23:14 25.10.2021 906

Bir-birini həzm edə bilməyən fanatlar - OYUNDANKƏNAR - FOTOLAR/VIDEO

"Səbail" çempionatın lideri "Qarabağ"ı yenərək turun sensasiyasını reallaşdırdı. Bu yenilgi üzündən Qurban Qurbanovun komandasının bir günlük aradan sonra yenidən vahid liderliyə yiyələnmək istəyi baş tutmadı.

Fanat.Az "ASCO Arena"dakı oyunda və oyun ətrafında baş verən maraqlı məqamları təqdim edir:

* İkinci dövrənin ilk turu məhsuldarlıq rekordu ilə də yadda qaldı. Belə ki, üç günə sığan oyunlarda qapılara 15 qol vuruldu. Bu isə mövsümün rekordudur. İndiyə qədər ən yüksək göstərici IV tura təsadüf etmişdi. Azarkeşlər həmin turda 12 qola şahidlik etmişdi.

*Meydana daxil olar-olmaz anidən yağış yağdığını düşündük. Məsələ isə yağışda yox küləkdə idi. Meydanı sulamaq üçün nəzərdə tutulmuş su şırnağı küləyin təsirindən süni ot örtüyünü yox, "Səbail"in azarkeşləri oturan sektoru sulayırdı. Polislər və mühafizəçilər də daxil olmaqla hamı su olmuşdu. 

*Start fitinə bir neçə saniyə qalmış yan xətt hakimi azyaşlı topdaşıyana dönə-dönə tapşırdı ki, topla oynamasın. Görünür əvvəlki oyunlarda ədalət təmsilçisinə kifayət qədər çətinlik yaradıblar.

*Qeyri sabit hava şəraiti komandalara da təsirsiz ötüşmədi. Oyunun birinci hissəsində külək "Səbail"in əleyhinə işləyirdi. Oyunçular topu meydanın özlərinə aid hissəsindən uzaqlaşdırmaqda çətinlik çəkirdi. Güclü külək xüsusən də "dənizçilər"in qapıçısı Kamran Ağayevə mane olurdu. Qolkiper topu lazımi qədər uzağa vura bilmirdi. 

*Oyunun 3-cü dəqiqəsində "Səbail"in müdafiəçisinin irəli vurduğu top nəinki oyun meydanını, ümumiyyətlə "ASCO Arena"nı tərk etdi. Bu halın bir neçə dəfə təkrar olunması nəzərimizdən yayınmadı. 

*"Qarabağ"ın hər iki azarkeş qrupu oyun başlamamışdan meydanı "silkələyir"disə, "Səbail"in fanatları yalnız 8-ci dəqiqədən sonra meydanda olduqlarını hiss etdirdilər. 

*44-cü dəqiqədə hər iki klubun azarkeşləri 44 günlük II Qarabağ Müharibəsində canından keçən şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq "Şəhidlər ölməzdir, vətən bölünməzdir" şüarını səsləndirirdilər. 

*"Səbail"in "49" fanat dəstəsi də digərləri kimi soyuq hava şəraitinə baxmayaraq tam heyətlə komandalarını dəstəkləməyə gəlmişdilər. Onların adətən göstərdikləri qeyri-ordinar dəstək bu gün müşahidə olunmadı. Fasilə zamanı "49"un oturduğu sektora yaxınlaşıb fanklubun rəhbəri ilə onların fəaliyyətlərini müzakirə etdik. Məlum oldu ki, ənənəvi nümayişlərinə son vermələri təsadüfi deyil. Səbəb isə həm polislər, həm də klubun mühafizə xidməti tərəfindən göstərilən dəstəyin bəyənilməməsidir. Öncəki oyunlarda özlərinəməxsus şəkildə göstərdikləri dəstək böyük səs-küyə səbəb olmuşdu. Bu səbəbdən onlar oyun vaxtı da xüsusi olaraq yoxlanılır, bayraqlarının asılması yasaqlanır. O, qeyd etdi ki, bu azarkeş qrupu digər fanklublar tərəfindən də tənqid atəşinə tutulur. "Dənizçilər"in tərəfdarlarının rəhbəri belə qınağa tuş gəlmələrinin səbəbini hələ də anlaya bilmədiyini söylədi. Azarkeş qrupunun lideri göstərdikləri dəstəkdə heç bir siyasi motiv olmadığını xüsusi şəkildə vurğuladı. 

