Noyabrın 18-dən 21-dək ölkəmizdə ilk dəfə batut gimnastikası üzrə dünya çempionatı təşkil olunacaq.
Fanat.Az xəbər verir ki, Milli Gimnastika Arenasında keçiriləcək yarışda ilkin qeydiyyat siyahısına əsasən, 33 ölkədən 300-dək gimnast iştirak edəcək.
Gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edəcəklər.
Həmçinin komanda hesabında qaliblər müəyyənləşəcək.
Yarışların ilkin cədvəlinə əsasən, ilk iki gün təsnifat, sonuncu iki gün isə finallar keçiriləcək. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramda çıxış edə bilər.