14:16 06.12.2021 1412

"Ölkə xaricindən təklif olsa, dəyərləndirə bilərəm" - MÜSAHİBƏ

"Kəpəz"in hücumçusu Tural Rzayevin Fanat.Az-a müsahibəsi

- Bir müddətdir ki, zədədən əziyyət çəkirsiniz. Hazırda səhhətiniz necədir? 
- 20 gündən çoxdur ki, aşağı bud hissəmdə ağrılar vardı. Ancaq buna baxmayaraq buz qoyub qısa müddətlik də ağrınının qarşısını alıb oyunlara çıxırdım. "Sumqayıt"la səfər oyunu zamanı ağrı daha şiddətləndi. Bunu səbəbini sintetik ot örtüyü ilə də əlaqələndirirəm. Bildiyiniz kimi, I Divizion komandalarının meydançalarındakı süni ot örtüyü yaxşı vəziyyətdə deyil. Elə hesab edin ki, betonun üzərində oynayırıq. Beləliklə, əzələmdə yırtıq əmələ gəldi və yaşıl meydanlardan uzaqda qaldım. Amma indi 10 gündür məşqrlərə başlamışam. "Zirə" ilə oyunun ikinci hissəsində meydana da çıxdım. Hazırda özümü yaxşı hiss edirəm.

- Komanda daxilində ab-hava necədir? 
- Komandada əhval-ruhiyyə yaxşıdır. Çempionatda məğlub olmayan yeganə komanda bizik. Düzdür, qələbədən daha çox heç-heçə edirik, amma yenə də komanda yoldaşlarımda ruh düşkünlüyü yoxdur. Çalışırıq ki, məğlubiyyətsizlik seriyasını davam etdirək. Əslində hər oyun bizim üçün final kimidir. Məqsədimiz mövsümü çempion olaraq başa vurmaqdır. Bunun üçün əlimizdən gələni edəcəyik.

- Növbəti mövsüm üçün planların nədir? "Kəpəz"də qalacaqsınız, yoxsa təkliflər var? 
- Niyə qalmaq istəməyim ki? Çempion olacağımız təqdirdə yüksək liqada doğma komandamla birlikdə mübarizə aparacağam. Amma qış fasiləsində xarici ölkələrdən təklif olsa, dəyərləndirə bilərəm. Münasibətdən də çox şey asılıdır.

- Komanda rəhbərliyinin sizə olan münasibətini nəzərdə tutursunuz?
- Belə deyək, hər şey qarşılıqlı olmalıdır. Əgər görsəm ki, komanda məni klubda saxlamaqda maraqlıdır və xidmətlərimdən yararlanmaq istəyir, bu zaman danışıqlara gedib hansısa nəticəyə gəlmək olar. Amma bu istiqamətdə irəliləyiş olmasa, yenidən legioner həyatı yaşamaq istərdim. 

- Legioner həyatı təcrübəniz var...
- Bəli, 2018-ci ildən "Kəpəz"dən Litvanın yüksək liqasında çıxış edən "Yonava" klubuna keçdim. Daha sonra Gürcüstanın "Merani" klubunda məşqlərə başladım. Burda isə şanssızlıq baş verdi - çempionat oyununa iki gün qalmış məşq zamanı ayağımda ön çarpaz bağım qopdu. Beləcə oyunlara qatıla bilmədim və vətənə döndüm. Pandemiya ilə əlaqədar əməliyyat üçün xaricə gedə bilmədim. 7 ay da burdan itirdim. Əməliyyatdan sonra isə 6 ay bərpa prosesi keçdim. Ümumilikdə bir il yeddi ay futbolsuz qaldım. Xoşbəxtlikdən yeni mövsüm öncəsi doğma şəhərimin təmsilçisi "Kəpəz"dən təklif aldım. Şükürlər olsun ki, indi hər şey qaydasındadır.

- I Divizion klubları adətən komandada olan hansısa çatışmazlıqlardan gileylənir. "Kəpəz"də çempionatı uğurlu başa vurmaq üçün çatışmayan nəsə var?
- Xeyr, komandada çatışmayan nəsə yoxdur. I Divizion komandasına lazım olan hər bir şərait var. Fikrimcə, turnirdə ən yaxşı şərait məhz bizdədir. Həm komanda rəhbərliyi, həm də məşqçilər korpusuna minnətdaram. Əllərindən gələni əsirgəmirlər. İstər tibbi baxımdan, istər məşqlər baxımından komanda olduqca operativ və yüksək səviyyətə qərar verir.