*İkinci hissə başlayanda "Qarabağ"ın "İmarət" fanklubu ilə "49" fanat dəstəsi arasında konflikt də yaşandı. Xoşbəxtlikdən polisin və fanklub rəhbərlərinin müdaxiləsi nəticəsində münaqişə sakitləşdi. 

*Matçın 66-cı dəqiqəsində Qurban Qurbanov oyunun dayanmasından istfadə edərək Bəhlul Mustafazadəyə öz tapşırıqlarını verməsi gözümüzdən yayınmadı. Qeyd etməliyik ki, Bəhlul dərhal göstərişi yerinə yetirərək lazım olan mövqeyə qayıtdı. 

*Düşünmək olardı ki, komandalar qapılarını dəyişəndən sonra külək topun irəli getməsində "Səbail"ə kömək edəcək. Amma "dənizçilər" künc zərbəsi yerinə yetirərkən 10-15 saniyə topun lazım olan yerdə dayanmasını gözləməli olurdu.

Emin Şəmsiyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

21 May 2024
21:06

"Mançester Yunayted"dəki dostlarım məni öldürər, amma..." - Devid Bekhem

20:51

AÇ-2024: İngiltərə millisinin 33 nəfərlik heyəti belədir

19:45

Premyer Liqanın ən sürətli qolu açıqlandı - VİDEO

19:01

Ziya qızıl medal qazandı

18:43

Rəşad bürünc medal aldı

18:23

Bakıda təşkil olunacaq dünya çempionatının təqdimat mərasimi keçirildi

18:11

Azərbaycanın daha iki güləşçisi Avropa çempionatının finalına yüksəldi

17:56

Peşəkar Çövkən Liqasında I tur start götürdü

17:29

AMF-in rəsmi saytı fəaliyyətə başladı

17:13

UPL-də qol vuran azərbaycanlı heç-heçədən şikayətləndi

16:55

Nə Henderson AÇ-yə aparılır, nə Sterlinq, nə də...

16:37

AÇ-2024: Portuqaliya millisinin heyəti açıqlandı

16:16

AFFA-da "yarpaq tökümü" başlayır

16:00

Toni Kroosdan gözlənilməz qərar - Özü açıqladı

15:42

AÇ-2024: Sloveniya millisinin heyəti açıqlandı

01 Yanvar 1970
04:00

15:28

Peşəkar Çövkən Liqasının açılış mərasimi oldu

15:11

Benzema gələcəyi ilə bağlı qərarını verdi

14:53

Avropa çempionatının bombardirinə bu mükafat veriləcək - FOTO

04:00

04:00

04:00

14:36

İskonun AÇ arzusu yenə reallaşmadı - SƏBƏB

14:17

Tçkayevi ilk raundda yendilər

13:50

Azərbaycan millisinin Albaniya və Qazaxıstanla oyunlarının hakimləri bilindi

13:28

"Olimpik Marsel"in 3 futbolçusu gülləbaran edildi

13:10

Azərbaycan millisi Qazaxıstan klubuna uduzdu

12:51

Əfsanəvi "Volksvagen" dünyasını dəyişdi

12:23

Klubundan ayrıldı, Alleqrinin yerini tuta bilər

12:05

"Bayern" daha bir "Tottenhem"lini aparır - Bu qiymətə

11:47

Ross Barkli bu kluba satıldı

11:29

Mbappe vida ziyafəti verdi - Makron da qatıldı

11:10

Karlo Ançelottinin oğlu "Real"dan ayrılır - Baş məşqçi təklifi aldı

10:49

Daha bir idmançımız Yaponiyada dünya çempionu oldu

10:28

Benzema Səudiyyə Ərəbistanından qaçmaq istəyir, amma...

10:07

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

09:45

Azərbaycan çempionatında pley-off cütü müəyyənləşdi

09:22

Dünya çempionatı: Azərbaycanın daha bir cüdoçusu mübarizəyə başlayır

09:00

Gürcüstan millisinin AÇ-yə vəsiqəyə görə alacağı mükafatın məbləği bilindi - Baş nazir açıqladı

20 May 2024
20:15

Dieqo Simeone özünü tənqid etdi: "Mən bunu bacarmadım"

Facebookdan bizi izləməyi unutmayın.
X