10:00 23.09.2021 1377

\"Çempion doğulanlar\": Elxan Məmmədovun alın təriylə yazdığı tarix

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

O, ilk dəfə cüdo zalına daxil olanda yaşıdlarının əksəriyyəti müəyyən yarış təcrübəsinə sahib idi. Bəzilərinin isə evində kubok, medallardan ibarət bir guşə yer alırdı. Başqalarının Avropa, dünya, hətta Olimpiya çempionu olduğu yaşda, o, bir dəfə də olsun, beynəlxalq yarışda iştirak etməmişdi. 

Azərbaycan cüdosunun əzmkarlıq simvolu, dünya və Avropa çempionu Elxan Məmmədovun Azərbaycan idmanı tarixində açdığı bir-birindən parlaq səhifələri "vərəqləyəcəyik".

Elxan Əbülfəz oğlu Məmmədov 1982-ci ildə Bakı şəhərində anadan olub. Erkən yaşlarında yunan-Roma güləşi və futbolla məşğul olub. Lakin vaxt keçdikcə bu idman növlərinin ona görə olmadığını görüb və bibisi oğlunun məsləhəti ilə cüdonu seçib. Elxan Ağanağı Cəfərovun yanında yapon döyüş təliminin sirlərinə yiyələnməyə başlayanda artıq 13 yaşı var idi. 

17 yaşında ikən çox ziddi alan Elxan uzun müddət tatamidən uzaq qalıb. Təxminən 2 il sonra məşqlərini bərpa edən gələcək dünya və Avropa çempionu 22 yaşınadək heç bir beynəlxalq yarışda iştirak etməyib. Bu, o yaşdır ki, Azərbaycanın cüdo üzrə hər iki Olimpiya çempionunun artıq ulduzu parlamış, minlərlə yeniyetmənin kumirinə çevrilmişdi.

2004-cü ildə Sloveniyanın paytaxtı Lyublyanada 23 yaşadək cüdoçular arasında Avropa çempionatının bürünc medalına sahib çıxan Elxan növbəti uğurunu 2007-ci ildə Niderlandın Rotterdam şəhərində keçirilən "Böyük Dəbilqə"də əldə edir (bürünc medal). Bundan qısa müddət sonra Bakıda Dünya kuboku yarışının baş mükafatını boynundan asan Məmmədov Tbilisi və Praqadakı yarışlardan vətənə bürünc medalla dönür. 2008-ci ildə isə o, Lissabonda baş tutan Avropa çempionatında finala qədər irəliləyir. Burada niderlandlı Mark Hayzinqaya uduzan 26 yaşlı idmançı karyerasının ən böyük uğurunu qazanır.  Növbəti il Norveç turnirində bürünc, Bakının ev sahibliyi etdiyi Dünya Kubokunda  qızıl medal qazanan Elxan Tbilisidə keçirilən qitə çempionatını üçüncü yerdə başa vurur. 2010-cu ildə isə o, Tokioda keçirilən dünya çempionatının bürünc medalına sahib çıxaraq, karyerasında yeni səhifə açır. İlk dəfə 28 yaşında mundial mükafatına yiyələnən usta cüdoçu növbəti ilin əvvəlində Bakıda təşkil olunan nüfuzlu "Dünya Ustaları" yarışının qalibi olur. O, "Sərhədçi" İdman Kompleksinin dolu tribunaları önündə keçən turnirin final görüşündə üç ay əvvəl DÇ-nin yarımfinalında uduzduğu məşhur gürcü əsilli Yunanıstan cüdoçusu İlias İliadisi "ippon"la məğlub edir.

Lakin o, London 2012 Yay Olimpiya Oyunlarında uğursuzluğa düçar olur. İlk iki mərhələdə müvafiq olaraq Tacikistan və Özbəkistan cüdoçularından üstün olsa da, 1/4 finalda sonradan yarışın çempionu olan İrakli Tsirekidzeyə uduzur. Təsəlliverici görüşdə isə misirli Heşam Mesbah Məmmədov üçün keçilməz olur.

Bunadək titullarının böyük əksəriyyətini 90 kiloqram çəki dərəcəsində qazanan Elxan növbəti ildən 100 kiloqram çəkidə çıxış etməyə başlayır. İlk uğur isə özünü çox gözlətmir. 31 yaşlı cüdoçu mayın əvvəlində Bakıda təşkil olunan "Böyük Dəbilqə" "qızıl"ının ardından ayın son günlərində Rusiyanın Tümen şəhərində "Dünya Ustaları" turnirinin baş mükafatına sahib çıxır. 

