Fransada klublararası güləş çempionatına start verilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan yunan-Roma güləşi millisinin üzvü İslam Abbasovun heyətində yer aldığı "Şiltgem" komandası ilk turda "Mets"lə üz-üzə gəlib.
Avropa çempionatının və Minsk-2019 II Avropa Oyunlarının gümüş mükafatçısı olan pəhləvanımız bu qarşılaşma çərçivəsində 2 görüş keçirib. Abbasov fransalı Salamon Entoni üzərində böyükhesablı qələbə qazanıb - 8:0. İslam erməni Edqar Xaçaryanı da məğlub edib - 6:3.
Həmyerlimizin komandası yekunda 7:3 hesablı qələbəyə sevinib.
Qeyd edək ki, Fransa çempionatı dekabrın sonunadək davam edəcək.