21:46 17.12.2021 1205

“Azərbaycan millisində Mahmudov kimi lider var”

Futbol üzrə Belarus yığmasının baş məşqçisi Georgi Kondratyev UEFA Millətlər Liqasının püşkünü dəyərləndirib. 

Fanat.Az Belarus Futbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, mütəxəssis belə danışıb:
 
“Qrupdakı bütün komandaların bərabər səviyyəli olduğunu deyə bilərəm. Yəqin ki, bu amil matçlara marağı daha da artırır. Hər bir kollektivin 1-ci yer uğrunda mübarizə şansı var. Yəqin ki, Slovakiya digər komandalarla nisbətdə bir az güclüdür. Amma qalan komandaların hamısı eyni səviyyədədir".
 
3-cü qrupda ilk oyununu səfərdə Slovakiyaya qarşı keçirəcək kollektiv daha sonra evdə Azərbaycan millisi ilə üz-üzə gələcək. 61 yaşlı mütəxəssis təqvimdən razılığını bildirib: “Prinsipcə, təqvim normaldır. Bütün komandalar üçün şanslar bərabərdir. Ona görə təqvimə fikir verməyəcəyik. Bəlkə də ilk oyunda Slovakiya ilə evdə qarşılaşmaq daha yaxşı olardı. Belə alındı. İstənilən halda səfər oyununa da ciddi hazırlaşacağıq”.
 
Kondratyev Azərbaycan yığmasından da danışıb. O, Belarus yığmasındakı debütünün məhz millimizlə bu ilin iyun ayında baş tutan yoxlama oyununa təsadüf etməsini də xüsusi vurğulayıb:
 
“Bu, mənim rəhbərliyim altında keçirdiyimiz ilk oyun idi. Düzdür, biz həmin oyunda 1:2 hesabı ilə uduzduq. Amma keyfiyyət baxımından heç də pis alınmamışdı. Təəssüf ki, son dəqiqələrdə öz səhvimizdən buraxdığımız qolla yenildik. Hamı qol vurmaq üçün irəli qaçdığından əks-hücumda öz qapımızda top gördük. Bu komandanın heyətində Emin Mahmudov kimi lider var. Bütün oyunu o aparır. Komanda italiyalı baş məşqçinin (Canni De Byazini nəzərdə tutur rəhbərliyi altında intizamlı çıxış edir. Futbolçular bütün tapşırıqları dəqiq yerinə yetirməyə çalışır. Maraqlı komandadır, topla oynamağı yaxşı bacarırlar. Bu, hələ SSRİ dövründən hamıya məlumdur. Heyətində texnikalı futbolçuları var".
 
Azərbaycan millisi Belarusla ilk oyununu iyunun 6-da səfərdə, ikinci matçını isə iyunun 13-də evdə keçirəcək.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

01 May 2024
16:26

Verner və Devis üçün mövsüm bitdi

16:07

"Onu gətirə bilsək, əla seçim olacaq" - "Bayern"in prezidenti namizəd məşqçinin adını açıqladı

15:50

"Biz uğura daha çox acıq" - Emre Can

15:29

"Kardioloq hər an daha oynamayacağımı deyə bilər" - Kapitan qızından da danışdı

15:10

AÇ-2024: Belçika millisi Kurtua ilə bağlı yekun qərarını açıqladı

14:42

"Atalanta" Çempionlar Liqasına vəsiqə qazana bilməsə belə...

14:25

"Bütün rəqiblər Mbappeni "bağlamaq" istəyirlər, amma..." - "Borussiya"nın baş məşqçisi

14:07

Jorjinyonun aqibətinin necə olacağı bilindi

13:50

"Prezident Kuboku" beynəlxalq reqatası Füzulidə keçirilə bilər

13:32

"Evdəki oyundan sonra finala yüksələcəyimizə əminik" - Toni Kroos

13:14

"Biz "Real"dan daha yaxşı oynadıq" - Yozua Kimmix

12:55

İspaniya bütün turnirlərdən kənarlaşdırılır - Bu tarixə qədər möhlət verildi 

12:37

Krivotsyuk oynadı, komandası...

12:20

"Bayern Münhen" - "Real Madrid" matçında 4 qol - VİDEO

12:03

"Real" buna görə bizi cəzalandıra bilər" - Harri Keyn

11:44

"Prezident Kuboku 2024"-ün açılış mərasimi keçirildi

11:30

Minifutbol: Millimiz Monteneqroda son sınağına çıxır

11:12

"İçimdə belə bir hiss var ki..." - Karlo Ançelotti

10:54

"Səbail" "Sabah"a məğlubiyyətin üzüntüsünü "Çıraq Palas"da atdı

10:36

"O, mütləq "Santyaqo Bernabeu"da "Real"a qol vuracaq - Tuxel proqnoz verdi

10:18

Qriliş "Mançester Siti"dən gedəcək, İngiltərədən yox

10:00

"Bir qədər üzücüdür, amma..." - Musiala "Real"la oyundan danışdı

09:42

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

09:21

"Bayern" - "Real" matçının ən yaxşı oyunçusu müəyyənləşdi

09:00

ÇL: PSJ-nin Almaniya sınağı - YENİLƏNİR

00:57

ÇL: "Bayern" - "Real" oyununda məhsuldar heç-heçə

30 Aprel 2024
23:14

İki Azərbaycan idmançısı Paris - 2024-ə vəsiqə qazandı

21:20

"Ten Haq Ronaldu ilə münaqişədən sonra hörmətini itirdi"

20:00

"Mabppe ilə finalda qarşılaşsaq, onu qazona yaxacam" - Antonio Rüdiger

19:27

Azərbaycan millisi Rumıniyaya uduzdu

19:00

II Liqa: "Füzuli" büdrədi, "Baku Sportinq" fərqi artırdı

18:45

"Barselona" qışda aldığı futboloçunu göndərir

18:07

Kan "Bayern" - "Real" duelindən öncə paylaşım etdi

17:41

Ülviyyə Avropa çempionu oldu, FIDE reytinqində irəlilədi

17:23

Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək

17:02

İnsident zamanı Salahın Kloppa nə dediyi məlum oldu

16:42

Azərbaycan millisi yoldaşlıq oyunu keçirəcək

16:23

"Bu oyunun favoriti "Bayern"dir" - Lotar Matteus

16:04

"Səkkizillik müqavilələr bütün tərəflərdən çox pisdir" - Nevill "Çelsi"ni tənqid etdi

15:49

“Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirildi

Facebookdan bizi izləməyi unutmayın.
X