
Xəbər verdiyimiz kimi, Yunanıstanın "Olimpiakos Volos" klubu "Səbail"in futbolçusu Turan Manafovla razılığa gəlib.
Fanat.Az futbolçumuzun keçidi ilə bağlı açıqlama yayaraq xəbəri təsdiqləyən yunan klubunun Turanla anlaşma şərtlərini öyrənib.
Etibarlı mənbədən əldə etdiyimiz bilgiyə görə, bir yunan menecerin vasitəçiliyi ilə baş tutan anlaşmada 24 yaşlı müdafiəçiyə ilkin olaraq 5 aylıq müqavilə təklif olunub. Mövsümün sonuna qədər nəzərdə tutulan müqaviləyə görə, Manafov aylıq 2500 avro maaş alacaq. Qeyd edək ki, Turan "Səbail"də 1500 manata top qovur.
Başqa sözlə, Yunanıstanın ikinci liqa təmsilçisinin burdakından üçqat artıq maaş təklifinə "hə" deyən gənc futbolçu "Səbail"dən transfer vərəqini almağa çalışır. Həmçinin, qarşı tərəf bugünlərdə Manafov üçün təyyarə bileti almalıdır.
Qeyd edək ki, Volos təmsilçisi 24 yaşlı cinah müdafiəçi ilə razılıq əldə olunduğunu və onun yaxın günlərdə Yunansıtana gələcəyini bildirib.
Vurğulanıb ki, Manafov tibbi müayinədən uğurla keçəcəyi halda, onunla rəsmi müqavilə imzalanacaq.
Mirağa