inkişafına yönəlmiş yeni təlim proqramına start verdi

16:48

Azərbaycanda yeni komanda yaradıldı

16:30

"Onlar da çempionluğa oynayacaqlar, amma..." - Vüqar Həsənov azarkeşlərə səsləndi

16:12

"Boluspor" azərbaycanlı futbolçunu transfer etdi

15:54

"Karvan-Yevlax" Elvin Yunuszadə ilə bağlı qərarını verdi

15:36

Ötən mövsümü Albaniyada keçirən azərbaycanlı qapıçının yeni iş yeri bilindi

15:18

Qurban Qurbanov jurnalistlərlə görüşəcək

15:01

Nəriman Axundzadənin "Ərzurumspor"da keçidi necə baş tutub? - Meneceri detalları açıqladı

14:42

"Mingəçevir"in taleyinə bu gün aydınlıq gələcək

14:24

"Qarabağ"ı Kiyev "Dinamo"su ilə oyunda neçə azarkeş dəstəkləyəcək?

14:24

Aslan Kərimov: "Qarabağ"la müqayisədə "Sabah"ın oyunu daha çətin keçəcək"

14:06

"Baku Sportinq" sponsorsuz oynayacaq

Facebookdan bizi izləməyi unutmayın.
X