Azərbaycan komandasının Tokio 2020 Yay Paralimpiya Oyunlarında qazandığı qızıl medalların sayı beşə çatıb.
Fanat.Az xəbər verir ki, bu, paralimpiyaçılarımızın baş mükafatların sayına görə tarixdə ən yaxşı göstəricisidir.
Oyunlara 1996-cı ildən qatılan millimizin bunaqədərki rekordu London 2012 ilə bağlı olub. İdmançılarımız həmin yarışı 4 "qızıl"la başa vurub.
Qeyd edək ki, Paralimpiya komandamızın hesabında hazırda rəsmiləşmiş 7 medal var. Bunlardan ikisi bürünc əyarlıdır.
Sahib Əsədbəyli