
"Beşiktaş"ın hücumçusu Kayl Larin DÇ-2022-nin seçmə mərhələsində ABŞ-la oyunda (2:0) vurduğu qolla Kanada millisinin tarixinə düşüb.
Fanat.Az xəbər verir ki, 26 yaşlı forvard 7-ci dəqiqədə komandasının ilk qoluna imza atmaqla yanaşı, Kanadanın tarixində mütləq rekordçu olub.
O, milli forma ilə 46 matçda 23 qol vuraraq Dueyn De Rosarionu geridə qoyub. 1998-2015-ci illər arasında 81 dəfə millidə çıxış edən De Rosarionun hesabında 22 qol var idi.
"Beşiktaş"ın hücumçusu DÇ-2022-nin seçmə mərhələsində 13 matçda 13 qol vurub.
Mirağa