
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millinin Avropa çempionatının seçmə mərhələsində Estoniyaya qarşı keçirəcəyi oyunun stadionu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, Azərbaycan - Estoniya qarşılaşması Sumqayıtdakı “Kapital Bank Arena”da keçiriləcək.
Martın 25-də baş tutacaq oyunun başlama saatı hələlik dəqiqləşməyib.