Türkiyə Tokio 2020 Yay Paralimpiya Oyunlarında ilk qızıl medalını qazanıb.
Fanat.Az xəbər verir ki, bu uğura stolüstü tennis yarışlarında dördüncü kateqoriya üzrə çıxış edən Abdullah Öztürk imza atıb.
32 yaşlı idmançı finalda cənubi koreyalı rəqibini 3:1 hesabı ilə məğlub edib.
Bu, Öztürkün karyerasında ikinci Paralimpiya çempionluğu olub. O, Rio 2016-da da qalibiyyət sevinci yaşayıb.
Qeyd edək ki, Tokio Paralimpiadasına 13 növ üzrə 87 idmançı ilə qatılan Türkiyə indiyədək 9 medal əldə edib. Digər mükafatlardan biri gümüş, yeddisi bürüncdür.
Sahib Əsədbəyli