Azərbaycan pauerliftinqçisi Elşən Hüseynov Tokio 2020 Yay Paralimpiya Oyunlarında çıxışını başa vurub.
Fanat.Az xəbər verir ki, 107 kiloqram çəki dərəcəsində yarışan 44 yaşlı idmançımız üç cəhdin heç birində sifariş verdiyi çəkini (ilk ikisində 125, sonda 131 kq) ram edə bilməyib.
Bu gün Azərbaycanın daha bir pauerliftinqçisi gücünü sınayacaq. 107 kiloqramdan ağır çəki dərəcəsi üzrə Bakı vaxtı ilə 13:30-da başlayacaq mübarizədə Şamo Aslanov mükafatçılar sırasına düşməyə çalışacaq.
Sahib Əsədbəyli