Beləcə, yeni çəkisində də iddiasını ortaya qoyan Elxan bundan üç ay sonra Azərbaycan cüdo tarixində yeni bir səhifə açır.

2013-cü ildə Rio De Janeyroda təşkil olunan mundiala qədər bizim cüdoda iki Olimpiya çempionumuz olsa da, dünya çempionatının qızıl medalına sahib çıxan təmsilçimiz yox idi. Bunadək Olimpiya çempionlarımız Nazim Hüseynov və Elnur Məmmədli titulun biraddımlığınadək gəlsə də, sonda "gümüş"lə kifayətlənmişdilər.

"Artıq tarix yazmağın zamanıdır"

Məmmədov yeni çəkidə ilk mundialının startında israilli Or Sassonu, sonrakı mərhələlərdə ispaniyalı David Alarza və Takeşi Ononu "vaza-ari" xalı ilə məğlub edərək yarımfinala yüksəlir. Burada özbəkistanlı Soyib Kurbonova da "vaza-ari" ilə qalib gələn 31 yaşlı idmançı "qızıl", Azərbaycan cüdosunda çatışmayan yeganə titul uğrunda məşhur Niderland cüdoçusu Henk Qrolla qarşı-qarşıya gəlir. O vaxtadək iki dəfə dünya çempionatının finalına çıxsa da, sonda titula yiyələnə bilməyən ikiqat Olimpiya üçüncüsü duelin favoriti idi.
Elxan həmin görüşü belə xatırlayır: "Həmin gün Qrolun məşqini izləmişdim və onun fiziki cəhətdən nəyə qadir olduğunu görmüşdüm. Bu səbəbdən bir qədər narahat idim. Final görüşündən əvvəl yığma komandanın məşqçiləri mənə dedilər ki, artıq tarix yazmağın zamanıdır. Sən bu görüşdə mütləq qalib gəlməlisən. Peter Zayzenbaher məni çağırıb bildirdi ki, indiyə qədər Azərbaycanın idman tarixində cüdo üzrə dünya çempionu olmayıb. Amma mən bilirəm ki, sən bu dəfə bu uğursuzluğa son qoyacaqsan. Onun mənə "Sən bu gün çox güclüsən” deməyi özümə inamımı artırdı”.

Gözlənildiyi kimi, gərgin keçən qarşılaşmanın taleyini bir səhv həll edir. Elxanın rəqibin ani boşluğundan yararlanaraq, ona tətbiq etdiyi fənd "vaza-ari" ilə qiymətləndirilir və idmançımız bu üstünlüyünü çətinliklə də olsa, görüşün sonunadək qoruya bilir. Beləliklə, mundiallar tarixində ilk dəfə Azərbaycanın dövlət himni səslənir və üçrəngli bayrağımız ən yüksəkdə dalğalanır.

Nəticədə, Elxan Məmmədov 2013-cü ildə Azərbaycanın ən yaxşı idmançısı seçilir.

"Dedim, içimdə yanğı var"

Sonrakı illərdə Qran Pri və "Böyük Dəbilqə" yarışlarında sözünü deyən qocaman cüdoçu Rio 2016-ya lisenziya verən yerdə qərarlaşsa da, sonda məşqçi heyəti Olimpiya Oyunlarına daha yuxarı sırada olan Elmar Qasımovu aparmaq qərarı verdi. Bu vaxt Məmmədovun artıq 35 yaşının astanasında idi. Düşünmək olardı ki, artıq hər şey bitib, keçmiş komanda yoldaşı Elnur Məmmədlinin təbirincə desək, Oimpiya çempionlarının qənimini bundan sonra tatamiyə qaytaracaq bir stimul yoxdur. Ancaq... Rio Olimpiadasından heç iki ay keçməmiş "Böyük Dəbilqə" seriyasından olan turnirdə iştirak üçün Əbu-Dabiyə yollanan Məmmədov maksimum nəticə ilə "hələ tələsməyin" - deyə, mesaj verdi. Ardınca Antalya Qran Pri və Bakı "Böyük Dəbilqə" yarışlarında əldə olunan bürünc medallar illərin stabillik nümunəsini yenidən diqqət mərkəzinə gətirdi.