- Sosial şəbəkədə heyvanlarla bağlı videopaylaşımlarınıza rast gəldim. Deyəsən bala itləri çox sevirsiniz.
- Bəli, heyvansevərəm. O bala itlər bizim stadionun həyətindədir. Əslində məndən çox onlara bizim stadionun mühafizəçisi Bayram dayı qulluq edir. Onları yemək, isti və yuva ilə təmin edir. Sağ olsun. Mən də bacardığım qədər onlara yemək verirəm. 8 bala var. Arada onlar üçün bala itlər üçün olan xüsusi yemdən də alıram. Ucuz deyil. (gülür)... Yeyib - içib, yellənə-yellənə gəzirlər. Amma əsas işi yenə də qeyd etdiyim kimi mühafizəçimiz Bayram dayı görür. 

Emin Şəmsiyev

 

 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

17 Sentyabr 2026
02:08

La Liqa: "Barselona" 9 qollu matçdan qalib ayrıldı

01:49

Avropada bunu yalnız Rafinya bacardı

01:17

AL: Ermənistan təmsilçisi doğma meydanda darmadağın edildi

16 Sentyabr 2026
23:58

Premyer Liqa tarixində onun kimisi olmamışdı

23:03

Elvin Camalov "Qəbələ"də - RƏSMİ

22:41

"Arsenal" Rodriqo transferi üçün hərəkətə keçdi

22:12

"Mançester Yunayted" Endriki icarəyə götürmək istəyir

21:53

Eden Azarın qırmızı vərəqə almasına səbəb olan topdaşıyan uşaq 300 milyonluq sərvət qazandı

21:14

"Barselona"nın yeni hücumçu siyahısında 3 böyük ad

20:48

BOK 2030-cu il Qış Olimpiya Oyunlarının keçiriləcəyi məkanları təsdiqləyib

20:09

"Murov Az Terminal" heyətini gücləndirdi

19:44

İdman gimnastikası üzrə Azərbaycan çempionatı keçiriləcək

19:11

"Sumqayıt" klubunda iclas keçirildi

18:30

I Liqa: "Karvan-Yevlax" darmadağına sevindi

18:03

Ölkə çempionunda iranlı müdafiəçi - RƏSMİ

17:41

"Neftçi" 1000-ci matçına çıxacaq

17:22

"Şəfa"nın hansı futbolçularının "Qarabağ"a qarşı oynamayacağı bilindi

17:03

"Araz-Naxçıvcan" "Neftçi"nin braziliyalısı ilə anlaşdı

16:45

Emin Zamanov "Xankəndi" ilə oyun barədə nə danışdı?

16:27

"Startdan razı deyiləm" - Yaşar Seyidov

16:08

"Yüksəlişə nail olacağımıza əminəm" - Ronaldo "Kəpəz"lə səfər matçından 3 xal gözləyir

15:50

Balde "Barselona"dan ayrılır

15:31

"Çelsi" Fabian Ruisi istəyir

15:13

Vernidub bu futbolçunu "Qəbələ"yə qarşı oynada bilməyəcək

14:54

Mourinyu: "Ardanın oyun keyfiyyəti inanılmazdır"

14:35

Azərbaycan millisi Moldovaya məğlub oldu

14:16

"Rəşad Sadıqovun "Zirə"si zirvəyə oynamağa potensialı olan komandadır" - Vaqif Sadıqov

13:57

"Qəbələ" yeni baş məşqçiyə "təmiz" təhvil verildi

13:38

İtaliya çempionu Yaxın Şərqə üz tutdu

13:19

Gənc futbolçu "Mançetser Yunayted"dən ayrılmaq istəyir

12:59

"Qəbələ" makedoniyalı baş məşqçi ilə anlaşdı - RƏSMİ

12:41

"Barselona"dan superulduz "ov"u: İkisini birdən gözaltı etdi

12:22

Rəhim Həsənov "Turan Tovuz"un narazı qaldığı hakim qərarlarını şərh etdi - VİDEO

12:03

"Kəpəz"in futbolçusu Moldova millisinə dəvət aldı

11:44

Yamal: "Əsas rəqibim Mbappedir"

11:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:06

1-ci Liqa: "Karvan-Yevlax" ilə "Zaqatala" liderlik matçına çıxır

10:47

Xames Rodriges karyerasını bitirdi

10:28

Messi vida matçına çıxacaq

10:07

Mehrac Baxşalı: "Bu oyunda da 3 xal qazanmaq istəyirik"

Facebookdan bizi izləməyi unutmayın.
X