Bədii gmnastlarımız Monteneqronun Budva şəhərində keçirilən beynəlxalq turnirdə 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıblar.
Fanat.Az xəbər verir ki, mükafatların əksəriyyətini Kamilla Seyidzadə aktivimizə yazıb. Lentlə nümayiş etdirdiyi proqrama görə fəxri kürsünün ilk pilləsində yer alan idmançımız gürzlərlə gümüş, halqa və çoxnövçülükdə bürünc medala sahib çıxıb.
Daha bir bürünc medalı isə o, Alina Gözəlova ilə birlikdə komanda hesabında əldə edib. Alina həmçinin topla çıxışına görə üçüncü yeri tutub.
Yarışda iştirak edən digər təmsilçimiz Fəxriyyə Əliyeva ən yaxşı nəticəsini topla nümayiş etdirərək 5-ci olub.
Sahib Əsədbəyli