Elxan həmin dövrü belə xatırlayır: "Elmarın əvəzinə Rioya mən getsəydim, Olimpiya çempionu da ola bilərdim. Həmin ərəfədə özümü çox güclü hiss edirdim. Sadəcə, son turnirdə o, daha yaxşı oldu. O cür forma ilə Olimpiadanı kənardan izləmək çox çətin idi. Digər tərəfdən isə məndə əminlik yarandı ki, bu rəqiblərlə hələ mübarizə aparmaq mümkündür. Olimpiadadan dərhal sonra məşqçi kimi davam etməyim qərara alınmışdı. Federasiya rəhbərliyindən xahiş etdim ki, mənə cəmi bir il möhlət verin. Dedim, tükəndiyimi hiss etmirəm, içimdə yanğı var, imkan yaradın, peşman olmamağınız üçün əlimdən gələni edəcəyəm".

Növbəti ilin təqvimində üç mühüm yarış yer alırdı. Varşavada Avropa çempionatı, Bakı 2017 IV İslam Həmrəyliyi Oyunları və Budapeştdə dünya çempionatı.

AÇ öncəsi açıqlamalarında məşqçilər hər nə qədər bir ay sonrakı İslamiadanı prioritet göstərsə də, qitə mükafatının daha qiymətli olduğu faktdır. 

Səhər yuxudan ayılanda hiss elədim ki, gün, mənim günüm olacaq", - deyir Məmmədov: "Biz, adətən yarış günü nəticənin necə olacağını hiss edirik. Həmin gün özümə çox arxayın idim. Ümumi əhval-ruhiyyəmin, bədənimin reaksiya qabiliyyətinin istədiyim kimi güləşməyə imkan verəcəyinə inanırdım".

Beləliklə, o, Avropa çempionatında ilk qarşılaşmada italiyalı Vinçenzo Darko, sonradan köhnə tanış, latviyalı Yevgenis Borodavko, qrupun həlledici mərhələsində İsrail təmsilçisi Piter Paltçiki "ippon"la məğlub edir. Yarımfinalda isə komanda yoldaşına "vaza-ari" ilə qalib gələn Elxan karyerasında ikinci dəfə qitə çempionatının finalına yüksəlir.

Dərsliklərə düşəcək fənd və baxdıqca baxılan sevinc


 
100 kiloqramda ilk dəfə qitə çempionatının finalına çıxan Elxan, Rio 2016-nın bürünc mükafatçısı, fransalı Sirill Mare ilə bunadək üz-üzə gəlməmişdi. Digər tərəfdən, onun kimi 30 yaşlı təcrübəli rəqibin də kolleksiyasında Avropa çempionatının qızıl medalı yox idi. Odur ki, tərəflərin bir-birinə zərrə qədər də güzəştə getməyəcəyini proqnozlaşdırmaq çətin deyildi. Olduqca soyuqqanlı, ağır mübarizə "qızıl xal"a doğru uzanır. Nəhayət, əlavə vaxtın 38-ci saniyəsində nəhəng Mareni aldadaraq, sağ qol tutuşundan çiyin üzərinə gətirən Məmmədov, əsl finala layiq amplituda ilə öz " kral" fəndinin (yaponca; "sode tsurumi qoşi) icrasını başa çatdırır. Ələlxüsus da, yüz kiloqram çəki dərəcəsində bu cür mükəmməl fəndlərə nadir hallarda rast gəlindiyindən, yarışın təcrübəli şərhçiləri belə, heyrətini gizlədə bilməmişdi. Sevinci isə ən azından, fəndin özü qədər möhtəşəm alındı. Elxan sanki Olimpiya çempionluğunu qeyd edirdi. Belə baxanda, bu, onun üçün elə Olimpiadanı udmağa bərabər idi. O hayqırtıda nələr yox idi ki... Üstündən dörd ildən çox zaman keçməsinə baxmayaraq, baxdıqca baxılan, hər dəfə də fərqli hisslər yaradan kadrları tərif etməyə heç gərək də yoxdur.

