15:38 02.12.2021 2026

"Azərbaycan futbolunun xilas yolu..." - SORĞU

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib. Yığıncaqda millimizin baş məşqçisi Canni De Byazi ilə bağlı qərar açıqlanıb. 

İtaliyalı mütəxəssis 2022-ci ildə Millətlər Liqasındakı oyunların sonuna qədər postunda qalacaq.

Fanat.Az AFFA-nın bu qərarı ilə bağlı sorğu keçirib. Ölkə mətbuatının tanınan simaları Canni De Byazi ilə müqavilənin yenilənməsi qərarını şərh ediblər: 

Rəşad Ergün ("Komanda.az"ın baş redaktoru): "Açığı, təəccüblənmədim AFFA rəhbərliyinin De Byazi ilə davam etmək qərarına. Bu adamlar Azərbaycan millisinin De Byazi ilə sürünə-sürünə qazandığı o bir xala layiq adamlardır elə. Düşüncəm bu cürdür ki, daha milli komandaya əhəmiyyət verməmək lazımdır. AFFA-da oturanlar nə istəyirlər etsinlər, neftin pulunu necə çapıb-talamaq istəyirlər, talasınlar. Sosial şəbəkədə, mətbuatda dayanmadan hər kəs yazdı, tənqid etdi, bu adamların istefası tələb edildi. Mətbuatın, azarkeşin istəyi heç kimin vecinə deyilsə, məsləhətim odur ki, hər kəs də AFFA-nı, milli komandanı vecinə almasın daha. Artıq sakitləşmək və AFFA-ya bu adamlar rəhbərlik etdiyi müddətdə milli komandaya görə üzülməmək lazımdır".

Anar Xanlarov ("Rekord.az"ın redaktoru): "Normal qarşıladım. Onsuz bilirdik ki, yerli məşqçi olmayacaq. Hazırkı AFFA rəhbərliyinin fəaliyyət dönəmində bundan sonra da olacağına inanmıram. Yalnız Qurban Qurbanov istisna idi ki, o da AFFA rəhbərliyinin iradəsi ilə olmamışdı. Sadəcə, tapşırıq elə yerdən gəlmişdi ki, onu icra etməyə məcbur idilər. İndiki vəziyyətdə də ya yeni bir əcnəni gəlməli idi, ya da De Byazi özü qalmalı idi. Görünür yeni məşqçi ilə danışıqlar alınmadığı üçün italiyalının saxlanılmasına qərar verildi. Onun ötən gün "Sumqayıt" - "Zirə" matçını stadiondan canlı izləməsi də bugünkü qərarın işartısı idi. Yenə yenisi gəlməkdənsə De Byazinin qalması yaxşı oldu ki, ən azı bizim futbolu, çempionatı, futbolçuları az-çox tanıyır və bu baxımdan bəhanəsi olmayacaq. O ki, qaldı onunla uğur qazanıb-qazanmayacağımıza, bu barədə heç bir gözləntim yoxdur".

Futbol azarkeşi olaraq tanınan  "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid isə bu qərarı qısa şərh edib: "Gərək gedəydi. İctimaiyyətdə narazılıq çoxdur ona qarşı".

Qeyd edək ki, Canni De Byazi 2020-ci ilin avqustundan millimizi çalışdırır. Onun yığmamızla müqaviləsi noyabrın 30-u başa çatmışdı.

Röya Kərimli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

Facebookdan bizi izləməyi unutmayın.
X