Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda “Mançester Yunayted” “Atalanta” ilə qarşılaşıb. Matç 2:2 hesabı ilə başa çatıb.
Fanat.Az xəbər verir ki, matçdan sonra İngiltərə təmsilçisinin ulduz futbolçusu Kriştianu Ronaldu sosial şəbəkə hesabında paylaşım edib.
Matçda dublla yaddan qalan portuqaliyalı hücumçusu "İnstagram" səhifəsində “Biz sonuna qədər inanırıq. Məqsədlərimizə çatmaq üçün əlimizdən gələni edəcəyik! Biz "qırmızı şeytanlarıq!", - deyə yazıb.
Xatırladaq ki, F qrupunda mübarizə aparan “Mançester Yunayted” 4 oyunda 7 xal toplayıb və turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.
Emin Şəmsiyev