17:17 03.09.2021 7569

"Şeydayevin “ölü”sü belə Qurbanidən üstündür" - Tərlan Əhmədov

"Elə heyəti görən kimi təəccübləndim. Baş məşqçi Lüksemburqa qarşı müdafiə futboluna üstünlük vermişdi. Biz Lüksemburqdan da qorxuruqsa, beş müdafiəçi ilə meydana çıxırıqsa, mənim deyəcəyim söz yoxdur. Bu futbolu oynamayaq... 43 ilimi futbola həsr etmişəm, yığmanın kapitanı olmuşam. Milli komandanı belə halda görəndə az qalır ürəyim partlasın". 

Bu sözləri Fanat.Az-a açıqlamasında tanınmış futbol mütəxəssis Tərlan Əhmədov millimizin DÇ-2022-nin seçmə mərhələsində Lüksemburqla (1:2) oyunu barədə danışarkən deyib. 

Yığmanın sabiq kapitanı uğursuzluğun səbəbini baş məşqçi Canni De Byazinin yalnış heyət seçimində görür:

"Lüksemburq məğlubiyyətinin səbəbkarı istisnasız olaraq, baş məşqçidir. Mahir Emreli Polşanın iddialı klublarından olan “Legiya”nın lideridir, Anton Krivotsyuk “Visla Plotsk”un əsas heyət üzvüdür, Namik Ələskərov “Bursaspor”da özünə yer edib. Buna baxmayaraq, Canni De Byazi onlara start heyətində yer vermir. Səbəb? Guya o birilərdən 3-4 gün gec qoşulublar komandaya. Halbuki, elə qayda-qanunla onlar vaxtında gəlib.

Çıxış etdiyi ölkələrin çempionatında oyun keçirib gəliblər də, istirahət etməyiblər ki. Deməli, məntiqlə onlar daha yaxşı formada olmalıdır. Baş məşqçi “daha güclüləri daha güclü rəqibə qarşı meydana buraxaram” düşüncəsində olubsa, bu da məntiqsizlikdir. Sən 3, ən pis halda, 1 xal götürə biləcəyin rəqibə səhlənkar yanaşıb nisyənin arxasınca niyə qaçırsan? 

Mahiri, Namiki qoydum kənara, Ramil Şeydayevin “ölü”sü belə Əli Qurbanidən üstündür. “Qarabağ”lıların çoxluq təşkil etdiyi start heyətində elə Ramili oynat da. “Sabah”da oynayanda hamı Şeydayevi tənqid edirdi ki, zəifləyib. İndi ki, “Qarabağ”dadır və Qurban Qurbanov müntəzəm şans verir. Ramil də taran tipli hücumçudur. Üstünlüyü ondadır ki, qarşısında boş zona olanda, sürətindən istifadə edə bilir, alınmayanda da arxadan dəstək gələnə qədər topu ayağında saxlaya bilir. Əli Qurbanidə bunların heç biri yoxdur.

Ümumiyyətlə, əvvəl hücumçu qıtlığı olduğunu nəzərə alıb legionerlərə göz yumurduq. Axı indi özümüzünkülər var, yaxşı formadadılar. Elə müdafiə xətti də düzgün qurulmamışdı. Sol ayağı işlək olan Anton qala-qala, Azər Salahlını niyə mərkəz hücumçusu mövqeyinə çəkəsən ki? Beşli müdafiə taktikası Azərbaycanda özünü doğrultmur. Bu taktikaya üstünlük verənlərin avrokubokdakı aqibətini gördük.

Mən baş məşqçinin Filip Ozobiçlə bağlı qərarını da başa düşmədim. Komandaya ilk dəfə cəlb olunan bir futbolçu start heyətində yer alır, özü də sona qədər meydanda qalır. O, millidə tədricən oynamalı idi. Hansısa yoldaşlıq görüşündə iştirak etməyib, komandaya alışmayıb. Nə olsun ki, heyətdə “Qarabağ”ın futbolçuları var, onları tanıyır. Amma hər bir yeni futbolçu gəldiyi komandaya tədricən uyğunlaşmalıdır”.

Tərlan Əhmədov sabah keçiriləcək İrlandiya ilə oyundan da qorxduğunu qeyd edib: 

"Çox ehtiyat edirəm ki, Mahir, Anton və Namik klubuna döndükdən sonra formasında eniş müşahidə olunacaq. Çünki klubda özlərini göstərdikdən sonra milliyə də kömək edəcəklərinə inanırdılar. De Byazi isə onları “sındırdı”. Hətta mən İrlandiya ilə oyundan da qorxuram. Mümkündür ki, atmosfer korlanıb, özünəinam zəifləyib. Millinin bərbad nəticə ilə Bakıya dönəcəyindən qorxuram. Düzdür, əksi də ola bilər. Ola bilər ki, Lüksemburq yenilgisindən qıcıqlanan futbolçular yaxşı nəticə üçün vuruşsunlar. Ancaq mən şansımızın çox olduğunu düşünmürəm”.

