Tokio 2020 Yay Paralimpiya Oyunlarında dördüncü yarış günü geridə qalıb.
Fanat.Az xəbər verir ki, Azərbaycan komandası günü 4 qızıl medalla tamamlayıb. Beləliklə, hesabında 7 qızıl, 2 bürünc medal olan millimiz sıralamada yeddinci yerə yüksəlib.
İlk pillədə Çin yığması qərarlaşıb. Komandanın aktivində 30 qızıl, 21 gümüş, 26 bürünc medal var. Böyük Britaniya 16 qızıl, 12 gümüş, 15 bürünc mükafatla ikinci, Rusiya Paralimpiya Komitəsi (RPK) 13 qızıl, 7 gümüş, 20 bürünc "qənimət" sayəsində üçüncüdür.
Medal qazanan ölkələrin sayı 61-ə yüksəlib. Onlardan 38-i baş mükafata sahib çıxıb.
Qeyd edək ki, Paralimpiadaya sentyabrın 5-də yekun vurulacaq.
Sahib Əsədbəyli