23:35 21.11.2021 868

AÇ: Qadınlardan ibarət millimiz üçüncü oldu, kişilər medalsız qaldı

Sloveniyanın Çatej şəhərində təşkil olunan şahmat üzrə komandalararası Avropa çempionatına yekun vurulub.

Fanat.Az xəbər verir ki, son - IX turda Azərbaycanın qadınlardan ibarət yığması Niderlandla üz-üzə gəlib.

Komandamız qarşılaşmadan 2,5:1,5 hesabı ilə qalib ayrılıb. Günay Məmmədzadə birinci, Ülviyyə Fətəliyeva isə üçüncü lövhədə uyğun olaraq Jaogin Peng və Meçteld Van Foresti yenib. Gülnar Məmmədova ikinci lövhədə Elin Röybersə uduzub. Sonuncu lövhədəki şahmatçımız Gövhər Beydullayeva isə Tea Lançava ilə "sülh bağlayıb".

Beləliklə, xalını 12-yə çatdıran seçməmiz yarışın bürünc medalına sahib çıxıb. Bu, qadınlardan ibarət Azərbaycan şahmat millisinin analoji yarışda ardıcıl ikinci, ümumilikdə isə üçüncü mükafatı olub. Komandamız bunadək 1992 və 2019-cu illlərdə baş tutan AÇ-ləri də "bürünc"lə tamamlayıb.

Çempion 18 xal toplayan Rusiya olub. Gürcüstan 15 xalla ikinci yeri tutub.

Kişilərdən ibarət millimiz isə sonda Fransa ilə münasibətləri aydınlaşdırıb.

12 xalla yarış cədvəlinin 2-3-cü yerlərində qərarlaşan kollektivlərin qarşılaşmasında fransızlar 2,5:1,5 hesabı ilə üstün olub.

Şəhriyar Məmmədyarov ilk lövhədə Alireza Firuzcaya uduzub. Teymur Rəcəbov Maksim Vaşye-Laqravla, Rauf Məmmədov Maksim Laqardla, Nicat Abbasov Jil Mussarla heç-heçəyə razılaşıb.

Nəticədə millimiz yarışı medalsız - beşinci sırada başa vurub. 

Ukrayna komandası 14 xalla çempionatın qalibi adını qazanıb. Eyni sayda xala malik Fransa gümüş,  Polşa (13 xal) bürünc mükafata sahib çıxıb.

Avropa çempionatı, IX tur

Kişilər

Fransa - Azərbaycan 2,5:1,5

Alireza Firuzca - Şəhriyar Məmmədyarov 1:0

Maksim Vaşye-Laqrav - Teymur Rəcəbov 0,5:0,5

Maksim Laqard - Rauf Məmmədov 0,5:0,5

Jil Mussar - Nicat Abbasov 0,5:0,5

Məmmədyarov və Məmmədov qara, Rəcəbov və Abbasov ağ fiqurlarla oynayıb.

Qadınlar

Azərbaycan - Niderland 2,5:1,5

Günay Məmmədzadə - Penq Jaoqin 1:0

Gülnar Məmmədova - Elin Röybers 0:1

Ülviyyə Fətəliyeva - Meçteld Van Forest 1:0

Gövhər Beydullayeva - Tea Lançava 0,5:0,5

Məmmədzadə və Fətəliyeva ağ, Məmmədova və Beydullayeva qara fiqurlarla mübarizə aparıb.

Sahib Əsədbəyli

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

03 Avqust 2026
15:06

"Barselona" Rodrini istəyir

14:48

Qurban Qurbanovun Kiyev "Dinamo"suna qarşı neçə futbolçunu oynada bilməyəcəyi açıqlandı

14:30

"Sabah"ın Danimarkaya səfər planı müəyyənləşdi

14:09

ÇL: "Sabah"ın pley-offdakı potensial rəqibi bəlli oldu

13:50

"Qarabağ"ın Kiyev "Dinamo"su ilə səfər matçına nə vaxt yollanacağı bilindi

13:32

"Neftçi" Varqasın transferi üçün "Makkabi"yə nə qədər ödəyib? - Bəlli oldu

13:14

"Turan Tovuz" Türkiyədə son sınağına çıxır

12:55

“APL Fantasy”-də neçə komanda qeydiyyatdan keçib? - Açıqlama

12:36

"Real Madrid"in qapıçısı "Sevilya" ilə anlaşdı

12:18

Ehtiram Quliyev Əziz Yıldırımla görüşdü - "Turan Tovuz" - "Fənərbağça" matçı müzakirə olundu

12:00

"Yuventus" PSJ-nin ulduzunu rənglərinə bağladı - Bu məbləğə

11:41

"Milan" "Fənərbağça"nın bu təklifini rədd etdi

11:22

Okan Buruk "Qalatasaray"lıların "ürəyinə su səpdi": "Onlara bunu vəd edirəm"

11:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:44

Hakimlər Komitəsinin iclası keçirildi, Premyer Liqa hakimlərinin siyahısı açıqlandı

10:27

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:09

Darvin Nunyes "Beşiktaş" ilə anlaşdı - SON DURUM

09:48

"Sabahın Ulduzları": U-15 yaş qrupunda 1-ci tura yekun vuruldu

09:25

Konfrans Liqası: "Qarabağ" "Dinamo Kiyev" səddini keçsə...

09:00

Çempionlar Liqası: "Sabah"ın pley-off mərhələsindəki rəqibi müəyyənləşir - PÜŞKATMA

02:14

"Qarabağ" Pakistan futbolunun ulduzunu transfer etdi

01:00

"Qəbələ" Qətər klubunu məğlub etdi

00:35

"Qalatasaray" məğlubiyyətdən son dəqiqələrdə xilas oldu

02 Avqust 2026
23:54

"Qarabağ" və "Sabah"dan gözlənilməz addım: İngiltərədən kim gəlir?

22:46

"Liverpul" yetirməsini geri qaytarır

22:11

İtaliyalı stoper üçün Premyer Liqada "müharibə"

21:39

Mahir Emreli fərqləndi, baş məşqçi əvəzlədi: "Rakuv" 2 qolla cəzalandı

21:11

Pedri üçün 90 milyon avro

20:38

ÇSKA ilə matçda zədələnən Savonun durumu bilindi

20:07

Canni İnfantino haqqında şok iddia

19:32

"Atletik Bilbao"dan "Barselona"ya sərt cavab

19:09

Ronaldu evləncəyi tarixi açıqladı

18:51

Millimiz Avropa çempionatını 16-cı pillədə başa vurub

18:12

Həvəskar velosipedçilər arasında Federasiya Kuboku yarışı keçirilib

17:53

Mourinyu "Real Madrid"ə qayıtdıqdan sonrakı ilk oyununu şərh etdi

17:15

"Qəbələ" braziliyalı qapıçı ilə gücləndi

16:39

Mançester nəhəngi onun üçün hərəkətə keçir

16:01

"Roma" yeni müdafiçənin keçidini açıqladı

15:41

"Qarabağ”ın "Dinamo Kiyev"lə oyununa biletlər satışa çıxarıldı

15:19

"Kəpəz"in yeni fanklubu olacaq - FOTO

Facebookdan bizi izləməyi unutmayın.
X