Çexiyanın Marianske-Lazne şəhərində Azərbaycan şahmatçısı Azər Mirzəyevin iştirakı ilə “Marienbad Open 2022” şahmat festivalı davam edir.
Fanat.Az xəbər verir ki, yarışda III turun qarşılaşmaları keçirilib. Əvvəlki partiyalarında rəqibləri ilə xalı yarı bölən qrossmeysterimiz bu turda polşalı David Çzervlə münasibətlərinə aydınlıq gətirib. Qara fiqurlarla oynayan təmsilçimiz yenə rəqibi ilə heç-heçəyə razılaşıb.
Beləliklə, xalını 1,5-ə çatdıran şahmatçımız hazırda turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb.
Mirzəyev növbəti görüşünü ağ fiqurlarla almaniyalı Teo Qunqla qarşı keçirəcək.
Dairəvi sistem üzrə doqquz turdan ibarət olan yarış yanvarın 22-dək davam edəcək.
Qeyd edək ki, A.Mirzəyev yanvarın 7-dən 14-dək Çexiyada "Praqa Open" turnirində mübarizə aparıb. O, 9 turdan 7,5 xal toplayaraq həmin yarışın qalibi olub.
Sahib