Qeyd edək ki, sentyabrın 4-də Dublindəki "Avivo" stadionunda keçiriləcək İrlandiya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Mirağa

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

25 İyun 2026
14:48

"Hisslərimi sözlə ifadə etməyə çətinlik çəkirəm" - CAR millisinin çalışdırıcısı

14:30

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

14:22

"Şamaxı"nın azərbaycanlı istedadı legioner həyatı yaşayacaq?

14:01

Seneqallı müdafiəçi daha bir il "Qəbələ"də - RƏSMİ

13:44

Vinisius: "Başla qol vurmağım üçün Ançelotti mənə hədiyyə vəd etmişdi"

13:25

"Araz-Naxçıvan" kapitanı ilə bağlı qərarını rəsmən açıqladı

13:07

"Bu səviyyədə çıxış edə biləcək daha çox oyunçuya sahib olmalıyıq"

12:48

Çexiya - Meksika matçının ən yaxşı oyunçusu bilindi

12:30

Millimizin rəqibi 2 yoldaşlıq oyunu keçirəcək

12:12

"Zirə"dən ayrılan yarımmüdafiəçi "Araz-Naxçıvan"da - RƏSMİ

11:53

Cənubi Koreyanın baş məşqçisi CAR-a məğlubiyyətə görə məsuliyyət daşıyan şəxsin adını açıqladı

11:27

Ançelotti Şotlandiya ilə oyundakı darmadağın barədə nə danışdı?

11:09

Mehdi Cənnətovun yeni klubu bilindi - RƏSMİ

10:51

FİFA daha bir dünya çempionatının evsahibliyini Azərbaycana verdi

10:30

Bir qol və bir məhsuldar ötürmə ilə diqqət çəkdi, matçın ən yaxşı oyunçusu oldu

10:07

Həftəiçi oyunları bu kanallarda - AFİŞA

09:48

DÇ-2026: E qrupunda 3-cü turun son oyunları başlayır, Almaniya növbəti sınağına çıxır

09:25

Şotlandiya - Braziliya dueliin ən yaxşı futbolçusu məlumdur

09:00

DÇ-2026: İlk pley-off cütü bilindi

08:00

DÇ-2026: Braziliya ilə Meksika növbəti mərhələyə darmadağınla yüksəldi

05:31

Neymar Pelenin rekordunu təkrarladı

04:44

"Tarixə düşmək istəyirdik, amma belə nəticə qazanacağımızı düşünmürdük" - Sergey Barbarez

04:29

Qrupda qalan Qətər millisinin ispaniyalı çalışdırıcısı belə danışdı

02:32

Bosniya və Herseqovina - Qətər matçının ən yaxşı futbolçusu bilindi

02:00

Manzambi İsveçrə - Kanada oyununun ən yaxşısıdır

01:31

Messi və Ronaldu elə bir şey etdilər ki...

00:57

DÇ-2026: İsveçrə B qrupunu lider tamamladı, Bosniya 3 xalı 3 qolla qazandı

24 İyun 2026
23:49

Mourinyunun "Real Madrid" planı bəlli oldu

23:07

Azərbaycanı Praqada keçiriləcək Avropa Açıq Turnirində 15 cüdoçu təmsil edəcək

22:36

"Sabah" Rumıniya klubu ilə heç-heçəyə razılaşdı

21:54

Marko Palestra London yolunda

21:27

"Barselona"da Ferran Torres satılır: Hədəfdə isə...

20:54

"Heç bir klub birdəfəyə 150 milyon ödəmir"

20:23

"Tottenhem"in kapitanı qərarını verdi

19:42

MLS-dən Pulişiç üçün astronomik təklif

19:21

Gilmerto Oçoa üçün tarixi matç

18:39

"Lids Yunayted"dən pulsuz ulduz transferi

18:08

Portuqaliyanın baş məşqçisi Del Boskeni geridə qoyaraq rekordçu oldu

17:43

"Məhz buna görə qayıtmışam, amma "Barselona"ya qarşı..." - Joze Mourinyu

17:24

Cud Bellingem Runinin rekordunu yenilədi

Facebookdan bizi izləməyi unutmayın.
X