Bu gün UEFA Millətlər Liqasında 2022/2023 mövsümünün püşkü atılıb.
Fanat.Az xəbər verir ki, İsveçrənin Montrö şəhərində keçirilən tədbir Bakı vaxtı ilə saat 21:00-da başlayıb.
Mərasimdə Azərbaycan millisinin də rəqibləri müəyyənləşib. C Liqasında yer alan yığmamız püşkatmaya 3-cü səbətdən qatılıb.
Seçməmiz C liqasının C qrupunda Slovakiya, Belarus və Qazaxıstan-Moldova cütünün qalibi ilə mübarizə aparacaq.
Əvvəlki mövsümlərdə olduğu kimi A, B və C Liqalarının hərəsində 16 yığma, D Divizionunda isə 7 komanda mübarizə aparacaq.