"Ən"lər arasında böyük Elxan izi
 
35 yaş 55 günlüyündə Avropa çempionatının qalibi olan Elxan Məmmədov Azərbaycan cüdosu tarixinə ən qocaman qitə çempionu kimi düşüb. Yarışın tarixində isə ilk "beşlik"dədir. 2012-ci ildə 35 yaş 103 günlüyündə Çelyabinskdə keçirilən AÇ-nin qızıl medalçısı olan israilli Ariel Zeevidən sonra kişilərin sıralamasında ikincidir. Bu arada, qocaman dünya çempionlarının da ilk "onluğ"unda yer alan Elxan indiyədək 9 dəfə keçirilən "World Masters" (Dünya Ustaları) turnirinin ikinci ən yaşlı qalibidir. Bu gün, sadəcə statistika kimi görünə biləcək bu faktlar, bir vaxtlar ortaya qoyulan dəmir iradə və inanılmaz qətiyyətin bəhrəsidir. Ümumilikdə, müstəqilliyinin 30-cu ilini yaşayan Azərbaycan idmanı tarixində qazanılan onlarla qitə və dünya "qızıl"ı arasında Məmmədovun fantastik çempionluqlarının ayrıca yeri var, şübhəsiz.

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 May 2024
13:50

"Qaradağ Lökbatan" bölgədə oynamağı düşünür - AÇIQLAMA

13:28

MEDİA tərəfindən yeni təlim kursu istifadəyə verildi

13:10

Musa İsveçdə növbəti qolunu vurdu

12:49

Dörd illik diskvalifikasiya olunan Poqba özünə yeni iş tapdı

12:30

Moyesin gedəcəyi rəsmən açıqlandı

12:11

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:52

Bu gün Azərbaycan Kubokunun qalibi bilinəcək

11:34

"Üç saniyəyə iki qol vurmaq mümkündür, amma..." - Luis Enrike

11:16

"Onların bir missiyası, bizim isə böyük arzumuz var" - Edin Terziç

10:57

"Traktor"dan inamlı qələbə

10:38

Çempionlar Liqası: İlk finalçı müəyyənləşir - YENİLƏNİR

10:19

Tsxadadze “Qəbələ”də ilk qələbəsini qazandı – Tura baxış

10:00

Anton Cənubi Koreyada fərqləndi

09:40

Moldovalı qolkiper buraxdığı qoldan danışdı - "Nə qədər qəribə səslənsə də..."

09:21

Cəlal Hüseynov "Slaviya"ya qarşı oynadı, komandası...

09:00

Arda Turan "Atletiko"nu çalışdırmaq istəyir - Özü açıqladı

01:35

"Mançester Yunayted" darmadağın oldu

01:02

"Napoli" son dəqiqə qolu ilə xal itirdi

06 May 2024
23:50

"Fənərbağça" səfərdə büdrədi

23:07

"Xüsusi sevinməyə dəyməz, sonuncu yerdəyik" - Kaxaber Tsxadadze

20:55

MPL: "Səbail" "Qəbələ"yə uduzdu

20:52

"Əminik ki, vəziyyəti dəyişə və finala yüksələ bilərik" - Kilian Mbappe

19:33

İspaniyalı oyunçu "Atletiko" ilə yeni müqavilə bağlamadı - İngilis klubunda oynayacaq

18:45

Fransa futbol tarixinin ən yaxşı müdafiəçisi bilindi - Desayi ikincidir

17:52

"Kocaelispor"un prezidenti Şeydayevi qınadı

17:27

FİFA ilk dəfə futzal millilərinin reytinqini təqdim etdi - Azərbaycanın da mövqeyi bilindi

17:27

Bakı dünyanın "İdman Paytaxtı” seçildi!

17:20

Misli.az ilə “Avro-2024”ün final oyununa səyahət paketi qazan

17:15

Müller "Real"la cavab matçından nə gözləyir?

16:24

İkiqat dünya çempionunun heyətinə həvəskar futbolçu çağırıldı

16:05

"Heç-heçələr bizi xoşbəxt edə bilməz, amma..." - Daniele De Rossi

15:48

Əfsanəvi argentinalı dünyasını dəyişdi

15:30

Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq

15:14

"Karyeramı "Araz-Naxçıvan"da bitirmək istəyirəm"

14:55

"Vest Hem"i ispan mütəxəssis çalışdıracaq

14:26

Useyn Bolt Mbappeni yarışmağa dəvət etdi - Fransız futbolçunun cavabı nə oldu?

14:07

Juninyo gedir, yoxsa qalır? - TƏFSİLAT

13:49

Millinin oyunlarının vaxtı bilindi

13:32

"Səbail" "Qəbələ" ilə oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

13:14

London nəhəngi keçmiş qapıçısını geri qaytarır

Facebookdan bizi izləməyi unutmayın.
X