
Azərbaycan millisinin üzvü Namik Ələskərov bu gün Ziraat Türkiyə Kubokunda növbəti oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, millimizin hücumçusunun çıxış etdiyi "Bursaspor" kubokun 4-cü mərhələsində TFF II Liqa təmsilçisi "Kırşehir Bələdiyyəspor"la qarşılaşacaq.
Bursada - "Bitci Timsah Park"da baş tutacaq oyun Bakı vaxtı ilə saat 16:00-da başlayacaq və "Aspor" kanalı vasitəsilə paralel canlı yayımla təqdim olunacaq.
Qeyd edək ki, "Bursaspor" ötən mərhələdə səfərdə "Ceyhanspor"u 6:1 hesabı ilə məğlub edib.
Mirağa