
Azərbaycan millisinin üzvü Namik Ələskərov Türkiyə I Liqasında bu gün növbəti oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, "Bursaspor" 25-ci tur çərçivəsində doğma meydanda "Tuzlaspor"la qarşılaşıb.
Görüş 26-cı dəqiqədən 10, 67-ci dəqiqədən 9 nəfərlə oynayan qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb.
Start "11-lik"də yer alan Namik 80-ci dəqiqədə əvəzlənib. "Yaşıl timsahlar" Ələskərov oyundan alınandan sonra qapısında qol görərək uduzub.
Qeyd edək ki, 27 yaşlı hücumçumuzun komandası hazırda 24 xalla turnir cədvəlinin 16-cı pilləsində yer alır.